Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-144/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2021-ci ildə kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə o, cavabdehə 5000 manat borc vermiş, cavabdeh krediti xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan bu günə kimi cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş və bu günə kimi heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehi borcun ödənilməsi barədə xəbərdar etsə də cavabdeh buna məhəl qoymamış və müqavilə üzrə öhdəliklərinə əməl etməkdən və müqavilənin icrasından yayınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun "xxxx"a aid olan əmək haqqı kartı 9 ay ərzində iddiaçıda olmuş, iddiaçı maaş kartında olan vəsaitin müəyyən hissəsini özünə götürmüş, qalanını ona qaytarmışdır. 9 ay sonra isə həmin bank kartını özü ləğv etdirmişdir. Hazırda həmin kartın dublikatını çıxartmışdır və ondan istifadə edir. Maddi imkanı azdır, qətnamə qət edilərkən bu halların nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 5000 manat borc verməyi, Cavabdeh həmin vəsaiti xx.xx.2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh adına olan "xxxx" ASC-yə məxsus 478980******6685, 418980******0432, 418980******3708, 418980******8072 nömrəli plastic kartlar vasitəsilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aparılmış əməliyyatların akşarlanmış ATM görüntülərindən görünür ki, cavabdeh qeyd edilən plastik kartlardan vəsaitləri özü nağdlaşdırmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 5000 manat borc verməyi, Cavabdeh həmin vəsaiti xx.xx.2022-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəlik İddiaçı tərəfindən tam icra edilsə də, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıya maaş kartını verdiyini, borcundan müəyyən vəsaitləri iddiaçının həmin kartdan çıxardığını iddia etsə də, iş materiallarına əlavə edilmiş Cavabdeh adına olan "xxxx" ASC-yə məxsus 478980******6685, 418980******0432, 418980******3708, 418980******8072 nömrəli plastik kartlar vasitəsilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aparılmış əməliyyatların akşarlanmış ATM görüntülərindən də göründüyü kimi cavabdeh qeyd edilən plastik kartlardan 478 manat və 200 manat olmaqla cəmi 678 manat vəsaiti özü nağdlaşdırmışdır. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qismən qəbul edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 5000 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat borc və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-144/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-144/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver