Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1600/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulühseyn oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun İddiaçı1, 7500 manat pulun isə İddiaçı2 xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı1 2000 manat və İddiaçı2 isə 7500 manat ziyan vuraraq aldatma və etibardan sui-istifadə etməklə dələduzluq etmişdir. Onların və qeyrilərinin şikayətləri əsasında cavabdehin barəsində AR CM-nin l78.2.2-ci maddəsi ilə cinayət işi açılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 88/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh AR CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinib və 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasında məhkum edilmişdir. İş materiallarından da məlum olur ki cavabdeh onların etibarından sui-istifadə edərək işədüzətmək adı ilə onları aldatmışdır. Cavabdeh nəinki onları, onlar kimi bir neçə şəxsi də aldatmış külli miqdarda pullarını mənimsəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-288/2020 saylı hökmün məzmunundan görünür ki, aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, Cavabdeh özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünə iş axtaran tanıdığı İddiaçı1, Azersell MMC-də olan şəxsi əlaqələrindən istifadə edib, sonuncunu Azersell MMC-nin Sumqayıt şəhəri üzrə arxiv idarəsinə operator vəzifəsinə işə düzəldəcəyi, bunun üçün 2000 manat pul lazım olduğu barədə yalan məlumat verib aldadaraq, 2019-cu ilin iyun ayının əvvəllərində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən «Bazar Store» supermarketin yanındakı parkda onun 2000 manat pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanıdığı İddiaçı2, Azərbaycan Respublikası Təhsil Nazirliyində olan şəxsi əlaqələrindən istifadə edib, onun Bərdə rayonunda yerləşən Laçın rayon Kürd Hacı kənd ümumi orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işləyən rəfiqəsi X1, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yaşadığı evin yaxınlığındakı məktəblərin birinə riyaziyyat müəllimi vəzifəsinə keçirəcəyi və bunun üçün 4500 manat pul lazım olduğu barədə yalan məlumat verib aldadaraq, 2019-cu ilin avqust ayının ortalarında İddiaçı2 yaşadığı, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19 B nömrəli evin yaxınlığında sonuncunun 4500 manat pulunu aldatma və etibardan sui- istifadə etməklə ələ keçirib, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanıdığı İddiaçı2 Azərbaycan Respublikası Təhsil Nazirliyində olan şəxsi əlaqələrindən istifadə edib, özünə iş axtaran onun rəfiqəsi X2, Sumqayıt şəhərindəki məktəblərin birinə laborant vəzifəsinə işə düzəldəcəyi və bunun üçün 3000 manat pul lazım olduğu barədə yalan məlumat verib aldadaraq, 2019-cu ilin oktyabr ayının əvvəllərində İddiaçı2 yaşadığı, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19 B nömrəli evin yaxınlığında sonuncunun 3000 (üç min) manat pulunu aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib, dələduzluq etmişdir. Məhkəmə hökmünə əsasən Cavabdeh AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxslər İddiaçı1 və İddiaçı2 maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-288/2020 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Cavabdeh İddiaçı1 və İddiaçı2 etibarından sui-istifadə edib, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onlara müxtəlif vədlər verməklə İddiaçı1 2000 manat məbləğində, İddiaçı2 cəmi 7500 (4500+3000) pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Dəymiş zərər iddiaçılara (zərərçəkmişlərə) ödənilməmişdir. Bu hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilməklə məhkəmə hesab edir ki, MPMnin 82-ci maddəsinə əsasən həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçılar hər biri ayrı-ayrılıqda məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişlər. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı1 xeyrinə, 7500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı2 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı1 xeyrinə, 7500 (yeddi min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1600/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1600/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver