Məhkəmə qərarları › İş №2(060)-150/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-150/2021

17.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-150/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehlər X9, X4 və Yəhyayeva Gülbəniz Qədir qızının, Maraqlı şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər X11 və qeyrilərinə qarşı mənzilə köçürülmə və mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X11 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4, mənzil 7-ə köçürülmələri və həmin mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4, mənzil 7-də yerləşməklə 3 otaqdan ibarətdir. Həmin mənzil onun qayınatası Cavabdeh işlədiyi Sumqayıt Yuyucu Maddələr zavodu tərəfindən ayrılmışdır. O, cavabdehlərdən X12 ilə xx.xx.2010-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X13 və X14 adlı 2 övladı anadan olmuşdur. Ailə quran gündən o, ailə üzvü kimi mübahisəli mənzilə gəlin köçmüş və bu mənzildə ailə üzvü kimi yaşamaqla onlarla birgə təsərrüfat idarə etmişdir. Onun bütün cehiz əmlakları həmin mənzildədir. 2019-cu il noyabr ayının 19da həmin yaşadığı mənzildə söz-söhbət olmuş və məcburiyyət qarşısında qalaraq xırda və gündəlik istifadə olunan bəzi əmlaklarını ordan çıxararaq 2020-ci ilin yanvar ayında kirayədə yaşamışlar. Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 5/17-də yerləşən 22 saylı mənzildə müvəqqəti kirayə yaşadıqları vaxt xx.xx.2020-ci il tarixdə həyat yoldaşı onunla evdə dalaşaraq üstünə bıçaq çıxarmış, onu döymüş və o, məcburiyyət qarşısında qalaraq həmin gündən uşaqları ilə birlikdə evi tərk etmişdir. Sonradan isə o, həmin mənzilə gələndə ona aid və birgə nikah vaxtı aldıqları əmlakların həmin mənzildə olmadığını görmüş və valideynlərinin yanına qayıtmışdır. Lakin onun cehiz əmlakları mübahisəli mənzildədir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər hər biri izahat verərək, iddia tələbini qəbul etmədiklərini və İddiaçı əmlaklarının əksər hissəsini kirayə yaşadığı mənzilə, oradan isə valideynlərinin evinə apardığını bildirərək və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh X12 eyni zamanda bildirdi ki, o, keçmiş arvadı olan İddiaçı 2019-cu ilin noyabr ayında mübahisəli mənzili tərk etdikdən sonra 2020-ci ilin yanvar ayında onunla birlikdə başqa mənzildə kirayədə yaşamış, təxminən bir aydan sonra ayrılmış, 2020-ci ilin iyul ayının 30-da nikahları pozulmuşdur. Maraqlı şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin nümayəndəsi X5 iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 21 saylı Mənzil Kommunal Səhəsinin 458 nömrəli arayışından görünür ki, cavabdehlər X16, X12 və Yəhyayeva Gülbəniz Qədir qızı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4, 7 saylı mənzilində pasport qeydiyyatındadırlar. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə Nağıyeva Aysel Nağı qızı arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1804 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Yəhyayeva soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətinlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X14 adlı övladları vardır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 21 saylı Mənzil Kommunal Səhəsinin xx.xx.2020-ci il tarixli aktından görünür ki, İddiaçı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4, 7 saylı mənzildə xx.xx.2010-cu il tarixdən 2019-cu ilin noyabr ayına qədər həmin ünvanda yaşamışdır. Qeyd olunanları X8, X10 və X16 öz imzaları ilə təsdiq etmişdir. - xx.xx.2020-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəmənin göndərdiyi sorğusuna əsasən təqdim edilmiş cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən, 7 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2859/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqların ananın yanında qalması və xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər birinə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin X3 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx xxxxxxx 2010cu il tarixdə X12 ilə nikaha daxil olaraq icarədarı qayınatası X16 olan Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4, mənzil 7-ə gəlin köçmüşdür. 2019-cu ilin noyabr ayında mübahisəli mənzili tərk edərək yoldaşı ilə birlikdə 2020-ci ilin yanvar ayından kirayədə yaşamışdır. xx xxxx 2020-ci il tarixdə məhkəmə qətnaməsi əsasında onların nikahına xitam verilmişdir. İddiaçı hal-hazırda valideynlərinin yanında yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə baxılarkən 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarına istinad edilməlidir. Belə ki, iddiaçı mübahisəli mənzilə 2010-cu ildə köçmüş və 2019-cu ilin noyabr ayınadək orada yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.4-ci maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Bu Məcəllənin 70-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının icarədarın ailə üzvü olarkən mübahisəli mənzili müvəqqəti deyil, daimi yaşamaq üçün tərk etməsi, eləcə də artıq keçmiş ailə üzvü kimi qanuni əsaslarla yaşayış sahəsində yaşayışını davam etdirməməsi onun həmin mənzildən istifadə hüququnu əldə etməsini istisna edir. Ona görə də məhkəmə, iddianı bu hissədə əsassız hesab edir. Məhkəmə eyni zamanda belə qənaətə gəlir ki, iddianın mənzilə köçürülmə hissəsi də təmin edilməməlidir. Belə ki, iddiaçının sözügedən evdə istifadə hüququ olmadığı təqdirdə oraya köçürülməsini qanunvericilik istisna edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər X11 və qeyrilərinə qarşı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4, mənzil 7-ə köçürülməsi və həmin mənzilə dair istifadə hüquqlarının tanınması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar