Məhkəmə qərarları › İş №2(060)-1511/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1511/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1511/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 1750 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq idiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclası xx.xx.2021-ci il tarixinə təyin olunmuş və məhkəmə iclasında tərəflər iştirak etmişlər. Məhkəmə iclasında tərəflər aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim etmiş və həmin sazişin təsdiq olunmasını məhkəmədən xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə əsasən cavabdeh iddiaçıya 700 manat məbləğində borcu olduğunu etiraf edir və həmin məbləği xx.xx.2021-ci il tarixinə qədər iddiaçıya qaytarmağı öhdəsinə götürür. İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. İddiaçı həmçinin bildirir ki, cavabdehə qarşı hazırkı tələblə bağlı heç bir iddiası olmayacaqdır. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (191.1.). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (191.2.). Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir (191.4.). Məhkəmə hesab edir ki, tərəflər arasındakı barışıq sazişi qanuna müvafiqdir və üçüncü şəxslərin hüquqlarını pozmur. Bu səbəbdən barışıq sazişi təsdiqlənməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh İddiaçı 700 (yeddi yüz) manat məbləğində borcu olduğunu etiraf edir və həmin məbləği xx.xx.2021-ci il tarixinə qədər İddiaçı qaytarmağı öhdəsinə götürür.

2. İddiaçı Cavabdeh qarşı 1750 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq idiaçıya ödənilməsi barədə iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. İddiaçı bildirir ki, Cavabdeh qarşı hazırkı tələblə bağlı heç bir iddiası olmayacaqdır. İddiaçı Cavabdeh qarşı 1750 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq idiaçıya ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar