Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1445/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə İMEİ kodu **********51095 olan «Xiaomi Redmi 8» markalı telefon və qoruyucu üzlük, “Samsung” markalı televizor və “Power Bank” , “Samsung” markalı soyuducu üçün ümumilikdə 2570 manat ödənilməmiş hissə və 45,7 manat dövlət rüsumu olmaqla, cəmi 2615,7 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 04.03.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 416,4 manat olan İMEİ kodu **********51095 olan «Xiaomi Redmi 8» markalı telefon və qoruyucu üzlük üçün 12 ay müddətinə, ilkin ödənişsiz və aylıq 34,7 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 326,4 manat borcu yaranmışdır. Cavabdehə 102 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 04.03.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı satqı qiyməti 1427 manat olan «Samsung» markalı televizor və «Power Bank”-ı 18 ay müddətinə, ilkin ödənişsiz və aylıq 79,3 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 1219 manat borcu yaranmışdır. Cavabdehə 379,2 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. 04.03.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1156 manat olan «Samsung» markalı soyuducunu 18 ay müddətinə, ilkin ödənişsiz və aylıq 1024,6 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda bu müqavilə üzrə, ümumilikdə 1024,6 manat borcu yaranmışdır. Cavabdehə 307,2 manat cərimə borcu hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq hesablanmamışdır. Cavabdehin hər üç müqavilə üzrə cəmi ödədiyi məbləğ 429,4 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o, həmin borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 21 yanvar 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 28.12.2019-cu il tarixli, 01168810 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********51095 olan «Xiaomi Redmi 8» markalı telefon və qoruyucu üzlük satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 28.12.2019-cu il tarixli, 01169011 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «Samsung» markalı televizor və “Power Bank” satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. 04.03.2020-ci il tarixli, 20144795 saylı müqaviləyə əsasən isə iddiaçı cavabdehə «Samsung» markalı soyuducunu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 28.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 34,7 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 28.12.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 79,3 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 04.03.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 64,2 manat iddiaçıya ödəməlidir. İş materiallarına əlavə edilmiş 17.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 416,4 manat olan İMEİ kodu **********51095 olan «Xiaomi Redmi 8» markalı telefon və qoruyucu üzlük üçün hazırda ümumilikdə 326,4 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ 90 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1427 manat olan Samsung» markalı televizor və “Power Bank” üçün hazırda ümumilikdə 1219 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 208,4 manat təşkil edir. Həmin tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 1156 manat olan «Samsung» markalı soyuducu üçün hazırda ümumilikdə 1024,6 manat borcu qalmışdır. Cavabdehin ödədiyi məbləğ isə 131 manat təşkil edir. İş materiallarında olan 28.12.2019-cu il, 28.12.2019-cu il və 04.03.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən İMEİ kodu **********51095 olan «Xiaomi Redmi 8» markalı telefon və qoruyucu üzlük, “Samsung” markalı televizor və “Power Bank” , “Samsung” markalı soyuducunu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İşdə olan 02.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 45,7 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 2570 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 2570 manatı tələb etməkdə haqlı olmuşdur. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45,7 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İMEİ kodu **********51095 olan «Xiaomi Redmi 8» markalı telefon və qoruyucu üzlük, “Samsung” markalı televizor və “Power Bank” , “Samsung” markalı soyuducu üçün 2570 (iki min beş yüz yetmiş) manat ödənilməmiş hissə və 45 (qırx beş) manat 70 (yetmiş) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1445/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1445/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver