Məhkəmə qərarları › İş №2(060)-1426/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1426/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1426/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 23 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2989 (iki min doqquz yüz səksən doqquz) manat 91 (doxsan bir) qəpik əsas borc, 21 (iyirmi bir) manat 49 (qırx doqquz) qəpik faiz borcu və 5 (beş) manat 43 (qırx üç) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 3016 (üç min on altı) manat 83 (səksən üç) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə iddiaçı “xxxx” ASC arasında bağlanmış 23.07.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia ərizəsinə əlavə verərək bildirdi ki, Cavabdeh 2150 (iki min yüz əlli) manat 52 (əlli iki) qəpik əsas, 30 (otuz) manat 99 (doxsan doqquz) qəpik faiz borcu olmaqla ümumiyyətlə 2181 (iki min yüz səksən bir) manat 51 (əlli bir) qəpik və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə iddiaçı “xxxx” ASC arasında bağlanmış 23.07.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh 23 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 02 noyabr 2020-dək Cavabdeh banka 23 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2150,52 manat əsas borc, 30,99 manat faiz borcu, ümumilikdə cəmi 2181,51 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 23 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2150 (iki min yüz əlli) manat 52 (əlli iki) qəpik əsas, 30 (otuz) 99 (doxsan doqquz) qəpik faiz borcu olmaqla ümumiyyətlə 2181 (iki min yüz səksən bir) manat 51 (əlli bir) qəpik və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh ilə iddiaçı “xxxx” ASC arasında bağlanmış 23.07.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iddia tələblərini müdafiə etdiklərini və məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə cavabdeh, Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh , Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmədə iştirak edən zaman dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 4-Y-2-0-1858-19 saylı, 23.07.2019-cu il tarixli “Kredit müqaviləsi”ndən görünür ki, “xxxx” İKB ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh illik faiz dərəcəsi 20 faiz olmaqla 36 ay müddətinə-23.07.2019-cu il tarixdən 23.07.2022-ci il tarixədək 4000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə əlverişsiz şəraitin yaranması nəticəsində borc alanın borcu ödəmək qabiliyyəti olmadıqda pul vəsaitlərinin ödənilməsinin və pul öhdəliyinin icra edilməsinin kreditor tərəfindən vaxtından əvvəl tələb edilməsi mümkündür (bənd 7.1a). İşdə olan Problemli aktivlərin idarə olunması və hüquqi tənzimlənməsi departamentinin 02.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” İKB ASC-yə 2989 (iki min doqquz yüz səksən doqquz) manat 91 (doxsan bir) qəpik əsas borc, 21 (iyirmi bir) manat 49 (qırx doqquz) qəpik faiz borcu və 5 (beş) manat 43 (qırx üç) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 3016 (üç min on altı) manat 83 (səksən üç) qəpik məbləğində borcu vardır. İşdə olan Problemli aktivlərin idarə olunması və hüquqi tənzimlənməsi departamentinin 12.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” İKB ASC-yə 2150 (iki min yüz əlli) manat 52 (əlli iki) qəpik əsas, 30 (otuz) 99 (doxsan doqquz) qəpik faiz borcu olmaqla ümumiyyətlə 2181 (iki min yüz səksən bir) manat 51 (əlli bir) qəpik məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 05.11.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, X5 qəsəbəsi, Dəmir yol massivi, ev 3, mənzil 4-də qeydiyyatdadır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı “xxxx” İKB ilə Cavabdeh arasında bağlanmış 23.07.2019-cu il tarixli, № 4-Y-2-0- 1858-19 nömrəli “Kredit müqavilə”si üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 36 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci madəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ilə iddiaçı “xxxx” ASC arasında bağlanmış № 4-Y-2-0-1858-19 saylı, 23.07.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 23 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2150 (iki min yüz əlli) manat 52 (əlli iki) qəpik əsas, 30 (otuz) manat 99 (doxsan doqquz) qəpik faiz borcu olmaqla ümumiyyətlə 2181 (iki min yüz səksən bir) manat 51 (əlli bir) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı “xxxx” ASC arasında bağlanmış № 4-Y-2-0-1858-19 saylı, 23.07.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 23 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2150 (iki min yüz əlli) manat 52 (əlli iki) qəpik əsas borc, 30 (otuz) manat 99 (doxsan doqquz) qəpik faiz borcu olmaqla, ümumilikdə cəmi 2181 (iki min yüz səksən bir) manat 51 (əlli bir) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar