Məhkəmə qərarları › İş №2(060)-1459/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1459/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1459/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx"MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 23.04.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı dispenser üçün 375,2 (üç yüz yetmiş beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********11486 olan HUAWEİ Y6s markalı telefon üçün 303,2 (üç yüz üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı dispenser üçün ümumilikdə 187 (yüz səksən yeddi) manat olmaqla ondan 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 05.07.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı dispenser üçün 282 (iki yüz səksən iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 10.01.2020-ci il tarixli müqaviləyə əsasən PANASONİC markalı ev telefonu üçün 58 (əlli səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 24.07.2019-ci il tarixli müqaviləyə əsasən Xiaomi markalı qulaqlıq üçün 116,6 (yüz on altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 1322 manat borc və 33,22 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 23.04.2020, 16.03.2020, 18.09.2019, 05.07.2019, 10.01.2020 və 24.07.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən HOFFMANN markalı 3 ədəd dispenser, İMEİ Kodu **********11486 olan HUAWEİ Y6s markalı telefon, PANASONİC markalı ev telefonu və Xiaomi markalı qulaqlıq almış və nəticədə 1322 (min üç yüz iyirmi iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.04.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 434,2 (dörd yüz otuz dörd manat, iyirmi qəpik) manat (24 ay x 17.3 manat + 19 manat ilkin ödəniş) olan HOFFMANN markalı dispenser üçün ümumilikdə 375.2 (üç yüz yetmiş beş manat, iyirmi qəpik) manat olmaqla ondan 375,2 (üç yüz yetmiş beş manat, iyirmi qəpik) manat manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 16.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 394,2 (üç yüz doxsan dörd manat, iyirmi qəpik) manat (18 ay x 21.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********11486 olan HUAWEİ Y6s markalı telefon üçün ümumilikdə 303,2 (üç yüz üç manat, iyirmi qəpik) manat olmaqla ondan 303,2 (üç yüz üç manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 336 (üç yüz otuz altı) manat (24 ay x 14 manat +0 manat ilkin ödəniş) olan HOFFMANN markalı dispenser üçün ümumilikdə 187 (yüz səksən yeddi) manat olmaqla ondan 187 (yüz səksən yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 05.07.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 408 (dörd yüz səkkiz) manat (24 ay x 17 manat + 0 manat ilkin ödəniş) olan olan HOFFMANN markalı dispenser üçün ümumilikdə 282 (iki yüz səksən iki) manat olmaqla ondan 282 (iki yüz səksən iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 81 (səksən bir) manat (18 ay x 4.5 manat + 0 manat ilkin ödəniş) olan PANASONİC markalı ev telefonu üçün ümumilikdə 58 (əlli səkkiz) manat olmaqla ondan 58 (əlli səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 24.07.2019-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 168 (yüz altmış səkkiz) manat (24 ay x 7 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi markalı qulaqlıq üçün ümumilikdə 116,6 (yüz on altı manat, altmış qəpik) manat olmaqla ondan 116,6 (yüz on altı manat, altmış qəpik) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 499,4 manat təşkil edir. Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.07.2019-cu il tarixli 00762021 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 408 (dörd yüz səkkiz) manat olan HOFFMANN markalı dispenser almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.07.2019-cu il tarixli 00803008 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 168 (yüz altmış səkkiz) manat olan Xiaomi markalı qulaqlıq almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.09.2019-cu il tarixli 00921874 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 336 (üç yüz otuz altı) manat olan HOFFMANN markalı dispenser almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.01.2020-ci il tarixli 20026775 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 81 (səksən bir) manat olan PANASONİC markalı ev telefonu almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2020-ci il tarixli 20180685 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 394,2 (üç yüz doxsan dörd manat, iyirmi qəpik) manat olan İMEİ Kodu **********11486 olan HUAWEİ Y6s markalı telefon almışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.04.2020-ci il tarixli 20235854 saylı müqavilədən görünür ki, o, ümumi dəyəri 434,2 (dörd yüz otuz dörd manat, iyirmi qəpik) manat olan HOFFMANN markalı dispenser almışdır. -05.07.2019, 24.07.2019, 18.09.2019, 10.01.2020, 16.03.2020, 23.04.2020-ci il əşyaların təhvil-təslim aktından görünür ki, HOFFMANN markalı 3 ədəd dispenser, İMEİ Kodu **********11486 olan HUAWEİ Y6s markalı telefon, PANASONİC markalı ev telefonu və Xiaomi markalı qulaqlıq Cavabdeh təhvil verilmişdir. -ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh HOFFMANN markalı 3 ədəd dispenser, İMEİ Kodu **********11486 olan HUAWEİ Y6s markalı telefon, PANASONİC markalı ev telefonu və Xiaomi markalı qulaqlıq üçün, onların ümumi 1821,4 manat olan ümumi dəyərindən və cəmi 499,4 manat ödəniş etmişdir. -"xxxx"MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx"MMC ilə bağlanmış 05.07.2019, 24.07.2019, 18.09.2019, 10.01.2020, 16.03.2020, 23.04.2020ci il tarixli müqavilələrə əsasən alınan malların 1821,4 manat olan ümumi dəyərindən cəmi 499,4 manat ödəniş etmiş və nəticədə 1322 manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 631.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05.07.2019, 24.07.2019, 18.09.2019, 10.01.2020, 16.03.2020 və23.04.2020-ci il tarixli əşyanın alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqavilələridir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 1821,4 manat ümumi dəyərindən cəmi 499,4 manat ödəniş etmiş və nəticədə 1322 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli,cavabdehdən ödənilmiş 33,22 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 23.04.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı dispenser üçün 375,2 (üç yüz yetmiş beş manat, iyirmi qəpik) manat ödənilməmiş borc, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********11486 olan HUAWEİ Y6s markalı telefon üçün 303,2 (üç yüz üç manat, iyirmi qəpik) manat ödənilməmiş borc, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı dispenser üçün 187 (yüz səksən yeddi) manat ödənilməmiş borc, 05.07.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı dispenser üçün 282 (iki yüz səksən iki) manat ödənilməmiş borc, 10.01.2020-ci il tarixli müqaviləyə əsasən PANASONİC markalı ev telefonu üçün 58 (əlli səkkiz) manat ödənilməmiş borc, 24.07.2019-ci il tarixli müqaviləyə əsasən Xiaomi markalı qulaqlıq üçün 116,6 (yüz on altı manat, altmış qəpik) manat ödənilməmiş borc, ümumilikdə 1322 manat borc və 33,22 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar