Məhkəmə qərarları › İş №2(060)-1551/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1551/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1551/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşah Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə 11 mart 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1857.88 manat əsas, 323.56 manat faiz, 98.65 manat cərimə, cəmi 2280.09 manat borc və 43.21 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə elektron ərizə məhkəməyə müraciət edərək, məhkəmədən hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında mülki işin aidiyyatı üzrə göndərilməsini xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəsmi qaydada qeydiyyatda olduğu ünvan Ağstafa rayonu olduğuna görə mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materialarında olan AZEMİS-dən əldə edilmiş çıxarışdan görünür ki, hazırda Cavabdeh rəsmi qaydada Ağstafa rayonu, Tatlı Ərazi Dairəsi, Yaradullu kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 44.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa (MPM-nin 44.2.2), hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə (MPM-nin 44.2.5) məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, Cavabdeh rəsmi qaydada qeydiyyatda olduğu ünvan ünvan 2 üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44- 45, 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) gündən 10 gün ərzində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar