Məhkəmə qərarları › İş №2(060)-1451/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1451/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1451/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.11.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı musiqi mərkəzi və LG markalı televizor üçün 727 manat ödənilməmiş hissə, 10.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********13959 olan Samsung galaxy A10 markalı telefon və Power Bank üçün 312 manat ödənilməmiş hissə, 09.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********00689 olan Xiaomi Redmi 6 A markalı telefon üçün 155 manat ödənilməmiş hissə, 05.01.2019-cu il tarixli müqaviləyə əsasən Lenovo markalı notebook və Port Case notebook çantası üçün 799 manat ödənilməmiş hissə, 10.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********32155 olan Huawei Y5 Lite markalı telefon üçün 222 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2215 manat borc və 42,15 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 05.01.2019 və 10.07.2019-cu il tarixli müqavilələrə əsasən HOFFMANN markalı musiqi mərkəzi, LG markalı televizor, İMEİ Kodları **********13959 olan Samsung galaxy A10, **********00689 olan Xiaomi Redıni 6 A, **********32155 olan Huawei Y5 Lite markalı telefonlar, Lenovo markalı notebook, Port Case notebook çantası və Power Bank almış və nəticədə mağazaya 2215 (iki min ikiyüz on beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.11.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 990 (doqquz yüz doxsan) manat (18 ay x 55 manat + 60 manat ilkin ödəniş) HOFFMANN markalı musiqi mərkəzi və LG markalı televizor üçün ümumilikdə 727 (yeddi yüz iyirmi yeddi) manat olmaqla ondan 727 (yeddi yiiz iyirmi yeddi) manat ödənilməmiş hissə, müştəriyə giizəşt olunaraq 0 (sıfir) manat cərimə hesablanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 462 (dördyüz altmış iki) manat (20 ay x 23 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********13959 olan Samsung galaxy A10 markalı telefon və Power Bank üçün ümumilikdə 312 (üç yüz on iki) manat olmaqla ondan 312 (üç yüz on iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə hesablanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.02.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 401 (dörd yüz bir) manat (18 ay x 22 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********00689 olan Xiaomi Redmi 6 A markalı telefon üçün ümumilikdə 155 (yüz əlli beş) manat olmaqla ondan 155 (yüz əlli beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə hesablanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.01.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1524 (min beş yüz iyirmi dörd) manat (24 ay x 63 manat +12 manat ilkin ödəniş) olan Lenovo markalı notebook və Port Case notebook çantası üçün ümumilikdə 799 (yeddi yüz doxsan doqquz) manat olmaqla ondan 799 (yeddi yüz doxsan doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə hesablanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 288 (iki yüz səksən səkkiz) manat (18 ay x 16 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********32155 olan Huawei Y5 Lite markalı telefon üçün ümumilikdə 222 (iki yiiz iyirmi iki) manat olmaqla ondan 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1450 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.11.2019-cu il tarixli, 01026327 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN markalı musiqi mərkəzi və LG markalı televizor almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********13959 olan Samsung galaxy A10 markalı telefon və Power Bank almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.02.2019-cu il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********00689 olan Xiaomi Redmi 6 A markalı telefon almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.01.2019-cu il tarixli, 00456778 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Lenovo markalı notebook və Port Case notebook çantası almışdır. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********32155 olan Huawei Y5 Lite markalı telefon almışdır. İş materiallarında olan 20.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə beş müqavilə üzrə cəmi 2215 manat ödənilməmiş hissə məbləğində borcu vardır. İşdə olan 02.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 03.11.2019-cu il tarixli 01026327 nömrəli, 10.07.2019-cu il tarixli ********* nömrəli, 09.02.2019-cu il tarixli ********* nömrəli, 05.01.2019-cu il tarixli 00456778 nömrəli, 10.07.2019-cu il tarixli ********* nömrəli alqı-satqı müqavilələri bağlanmış, iddiaçı tərəf hər beş müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mA 11arda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 2215 (727+312+155+799+222) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 42,15 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 03.11.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı musiqi mərkəzi və LG markalı televizor üçün 727 (yeddi yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 10.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********13959 olan Samsung galaxy A10 markalı telefon və Power Bank üçün 312 (üç yüz on iki) manat ödənilməmiş hissə, 09.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********00689 olan Xiaomi Redmi 6 A markalı telefon üçün 155 (bir yüz əlli beş) manat ödənilməmiş hissə, 05.01.2019-cu il tarixli müqaviləyə əsasən Lenovo markalı notebook və Port Case notebook çantası üçün 799 (yeddi yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 10.07.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********32155 olan Huawei Y5 Lite markalı telefon üçün 222 (iki yüz iyirmi iki) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 2215 manat borc və 42,15 (qırx iki manat on beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar