Məhkəmə qərarları › İş №2(060)-1455/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1455/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1455/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı “Finca Azerbaijan” X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borc tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan” X1-Bank Kredit Təşkilatı ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh borcun məbləği 1103.88 ABŞ dolları əsas, faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə borcuna görə 0.00 ABŞ dolları olmaqla, cəmi 1103.88 (min yüz üç dollar, səksən səkkiz sent) ABŞ dolları həmçinin, ödənilmiş 38,68 manat məbləğində dövlət rüsumunun "FİNCA Azerbaijan” MM QBKT-nm xeyrinə tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 30.09.2016-cı il tarixli, **********2052 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25 % faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1500 (min beş yüz dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 101 tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 03.12.2021-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcun məbləği 1103.88 ABŞ dolları əsas, faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə borcuna görə 0.00 ABŞ dolları olmaqla, cəmi 1103.88 (min yüz üç dollar, səksən səkkiz sent) ABŞ dolları təşkil edir. Odur ki, “Finca Azerbaijan” X1-Bank Kredit Təşkilatı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 30.09.2016-cı il tarixli, № **********2052 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 25% dərəcəsi ilə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan “Finca Azerbaijan” MM QBKT-nin 03.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “Finca Azerbaijan” MM QBKT-yə 1103.88 ABŞ dolları əsas, faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə borcuna görə 0.00 ABŞ dolları olmaqla, cəmi 1103.88 (min yüz üç dollar, səksən səkkiz sent) ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 19/45A, mənzil 28də qeydiyyatdadır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 30.09.2016-cı il tarixli, № **********2052 nömrəli “Kredit Müqaviləsi” üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 18 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas borc və faiz hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh borcun məbləği 1103 (bir min yüz üç) ABŞ dolları 88 (səksən səkkiz) sent əsas, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə borcuna görə 0.00 (sıfır) ABŞ dolları olmaqla, cəmi 1103 (bir min yüz üç) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 38 (otuz səkkiz) manat 68 (altmış səkkiz) qəpik məbləğində dövlət rüsumunun tutularaq “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh borcun məbləği 1103 (bir min yüz üç) ABŞ dolları 88 (səksən səkkiz) sent əsas, faiz borcu üzrə 0.00 (sıfır) ABŞ dolları, cərimə borcuna görə 0.00 (sıfır) ABŞ dolları olmaqla, cəmi 1103 (bir min yüz üç) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 38 (otuz səkkiz) manat 68 (altmış səkkiz) qəpik məbləğində dövlət rüsumunun tutularaq “Finca Azerbaijan” MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar