Məhkəmə qərarları › İş №2(060)-1492/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1492/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1492/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X10, Cavabdeh1 qanuni nümayəndəsi İbrahimova İlhamə Yunis qızının iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 Rafiq oğluna və Cavabdeh1 qanuni nümayəndəsi X8 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 Rafiq oğluna və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh3 Rafiq oğlundan və Cavabdeh1 Rafi qızından müştərək qaydada iddiaçı «xxxx» ASC-nin xeyrinə 1370,08 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC-nin “Sumqayıt" filialı ilə X11 arasında bağlanmış 23.11.2018-ci il tarixli, BPM**********69 N-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 28 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 1500 manat məbləğində kredit verilmişdir. Tərəfər arasında bağlanmış Kredit müqaviləsinin 4.3.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 02.03.2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt Regional "Asan Xidmət " mərkəzində Notariat Ofisinin 20.08.2020-ci il tarixli 2942 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş 13.11.2020-ci il tarixli maliyyə arayışına əsasən X4 vəfat etdiyi tarixə Banka ödənilməmiş 1370.08 manat əsas borc olmaqla, cəmi 1370.08 manat borcu qalmışdır. Cavabdehlər mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(060)-1492/2021 saylı qərardadı ilə əlavə araşdırma aparılması zərurəti olduğundan işə iddia icraatında qaydasında baxılması qərara alınmışdır. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək Cavabdeh1 yetkinlik yaşına çatmadığı üçün onun qanuni nümayəndəsi X6 işə cəlb edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin vəsatəti əsasında məhkəmə X9 Cavabdeh1 qanuni nümayəndəsi qismində işə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qanuni nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki materiallarında olan: «xxxx» ASC ilə cavabdeh X11 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, №BPM**********69 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» ASC borcalan X7 28 ay müddətinə, illik 27% ödəmək şərti ilə 1500 AZN məbləğində kredit verməyi, borcalan krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və razılaşdırılmış müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. 13.11.2020-ci il tarixli arayışdan görünür ki, X4 23 noyabr 2018-ci il tarixli, №BPM**********69 saylı kredit müqaviləsi üzrə banka əsas borcu 1370,08 manat təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(060)-1492/2021 saylı sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən göndərilmiş: 2v-1358 reyestr nömrəli, 16 sentyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, 16.09.2019-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 Rafiq oğluna və Cavabdeh1 Rafi qızına qanun üzrə vərəsəlik hüququ üzrə hər birinə miras əmlakdan - ünvan 1 ünvanına 1/3 hissədə pay almaq hüququna dair vərəsəlik haqqında şəhadətnamələr verilmişdir; Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.11.2016-cı il tarixli, AZ-İ serialı 837109 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 14.11.2016-cı il tarixdə ölmüşdür. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.03.2019-cu il tarixli, AZ-İİ serialı 001738 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 02.03.2019-cu il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə X11 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Borclu 02 mart 2019-cu il tarixdə ölmüşdür. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varislərinin borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə cavabdehlər X1 qanun üzrə vərəsələridir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcələsinin 1151, 1306-cı maddələrinə istinadən iddiaçının tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdehlər borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsələri kimi birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, X1 vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh3 Rafiq oğlundan və Cavabdeh1 qanuni nümayəndəsi X5 1370,08 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh3 Rafiq oğlundan və Cavabdeh1 qanuni nümayəndəsi X5 1370,08 (bir min üç yüz yetmiş manat səkkiz qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat «xxxx» Açıq Səhmdar Cəmiyyətinin tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar