Məhkəmə qərarları › İş №2(060)-1545/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1545/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1545/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs: X10) dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10100 manatın və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, hal-hazırda "xxxx" MMC-də çilingər vəzifəsində çalışır. Cavabdehlə “turbo.az” saytı vasitəsilə tanış olmuşdur. Belə ki, o, kreditlə verilən maşınlara baxmaq üçün “turbo.az” internet saytında axtarış apararkən “Mercedes Benz S Class” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmişdir. Həmin avtomobilin sahibi ilə əlaqə saxlamaq üçün qeyd olunan internet saytında yerləşdirilən Namiq adlı şəxsə məxsus telefon nömrəsini götürmüşdür. Həmin nömrəyə zəng etmiş və avtomobillə bağlı razılaşmaq üçün danışıqlar aparmışdır. Namiq adlı şəxs telefonda bildirmişdir ki, avtomobilin sahibi özüdür və üzbəüz şərtləri danışmaq üçün onu dəvət etmişdir. Ona görə də o, cavabdehlə görüşmək üçün Sumqayıt şəhərinə getmişdir. Bir qədər söhbətdən sonra aralarında olan razılığa əsasən cavabdeh avtomobilin faizlə birlikdə 13700 manat olacağını ilkin olaraq 5000 manat pul verməsini, sonra isə 22 ay üçün aylıq 420 manatdan olmaqla avtomobili ondan ala biləcəyini bildirmişdir. Qeyd edilən şərtlə bağlı aralarında yazılı borc müqaviləsi bağlanmışdır. Ancaq ödənişlər ediləndən sonra cavabdeh onu aldadaraq artıq bu sənədin heç bir hüquqi qüvvəyə malik olmadığını bildirmiş və sənədi ondan alaraq yararsız vəziyyətə salmışdır. O, ilkin olaraq cavabdehə 5000 manat ödədikdən sonra avtomobili idarə etmək üçün ona etibarnamə verməsini bildirmişdir. Etibarnamə verilən zaman onun sürücülük vəsiqəsi olmadığı üçün ilkin olaraq etibarnaməni bibisi oğlu Abidin adına rəsmiləşdirmişlər. Bu zaman o, avtomobilin sahibinin Nadir olduğunu cavabdehə bildirmiş, ancaq cavabdeh Nadirin onun qardaşı olduğunu və heç bir narahatçılıq olmadığını demişdir. O özünə sürücülük vəsiqəsi aldığından xx.xx.2022-ci il tarixdə 4 saylı notariat kontorunda adıına etibarnamə almışdır. Bir müddət sonra cavabdeh ona ödənişi daha çox edəcəyi təqdirdə faiz olaraq ödəməli olduğu pulun miqdarının az olacağını bildirmişdir. Bu səbəbdən də o, banka müraciət edib 3000 manat kredit götürərək cavabdehə ödəmişdir. Bundan sonra artıq borcunun tam olaraq ödənildiyini düşünmüş və avtomobilini rahatlıqla idarə etməyə başlamışdır. 2022-ci ilin ortalarında idarə etdiyi avtomobillə Gəncə şəhərinə gedən zaman postda olan DYP əməkdaşı avtomobilini saxlayaraq axtarışda olduğunu və məcburən duracağa gedəcəyini bildirmişdir. Həmin vaxt polis əməkdaşı avtomobilin başqa şəxsə satıldığını bildirmiş və avtomobili duracaqda yerləşdirmişdir. Bu hadisədən sonra o, cavabdehlə əlaqə saxlayaraq ona ödədiyi pulların hamısını geri qaytarmasını bildirmişdir. Ancaq cavabdeh ona heç bir məbləğdə pul qaytarmayacağını bildirmişdir. O, cavabdehə ilkin olaraq 5000 manat, daha sonra 5 ay üçün ayda 420 manat olmaqla 2100 manat və 2020-ci ilin sentyabr ayında isə 3000 manat olmaqla, ümumilikdə 10100 manat pul ödəmişdir. O, cavabdehin etibarından sui-istifadə edərək onu aldadıb ümumilikdə 10100 manat pulunu aldığına və hal-hazırki vaxtadək qaytarmadığına görə ona qarşı dələduzluq etməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Tərəfindən daxil olmuş məlumat Sumqayıt şəhər Polis İdarəsində “HK-1” kitabında 1260 sayla qeydiyyata alınaraq araşdırılması Sumqayıt şəhər Pİ-nin baş təhqiqatçısı, polis kapitanı X8 həvalə edilmişdir. Yekunda cavabdehin əməlində cinayət hadisəsi müəyyən edilmədiyindən və bu əməlin mülki xarakter daşıdığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Aparılan araşdırma zamanı Cavabdeh izahatında ona qaytarmalı olduğu 10100 manat məbləği ondan aldığını etiraf etmişdir. Lakin, hal-hazırki vaxtadək cavabdeh borclu olduğu məbləği qaytarmamışdır. Cavabdeh bu hərəkəti ilə ona maddi ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. “Mercedes Benz S Class” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun xalasıoğlunundur. İddiaçı ilkin olaraq 5000 manat ödəmiş, bundan sonra müəyyən məbləğdə də bütöv şəkildə ödəniş etmişdir. Lakin, məbləğ yadında deyildir. İddiaçının avtomobilə görə 3700 manat borcu qalmışdır. İddiaçı ona demişdir ki, ailə qurmaq üçün ev tikir, başı qarışıqdır. O da iddiaçını müəyyən müddət gözləmişdir. Həmin müddət gəlib çatandan sonra iddiaçıya demişdir ki, xalası oğlu Vasifin xəstə qardaşı var, Vasifin atası da əlildir, Vasifə təcili pul lazımdır və 3700 manat borcu qaytarsın, Baş Dövlət Yol Polisi İdarəsində alqı-satqı zamanı ona güzəşt də edəcəkdir. Bu proseslər gedən zaman da iddiaçıya verdiyi etibarnamə ləğv olunmamışdır. İddiaçı avtomobili qaytarmaq istədiyini bildirmişdir. O da bildirmişdir ki, problem yoxdur, avtomobili gətirsin, avtomobili satmağa ona kömək edilsin. İddiaçı avtomobili gətirmiş, amma avtomobil yaxşı vəziyyətdə olmamışdır. Avtomobil iddiaçıda 2 il qalmışdır. Avtomobili onun adından sayta elan yerləşdirib satmağını bildirəndə iddiaçı dedi ki, avtomobili düzəltmək üçün çox xərc çəkməlidir və bununla razılaşmamışdır. O sonra iddiaçıya təklif etmişdir ki, avtomobili günü 20-30 manatdan icarəyə götürənlər olur, saytda elan yerləşdirsin, heç olmazsa, 2-3 ay ərzində ona olan borcu bağlasın, iddiaçı bununla da razılaşmamışdır. O, avtomobilin lombarda satılması ilə bağlı qeyd etdi ki, iddiaçı xalası oğlu Vasiflə birlikdə lombarda getmiş, lombardda bütün şərtlər ona izah olunmuş və lombarddan iddiaçının özünə etibarnamə verilmişdir. O, lombarddan öz pulunu götürmüşdür. İddiaçı lombarda 3-4 ay pul ödəmədiyi üçün lombard ödəniş etməsi ilə bağlı iddiaçıya xəbərdarlıq etsə də, iddiaçı ödəniş etmədiyindən iddiaçıya verilən etibarnamə lombard tərəfindən ləğv olunmuşdur. O, eyni zamanda qeyd etdi ki, iddia tələbi əsassızdır. Ona olan borc bağlanmışdır. Avtomobil üçüncü şəxsdədir, onda deyildir. İddiaçı dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, lombarda olan pulu ödəmədiyi üçün ona verilən etibarnamə ləğv edilmişdir. O, iddia tələbinin rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli Sumqayıt Şəhər Polis İdarəsinin baş təhqiqatçısı, polis kapitanı X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməli olduğu izah edilmişdir. - X9 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsinin surətindən görünür ki, onlar mübahisəli avtomobilin qiymətinin 13700 manat olacağını, iddiaçının ilkin olaraq 5000 manat pul verməsini, sonra isə 21 ay üçün aylıq 420 manatdan olmaqla ödəniş etməklə avtomobili ala biləcəyi barədə şərtlərlə razılaşaraq aralarında yazılı borc müqaviləsi bağlamışdırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. - xx.xx.2020-ci il tarixli, 182381 saylı etibarnamənin surətindən görünür ki, X9 “Mercedes Benz 320” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək idarə etməyi X14 etibar etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmənin göndərilən soruğusuna əsasən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Mercedes Benz 320” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X14 (iddiaçının bibisioğlu) xx.xx.2020-ci il tarixdə xx.xx.2022-ci il tarixədək etibarnamə verilmiş, sonuncunun sözügedən avtomobilə dair hüquqları xx.xx.2022-ci ildə təsdiq edilmişdir. Sözügedən avtomobil barədə xx.xx.2021-ci ildə X5 adına alqı-satqı müqaviləsi əsasında şəhadətnamə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh qardaşı X4 razılığı əsasında sonuncunun mülkiyyətində olan “Mercedes Benz 320” minik markalı, **- LX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili satışa çıxarmış, iddiaçı həmin avtomobili bəyənərək almağa razılaşmış, lakin vəsaiti kifayət etmədiyi üçün Nadir Abdullayev ilə iddiaçı arasında həmin əmlaka dair xx.xx.2020-ci il tarixdə borc müqaviləsi bağlanaraq avtomobil iddiaçının sahibliyinə verilmişdir. İddiaçının həmin zaman avtomobil idarə etmək hüququ olmadığından ilk olaraq avtomobilə dair X14 (iddiaçının bibisi oğlu) xx.xx.2020-ci il tarixdə xx.xx.2022-ci il tarixədək etibarnamə verilmişdir. Bundan sonra iddiaçı sürücülük hüququ əldə etdiyi üçün xx.xx.2020-ci il tarixdə onada etibarnamə verilmişdir. İddiaçı avtomibilin mülkiyyətçisi qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyi üçün, tərəflərin razılığı əsasında iddiaçının Nadir Abdullayevə qalan borcunun bağlanması məqsədi ilə, avtomobil xx.xx.2021-ci il tarixdə üçüncü şəxsə yəni lombard işçisi olan X1. Avtomobil X2 iddiaçı qəbul etmişdir ki, Asiman İsmayılova onun Nadir Abdullayevə qalan borcunun tam ödəyir, avtomobilə dair iddiaçıya etibarnamə verir, avtomobili iddiaçının istifadəsinə verir, sonuncu isə 12 ay müddətində X12 Abdullayevə ödədiyi vəsaiti həmçinin lombard xərc və faizlərini ödəməyə razıdır. Bu razılıq onda ifadə olunur ki, avtomobil Asiman İsmayılovanın mülkiyyətinə keçdikdən sonra iddiaçı ondan xx.xx.2021-ci il tarixli iki il müddətinə olan etibarnamə qəbul edərək avtomobili istifadə etməkdə davam edir. 2022ci illin yanvar ayından iddiaçı lombarda ödəniş etməli olduğu halda ödənişləri etməmiş və nəticədə 2022-ci ilin ortalarında ona verilən etibarnamə ləğv edilərək, avtomobil mülkiyyətçisi tərəfindən istifadəsindən alınmışdır. Göründüyü kimi Cavabdehn hər hansı hərəkət və ya hərəkətsizliyi ilə iddiaçı zərər vurmamış, iddiaçı qarşısında hər hansı bir öhdəliyi olmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Sözügedən Məcəllənin 531-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin və alimentlərin ödənilməsi üzrə öhdəliklər barəsində novasiyaya yol verilmir. Əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı hesab edir ki, əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh 10100 manatın və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar