Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1493/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «30.04.2014-cü il tarixli **********91114 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «30.04.2014-cü il tarixli **********91114 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.04.2014-cü il tarixli **********91114 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək 6.191 manat 98 qəpik məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 9.426 manat 84 qəpik məbləğində penya, 30.04.2018-ci il tarixdən 19.12.2019-cu il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanmış 6.477 manat 06 qəpik məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi olmaqla, cəmi 22.095 manat 89 qəpik məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) "xxxx" ASC ilə Cavabdeh (borc alan) arasında bağlanmış 30.04.2014-cü il tarixli **********91114 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə yaşayış sahəsinin təmiri məqsədi ilə 48 ay müddətinə, illik 19 % ödənilməsi şərti ilə, 27.000 manat məbləğində kredit verilmişdir. Bank qarşısında müvafiq kredit öhdəliklərinin icrasını təmin etmək üçün cavabdeh Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi, 3-cü məhəllədə yerləşən 0,0548 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki 2 mərtəbəli, 7 otaqlı, 120,0 m2 yaşayış 94,0 m2 yardımçı, 214,0 m2 ümumi sahədən ibarət 142 saylı fərdi yaşayış evini 30.04.2014-cü il tarixli **********91114/ip saylı ipoteka müqaviləsi üzrə banka ipotekaya qoyulmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı "xxxx" ASC kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 06 noyabr 2017-ci il tarixli 2(060)-587/2017 saylı qətnaməsi ilə Cavabdeh 22.389 manat 36 qəpik məbləğində əsas borc, 5.453 manat 29 qəpik məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə məbləğ, 40 manat 91 qəpik məbləğində cərimə, cəmi 27.883 manat 56 qəpik, dövlət rüsumu kimi ödənilmiş 30 manatın və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 15 manatın "xxxx" ASC-nin xeyrinə tutulması; tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 87.000 manat olmaqla hərrac yolu ilə satılması qət edilmişdir. Sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli 2(105)-1063/2018 saylı qətnaməsi ilə bankın vəkilinin apellyasiya şikayəti qismən təmin olunaraq, Sumqayıt şəhər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(060)-587/2017 saylı qətnaməsinin qismən ləğv edilmiş, iddia «mənzil satıldıqdan sonra mənzildə yaşayan Cavabdeh mənzili bir ay ərzində tərk etmədiyi halda, həmin şəxsin mənzildən məcburi qaydada çıxarılması» hissəsində təmin edilmiş, Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi, 3-cü məhəllədə yerləşən 0,0548 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki 2 mərtəbəli, 7 otaqlı, 120,0 m2 yaşayış 94,0 m2 yardımçı, 214,0 m2 ümumi sahədən ibarət 142 saylı fərdi yaşayış evi satıldıqdan sonra mənzildə yaşayan Cavabdeh bir ay ərzində tərk etmədiyi halda, mənzildən məcburi qaydada çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli 2(102)-7600/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli 2(105)-1063/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh yuxarıda göstərilən borc məbləğini 19.12.2019-cu il tarixdə tam şəkildə ödəməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək hesablanmış 6.191 manat 98 qəpik məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı – 19.12.2019-cu il tarixə bu məbləğ 9.426 manat 84 qəpik təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, Mülki Məcəllənin 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.» Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, «kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kredtorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 1 ildən artıq müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları» tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 21 % təşkil etməsinə baxmayaraq, bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 30.04.2018-ci il tarixdən əsas borcun tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında kredit müqaviləsində nəzərdə tutulmuş (19 %) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün bu məbləğ 6.477 manat 06 qəpik təşkil edir. Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədi ilə iddiaçı tərəfindən cavabdehə 31.08.2020-ci il tarixli 149 saylı xəbərdarlıq məktubu ünvanlanmasına və qeyd edilən məktubun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, sonuncu tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, borc məbləği tam şəkildə bağlanmışdır. Onun banka heç bir borcu yoxdur. Məhkəmədən iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.A.Məmmədov) 06 noyabr 2017-ci il tarixli 2(060)-587/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 30 aprel 2014-cü il tarixli, **********1114 saylı kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxarılma haqqında tələbi qismən təmin edilərək, cavabdehdən 22.389,36 manat məbləğində əsas borc, 5.453,29 manat məbləğində faiz, 40,91 manat məbləğində cərimə olmaqla, cəmi 27.883,56 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına ahnmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təstiq edilməsinə görə 15 manat məbləğində pul vəsaitinin alınıb iddiaçı Bankın xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə cavabdehə məxsus Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi, 3-cü məhəllədə yerləşən 0,0548 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki iki mərtəbəli, 7 otaqlı, 120,0 m2 yaşayış, 94,0 m2 yardımçı, 214,0 m2 ümumi sahədən ibarət 142 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi, 3-cü məhəllədə yerləşən, 0,0548 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki iki mərtəbəli, 7 otaqlı, 120,0 m2 yaşayış, 94,0 m2 yardımçı, 214,0 m2 ümumi sahədən ibarət 142 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 87.000 manat müəyyən edilməklə, açıq hərracdan satılması və həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdehin Banka olan borcunun ödənilməsi və hərracdan əldə olunmuş vəsait hesabına borc tam ödənildikdən sonra artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və G.F.Tağızadə) 27 iyun 2018-ci il tarixli 2(105)-1063/2018 saylı qətnaməsi ilə iddiaçı Bankın nümayəndəsi M.N.Mustafayevin verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(060)-587/2017 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia – «Mənzil satıldıqdan sonra mənzildə yaşayan cavabdeh mənzili bir ay ərzində tərk etmədiyi halda, həmin şəxsin mənzildən məcburi qaydada çıxarılması» hissəsində təmin edilmiş, Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi, 3-cü məhəllədə yerləşən 0,0548 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki iki mərtəbəli, 7 otaqlı, 120,0 m2 yaşayış, 94,0 m2 yardımçı, 214,0 m2 ümumi sahədən ibarət 142 nömrəli fərdi yaşayış evi satıldıqdan sonra mənzildə yaşayan cavabdeh bir ay ərzində tərk etmədiyi halda, mənzildən məcburi qaydada çıxarılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçı Banka verilməsi, qətnamənin – «cavabdehdən 22.389,36 manat məbləğində əsas borc, 5.453,29 manat məbləğində faiz, 40,91 manat məbləğində cərimə, cəmi 27.883,56 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təstiq edilməsinə görə 15 manat məbləğində pul vəsaitinin alınıb iddiaçı Bankın xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə cavabdehə məxsus Sumqayıt şəhəri «Samur-Abşeron» kanalının şimalı, Yeni yaşayış massivi, 3-cü məhəllədə yerləşən 0,0548 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki iki mərtəbəli, 7 otaqlı, 120,0 m2 yaşayış, 94,0 m2 yardımçı, 214,0 m2 ümumi sahədən ibarət 142 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Sumqayıt şəhəri «Samur-Abşeron» kanalınn şimalı, Yeni yaşayış massivi, 3-cü məhəllədə yerləşən, 0,0548 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindəki iki mərtəbəli, 7 otaqlı, 120,0 m2 yaşayış, 94,0 m2 yardımçı, 214,0 m2 ümumi sahədən ibarət 142 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 87.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və həmin mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdehin Banka olan borcunun ödənilməsi və hərracdan əldə olunmuş vəsait hesabına borc tam ödənildikdən sonra artıq qalan məbləğ cavabdehə qaytarılması» hissələrində dəyişiklik edilmədən saxlanılmış, cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2018-ci il tarixli 2(102)-7600/2018 saylı qərarı ilə İddiaçı Bankın və cavabdeh və vəkili Məmmədov Vüsal Qara oğlunun kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli 2(105)-1063/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh qətnamə üzrə tutulmalı olan borc məbləğini 19.12.2019-cu il tarixdə tam şəkildə ödəmişdir. Lakin, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək 6.191 manat 98 qəpik məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2021-ci il tarixli 9/3241 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə ödənilmiş pul vəsaitinə dair çıxarış məlumatları və tərəflər arasında bağlanmış 30 aprel 2014-cü il tarixli **********91114 saylı kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin sual üzrə 19 dekabr 2019-cu il tarixə iddiaçı banka olan faiz borcu 6.191 manat 98 qəpik məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Eyni zamanda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndindən görünür ki, həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, iddia tələbi əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək 6.191 manat 98 qəpik məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun tutulmasına dair hissədə əsaslıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək 6.191 manat 98 qəpik məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc, 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6.321 manat 98 qəpik pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Belə ki, iş materiallarından görünür ki, bank tərəfindən ilkin olaraq əsas borc cavabdehdən tutulmuş və əsas borc tam ödənilmişdir. İddiaçı təşkilat Mülki Məcəllənin normalarını pozaraq, ilkin olaraq tutulmalı olan faizi deyil, əsas borcu cavabdehdən tutmuşdur. Bununla da, əsas borc üzrə cavabdeh öz öhdəliyini icra etmişdir. Hazırda bank tərəfindən borca görə əldən çıxmış faydanın cavabdehdən tələb etməsi məhkəmə tərəfindən əsassız qəbul edilir. Bundan başqa, iddiaçı ona əldən çıxmış fayda qismində 6.477 manat 06 qəpik zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc məbləğinin tam şəkildə qaytarıldığı 19.12.2019-cu il tarixədək 6.191 manat 98 qəpik məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc, 100 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 6.321 manat 98 qəpik pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1493/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1493/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver