Məhkəmə qərarları › İş №2(060)-1538/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1538/2021

08.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1538/2021 08.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «dəymiş maddi ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh «xxxx» ASC-nin yuxarıda hərəkətləri qeyd olunan əməkdaşları müvafiq qanunvericiliyə uyğun cəzalandırılması təmin edilməsi və xx.xx.2020-ci il tarixdən elektrik enerjisinin bərpa olunma vaxtınadək aşağıda sadalananlara müvafiq dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddia ərizəsində göründüyü kimi, mübahisə Sumqayıt şəhəri, Koroğlu prospekti, Yeni Avtovağzal adlanan ərazidə «Hikmət-87 Petrol» adlanan Yanacaq doldurma məntəqəsindən gedir. Belə olan halda yuxarıda qeyd olunan mübahisə inzibati qaydada mübahisələndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyatı olmamasını aşkara çıxara bilər. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149- 152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «dəymiş maddi ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar