Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-160/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş zərərə görə müştərək qaydada 1290 (bir min iki yüz doxsan) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mersedes Benz” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşın mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh1 Əlihüseynoğlu idarə etdiyi **-UO-*** “Chevrolet Cruze minik” avtomaşınla 07.11.2020-ci ildə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində svetoforun icazə siqnalı yanarkən yol ayrıcında hərəkətini başa çatdırmaqda olan “Mersedes-Benz” markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməyərək qəza hadisəsi törətmişdir. Nəticədə **-UO-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomaşını idarə edən Cavabdeh1 AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Bildirir ki, idarə etdiyi avtomaşına dəymiş ziyanın Cavabdeh1 tərəfindən vurulmasını cavabdehin izahatı, yol qəqliyyat hadisəsinin sxemi, AP Seriyalı ******* saylı Protokol, TP Seriyalı ******* saylı “X5 haqqında” qərar təsdiq edir. **-UO-*** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze minik markalı avtomaşının mülkiyyətçisi X4r. Avtoqəza olan zaman S.Qocayeva avtomaşında olmuşdur. Cavabdehin qanunazidd əməli nəticəsdində mülkiyyətçisi olduğu avtomaşına 1290 manat maddi zərər dəymişdir. Bunu “Defekt arayışı” təsdiq edir. Avtoqəza nəticəsində mülkiyyətçisi olduğu avtomaşının sağ qapısının plastması, qabaq çaşka, tyaqa, saffa, obifka sıradan çıxmışdır və dəyişdirilmişdir, həmçinin əzilmiş hissələrin bərpası üçün dəmirçi, malyar və çilingər işləri görülmüşdür. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim ediləndən sonra ona məlum olmuşdur ki, iddia ərizəsinin əvvəlində və mətn hissəsində Cavabdeh2 soyadı səhvən Qocayeva kimi qeyd edilmişdir. Əslində isə cavabdehin soyadı Qarayeva, adı Sevil, atasının adı Kazımdır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: AD seriyalı 916301 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cruze minik” markalı **-UO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın (ban: 1G1PC5SB0E7243123, buraxılış ili 2013) Cavabdeh2 məxsusdur. AD seriyalı 000788 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz 220 minik” markalı **-OT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın (mühərrik:**********2507, ban:WDB1240221B870011, buraxılış ili 1992) İddiaçı məxsusdur. AP seriyalı ******* nömrəli 09 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 Əlihüseyn oğlu, sahibi yanında olmaqla idarə etdiyi “Chevrolet Cruze minik” markalı **-UO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla07 noyabr 2020-ci il tarixdə Koroğlu-Ü.Hacıbəyov küçəsinin kəsişməsində işıqforun icazə siqnalı yanarkən yol ayrıcında hərəkətini başa çatdırmaqda olan “Mercedes” markalı **-OT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına yol verməyib nəticədə avtomobillə toqquşmuşdur. TP seriyalı ******* saylı X5 haqqında Qərarın məzmunundan görünür ki, Cavabdeh1 Əlihüseyn oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmədə işin mübahisəsiz halı olaraq müəyyən edildi ki, Cavabdeh1 Əlihüseyn oğlu “Chevrolet Cruze minik” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq iddiaçıya məxsus avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmaqla Cavabdeh1 mülki hüquq pozuntusu törətmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, zərər qarşısıalınmaz qüvvənin təsirindən və ya zərər çəkən şəxsin qəsdi nəticəsində əmələ gəlməmişdir, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, Cavabdeh1 vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Məhkəmə Cavabdeh1 yol nəqliyyat hadisəsi törədən zaman yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik etməsini nəzərə alaraq hesab edir ki, digər Cavabdeh2 yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət daşıya bilməz. Odur ki, Cavabdeh2 dair hissədə iddia rədd edilməlidir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7400 nömrəli, 19 noyabr 2021ci il tarixli ekspert rəyindən görünür ki, “Nəzəri hesablama yolu ilə, “**********” VÖEN-nin 11.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1992-ci il buraxılışlı “ Mercedes Benz 220 ” minik markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 815 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh1 815 manat İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mülki iş materiallarından görünür ki, iddiaçı məcburi köçkün olmaqla qanunla nəzərdə tutulmuş imtiyazlara malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəyə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə MPM-nin 119-cu maddəsinə əsasən hesab edir ki, 19 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq cavabdehdən 63 manat tutuluraq X1 hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 815 (səkkiz yüz on beş) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 19 (on doqquz) manat tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh1 63 (altmış üç) manat tutuluraq X2 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-160/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-160/2022
11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver