Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1553/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-224/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Böyük icra məmuru Rövşən Ağayev tərəfindən məhkumun iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolla mobil qurğusu “Attenti” markalı, 35654347 №-li olan elektron nəzarət vasitəsi dəsti və xx.xx.2022-ci il tarixli protokolla mobil qurğusu “Attenti” markalı, 35653296 №-li olan elektron nəzarət vasitəsi dəsti tətbiq edilmişdir. Müvafiq iltizamla iş üzrə cavabdeh olan Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 4554,80 manat dəyəri olan elektron nəzarət vasitəsi dəstlərini itirməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi ziyan vurmuşdur. Ə.Ərzuman elektron nəzarət vasitəsi dəstinin dəyəri olan 4554,80 manat pulun təqdim olunmuş müvafiq hesaba ödəməsi barədə xx.xx.2022-ci il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq, o, tələbi icra etməmişdir. Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitələrinin dəyəri 4554,80 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh yeni cinayət törətdiyi üçün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-57972022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri 4554,80 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə təqdim edərək, mülki iş üzrə iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh cəzaçəkmə müəssisəsində olduğuna görə iddia ərizəsinin surəti cəza çəkdiyi müəssisəyə göndərilməklə, iddia ərizəsi ilə bağlı ona yazılı izahatın göndərilməsi təklif olunmuş, lakin o, öz yazılı izahatını məhkəməyə göndərməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-224/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 31 dekabr 2020-ci il tarixdən 02 yanvar 2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası Cavabdeh yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 01 litr həcmdə “Chivas Regal 18” markalı spirtli içki hesab edilən viski zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 50 (əlli) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi, Cavabdeh göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülməsi, iş üzrə mülki iddianın olmaması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-224/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən ona təhkim olunmuş elektron nəzarət vasitələrini - 01 ədəd mobil qurğu (“Attenti” markalı, 35654347 №-li), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE16760 №-li), 01 ədəd mobil qurğu üçün qoruyucu qabı qəbul etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-224/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən ona təhkim olunmuş elektron nəzarət vasitələrini - 01 ədəd mobil qurğu (“Attenti” markalı, 35653296 №-li), 01 ədəd mobil qurğu üçün qoruyucu qabı qəbul etmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya idarəsinin icra məmurları – R.Ağayev, M.Sərdarov, C.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli protokolla ona tətbiq edilmiş mobil qurğu “Attenti” markalı, 35654347 №-li olan elektron nəzarət vasitəsi dəstini və xx.xx.2022-ci il tarixli protokolla ona tətbiq edilmiş mobil qurğu “Attenti” markalı, 35653296 №-li olan elektron nəzarət vasitəsi dəstini təhvil verməmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya idarəsinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, elektron nəzarət vasitələrinin dəyəri olan 4554,80 manat pul tərəfindən könüllü ödənilmədiyi halda həmin pulun məcburi tutulması üçün məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Attenti” markalı elektron nəzarət qurğusunun qiyməti 2277,40 manat təşkil edir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilər tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-224/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsi tətbiq edilmiş, Cavabdeh elektron nəzarət vasitəsini itirmişdir. Məhkəmə onu da qeyd edir ki, Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitələrinin dəyəri 4554,80 manat təşkil edir. Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 4554,80 (dörd min beş yüz əlli dörd manat, səksən qəpik) manat məbləğində pul alınaraq Bakı Şəhər Probasiya İdarəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 4554,80 (dörd min beş yüz əlli dörd manat, səksən qəpik) manat məbləğində pul alınaraq iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №2(060)-1553/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1553/2023
14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver