Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-147/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Elyazov Vüsal Vaqif oğlunun iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X4, X9, X7 və Eylazov Vaqif Hüseyn oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh, X4, X9, X7 və Eylazov Vaqif Hüseyn oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 02.04.2014-cü il tarixli, 03L000008000 saylı kredit xətti müqaviləsinin, 17.10.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş əlavə sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh, X1, X5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 9869.27 ABŞ Dolları məbləğində kredit borcu, 8738.05 ABŞ Dolları məbləğində faiz borcu və 6135.59 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24742.91 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin cavabdeh X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadə olunan, 0.1587 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m, 3 otaqlı, 12 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ümumilikdə 24742.91 ABŞ dolları kredit borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X1, X5 ümumi müştərək qaydada tutulması, X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadə olunan, 0.1587 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m, 3 otaqlı, 12 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X3, X8, X6 və Eylazov Vaqif Hüseyn oğlunun həmin mənzilə istifadə hüquqlarının itirilməsinə, onların həmin mənzildən çıxarılmasına, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 02.04.2012-ci il tarixli, 03L000008000 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 14.10.2014-cü il tarixli əlavə sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilmiş kredit xətti 151 ay müddətinə 300.000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 17.10.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.03.2015-ci il tarixli, 003R**********S saylı, 19.10.2015-ci il tarixli, 003R**********SA saylı, 17.02.2016-cı il tarixli 003R**********SB saylı, 21.02.2017-ci il tarixli, 003R**********SC saylı, 30.03.2018-ci il tarixli, 003R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 19.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 8130.73 ABŞ Dolları ödəmiş, onun 9869.27 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 30.01.2020-ci il tarixə 345 gün üçün hesablanmış faiz borcu 8738.05 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 30.01.2020-ci il tarixə 345 gün üçün hesablanmış cərimə 6135.59 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X11, X13 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdehipoteka qoyan X11, Cavabdeh və Bank arasında bağlanılmış 14.10.2014-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsi əsasında onun Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadədə olan 0.1587 ha torpaq sahəsində yerləşən 4nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m ibarət 3 otaqlı, 12 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 17 №-li reyestr kitabının 155 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadədə olan 0.1587 ha torpaq sahəsində yerləşən 4nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m ibarət 3 otaqlı, 12 nömrəli mənzil Cavabdeh kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh və X12, həmçinin ipoteka qoyan X3 əri Eylazov Vaqif Hüseyn oğlu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadədə olan 0.1587 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m ibarət 3 otaqlı, 12 nömrəli mənzil İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipotela ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşdürlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq 10.01.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 21.01.2020-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4saylı Ərazi, İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, dolların manata olan kursu həddən artıq yuxarı qalxdığına görə banka olan borcunu ödəyə bilməmişdir. Bundan başqa o, bər-bər işləyir. Lakin pandemiya ilə əlaqədar olaraq işləyə bilməmişdir. Buna baxmayaq o, hissə-hissə də olsa banka olan borcunu ödəyəcəkdir. Qeyd edilənlərə əsasən iddia tələbinin hissə-hissə ödənilməsi və cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X8 qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 02.04.2012ci il tarixli, 03L000008000 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 14.10.2014-cü il tarixli əlavə sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilmiş kredit xətti 151 ay müddətinə 300.000 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC ilə bağladığı 17.10.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.03.2015-ci il tarixli, 003R**********S saylı, 19.10.2015-ci il tarixli, 003R**********SA saylı, 17.02.2016-cı il tarixli 003R**********SB saylı, 21.02.2017-ci il tarixli, 003R**********SC saylı, 30.03.2018-ci il tarixli, 003R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan X11, Cavabdeh və Bank arasında bağlanılmış 14.10.2014-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsi əsasında onun Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadədə olan 0.1587 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m ibarət 3 otaqlı, 12 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X11 və X13 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər müqavilə şərtlərini pozmaları barədə xəbərdarlıq olunmuşlar, müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş H/01-PLS nömrəli, 17.02.2021-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, ipoteka predmeti olan X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadə olunan, 0.1587 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m, 3 otaqlı, 12 nömrəli mənzilinin bazar dəyəri 50.000 manat, likvid dəyəri isə 39.500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadə olunan, 0.1587 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m, 3 otaqlı, 12 nömrəli mənzili X4 məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizə ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu, 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh, X4, X9 aid edilməli və onlardan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbindən göründüyü kimi cavabdehlər Cavabdeh, X1, X5 eyni zamanda 6135.59 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 02.04.2012-ci il tarixli, 03L000008000 saylı kredit xətti müqaviləsi, 17.10.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması və ona əlavə edilmiş əlavə sazişlər ləğv edilməli, cavabdehlər Cavabdeh, X1, X5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 9869.27 ABŞ Dolları məbləğində kredit borcu, 8738.05 ABŞ Dolları məbləğində faiz borcu və 50 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18657.32 ABŞ Dolları məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulmalı, tələb cavabdeh X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadə olunan, 0.1587 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m, 3 otaqlı, 12 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin likvid qiyməti 39.500 manat müəyyən edilməli, həmin mənzil açıq hərracdan satılmalı, ümumilikdə 18657.32 ABŞ dolları kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh, X1, X5 ümumi müştərək qaydada tutulmalı, X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadə olunan, 0.1587 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m, 3 otaqlı, 12 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X11, X12 və Eylazov Vaqif Hüseyn oğlu həmin mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı, mənzil alıcıya təhvil verilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 02.04.2012-ci il tarixli, 03L000008000 saylı kredit xətti müqaviləsi, 17.10.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması və ona əlavə edilmiş əlavə sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh, X1, X5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 9869.27 ABŞ Dolları məbləğində kredit borcu, 8738.05 ABŞ Dolları məbləğində faiz borcu və 50 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 18657.32 ABŞ Dolları məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun. Tələb cavabdeh X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadə olunan, 0.1587 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m, 3 otaqlı, 12 nömrəli mənzilinə yönəldilsin, həmin mənzilin likvid qiyməti 39.500 manat müəyyən edilsin, həmin mənzil açıq hərracdan satılsın və ümumilikdə 18657.32 ABŞ dolları kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləği Cavabdeh, X1, X5 ümumi müştərək qaydada tutulsun. X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində istifadə olunan, 0.1587 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 69.69 kv.m, 3 otaqlı, 12 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X11, X12 və Eylazov Vaqif Hüseyn oğlu həmin mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılsın və alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-147/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-147/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver