Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-16/2020 11.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X8 iştirakları ilə, İddiaçı “xxxxxx” X5 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X9 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar «xxxxxx» İKB borclular Cavabdeh və X9 qarşı «pul tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh və X2 xeyrinə xx.xx.2014-cü il tarixədək hesablanmış ödənilməmiş 17685 ABŞ dolları əsas borc, 1930 ABŞ dolları faiz borcu, cəmi 19615 ABŞ dolları və dövlət rüsumu olaraq 20 manat məbləğində borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9466/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu X3 Şəhər Məhkəməsinin 2(060)-9466/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə etiraz vermiş və məhkəmənin xx xxxxx 2018-ci il tarixli, 2(060)- 5234/2018 saylı qərardadı ilə məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5234/2018 saylı qərardadı ilə Cavabdeh öldüyü üçün, onun vərəsələri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə icraatın təzələnməsini, iş üzrə Cavabdehlər siyahısından çıxarılaraq işin baxılması üçün təyin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-16/2020 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini X9 münasibətdə müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh ilə Ataığorta ASC arasında fərdi qəza sığortası müqaviləsi olmuş, həmin müqavilə üzrə «xxxxxxbank» İKB faydalanan şəxs qismində göstərilmişdir. Lakin hazırki vaxtadək bank tərəfindən belə bir hüququ olsada sığorta ödənişinin alınması ilə bağlı müraciət edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mərhum borclu Cavabdeh adına fərdi qəza sığortası müqaviləsi bağlanmış və müqavilədə faydalanan şəxs kimi iddiaçı Bank göstərilmişdir. Həmin sığorta şəhadətnaməsi üzrə Bank sığorta şirkətinə müraciət edərək ödəniş əldə edə bilər və bununla da borclu Cavabdeh kredit borcu ödənilmiş olar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli sorğusuna iddiaçı “xxxxxx” İKB-nin xx xxxxxx 2020-ci il tarixli, PAİKTD-15267 saylı arayışından görünür ki, Cavabdeh kredit verilən zaman həmin kredit FB********** saylı siğorta şəhadətnaməsinə əsasən “xxxxxxxxxx” ASC-də siğortalanmışdır və həmin siğorta şəhadətnaməsinə əsasən faydalanan şəxs “xxxxxx” İKB ASC-nin 10 saylı filialı qeyd olunmuşdur. Lakin, Bank tərəfindən “xxxxxxxxxx” şirkətinə bu günədək müraciət olunmamışdır. Eləcə də həmin arayışa əlavə olunmuş FB********** saylı sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortaçı “xxxxxxxxxx” ASC ilə siğortalı Cavabdeh arasında fərdi qəza siğortası müqaviləsi bağlanmış, faydalanan şəxs qismində xxxxxx” İKB ASC-nin 10 saylı filialı və sığortalı göstərilmişdir. Müqaviləyə əsasən sığorta olunanın ölümü və ya ümumi əmək qabiliyyətinin daim itirilməsi hallarında ödəniləcək sığorta məbləği 14.901,70 manat həcmində müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Banka onun öldüyü, xx.xx.2014-cü il tarixə əsas borcu 17.684,14 ABŞ dolları, faiz borcu 118,9 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının İcbari siğortalar haqqında Qanunun: 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir 14.1., 14.1.3 Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə şəxsin ölümü üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. 19.1. Sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Araşırdırılan mübahisədən göründüyü kimi iddiaçı ilə borcu Cavabdeh arasında kredit müqaviləsi bağlanarkən sonuncu sığorta olunanın ölümü və ya ümumi əmək qabiliyyətinin daim itirilməsi hallarından siğorta (fərdi qəza siğortası) olunmuş, siğorta hadisəsi baş verəcəyi halda faydalanan şəxsə 14.901,70 manat həcmində siğorta ödənişi ödənilməsi nəzərdə tutulmuşdur. Müəyyən edildiyi kimi araşdırılan mübahisə üzrə iddiaçı Bank baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin alınması üçün siğorta şirkətinə müraciət etməmişdir. Halbuki, mübahisələndirilən kredit müqaviləsi üzrə kredit sığortalanmışdır və Bank müvafiq sığorta şəhadətnaməsinə əsasən faydalanan şəxs qismində tanınmışdır. Bu halda məhkəmə hesab edir ki, Bank kredit üzrə borcun ödənilməsi ilə bağlı həmin sığorta ödənişinin əldə edilməsi üçün sığorta şirkətinə müraciət etməli, əgər faydalanan şəxsə qanunla nəzərdə tutulmuş qaydada imtina olunarsa və ya əldə edilmiş sığorta ödənişi mübahisələndirilən borc məbləğini ödəməzsə iddiaçı sığorta məbləğindən artıq hissənin ödənilməsi tələbi ilə çıxış etmək hüququna malik olmaqla müvafiq iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxxxx” X5 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X9 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-16/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-16/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver