Məhkəmə qərarları › İş №2(060)-1583/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1583/2021

19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1583/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və əlavə xərclər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikahdan olan övladları yetkinlik yaşına çatmış xx.xx.2000-ci il təvəllüdlü Hacıyeva Səbinə Rövşən qızının, xx.xx.2002-ci il təvəllüdlü Hacıyeva Lalə Rövşən qızının saxlanması və təhsili üçün çəkiləcək xərclərin yarısı olmaqla hər ay 558 manat və xx.xx.2005-ci il təvəllüdlü Hacıyev Hikmət Rövşən oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin artırılaraq hər ay 300 manat olmaqla, ümumilikdə 858 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş icraata qəbul edilərək, həmin mülki iş üzrə hazırlıq iclası xx xxxxxx 2021-ci il tarixinə, sonuncu məhkəmə baxış iclası isə xx xxxxxx 2021-ci il tarixinə təyin olunmuşdur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılmadan iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyi və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması və əlavə xərclər tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar