Məhkəmə qərarları › İş №2(060)-1456/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1456/2021

21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1456/2021 21.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 200804- 569402\2 saylı kredit müqaviləsi üzrə 855.78 manat məbləğində əsas borcu, 114.70 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 970.48 manat, xx xxxxxxxx 2019 il tarixli, 200892-PC********** nömrəli kredit müqaviləsi üzrə 43.08 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 0 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 43.08 manat məbləğində kredit borcunun və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 200804-569402\2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə, illik 29% olmaqla, 1200 manat məbləğində kredit verilmişdir. "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019 il tarixli, 200892-PC********** nömrəli "Smile kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 100 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Cavabdeh kredit müqavilələri üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, Banka olan borcunu ödəməmişdir. xx xxxxxxx 2020ci il tarixinə cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli, 200804-569402\2 saylı kredit müqaviləsi üzrə 855.78 manat məbləğində əsas borcu, 114.70 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 970.48 (doqquz yüz yetmiş manat, qırx səkkiz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. xx xxxxxxx 2020-ci il tarixinə cavabdehin xx xxxxxxxx 2019 il tarixli, 200892-PC********** nömrəli kredit müqaviləsi üzrə 43.08 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 0 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 43.08 (qırx üç manat, səkkiz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. xx xxxxxxxx 2019-cu il tarixli, 200804-569402\2 nömrəli krediti müqaviləsinin 4.4.3-cü və 4.4.6-cı bəndinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə Əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan kredit müqavilələrindən görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 200804-569402\2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə, illik 29% olmaqla, 1200 manat məbləğində kredit verilmişdir. Bundan başqa "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019 il tarixli, 200892-PC********** nömrəli "Smile kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə 100 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 200804- 569402\2 saylı kredit müqaviləsi üzrə 855.78 manat məbləğində əsas borcu, 114.70 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 970.48 manat, xx xxxxxxxx 2019 il tarixli, 200892-PC********** nömrəli kredit müqaviləsi üzrə 43.08 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 0 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 43.08 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30.40 manat dövlət rüsumun ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 200804- 569402\2 saylı kredit müqaviləsi üzrə 855.78 manat məbləğində əsas borc, 114.70 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 970.48 manat, xx xxxxxxxx 2019 il tarixli, 200892- PC********** nömrəli kredit müqaviləsi üzrə 43.08 manat məbləğində əsas borc və iddia ərizəsi üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, 200804- 569402\2 saylı kredit müqaviləsi üzrə 855.78 manat məbləğində əsas borc, 114.70 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 970.48 manat, xx xxxxxxxx 2019 il tarixli, 200892-PC********** nömrəli kredit müqaviləsi üzrə 43.08 manat məbləğində əsas borc və iddia ərizəsi üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar