Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1605/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 qızının iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 33 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmət göstərilməsi və qrafik üzrə görə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının, ümumilikdə 113,40 manat məbləğində pulun tutulub iddiaçı "xxxx"MMC–nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə 1 saylı MKİSdən olan arayışdan görünür ki, Cavabdeh, Sumqayit şəhəri, 19 məhəllə., ev 16/17, mənzil 25 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, 26.11.2020-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə , 26.11.2020-ci il tarixdə 1733 N saylı, akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış 18.08.2020-ci il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan 18.08.2020ci il tarixdə şəbəkədən aynlmasindan, qanunsuz qoşulma barədə tərtib olunan 26.11.2020ci il tarixli 1733 N saylı aktın tərtib olunma tarixinədək olan müddət olan müddət 100 gün təşkil edir. Bir günlük abunə haqqının 33 (otuz) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 33 manat təşkil edir. Belə olan halda hesab edirəm ki,yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçıMMC-yə maddi ziyan vurulmuşdur. İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat pul ödəyir. Ödənilən dövlət rüsumu 30 (otuz) manat, bank xidməti haqqı isə 0.40 (qırx) qəpik təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu məbləğ cəmi 113,40 manat (50+30,40+33 manat) təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 qızı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tələbinin təmin edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi. Məhkəmə iclasında etiraz və fotoşəkillər təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-i ona qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.İddia ərizəsində göstərilənlər əsassızdır, yanlışdır və iddia tələbi qanunsuzdur. Belə ki cavabdehin mənzilində uzun illər kəpənək adlanan antena olmuş, ondan istifadə etmişlər. İddiaçının guya onların quraşdırdığı "SNTV"-yə məxsus kabel şəbəkəsinə qanunsuz olaraq qoşulmuş olduqlarını iddia etdiyi kabel xətti də həmin şəbəkəyə məxsus olmuşdir.Uzun illər boyu işləndiyi üçün keyfiyyətini itirmiş, çürümüş və 3-4 il əvvəl isə cavabdeh yeni kabel xətti ilə Krosnı adlanan şəbəkəyə keçmiş, hazırki vaxtadək də ondan istifadə edirlər. Cavabdeh və ailə üzvləri krosnını quraşdıranda artıq kəpənək antena aşıb qalmış, kabeli qırılıb yerə düşmüş və bu kabel istifadəyə tam yararsız olmuşdur. Qeyd etmişdir ki, onlara Krosnı antena qonşunun balkonuna digər qonşu tərəfindən quraşdırılmışdır. İddiaçı təşkilatın işçiləri 10 il olar ki onların binasının damında işləmişlər, sakinlərin "SNTV"-yə məxsus kabel şəbəkəsinə qoşulmaları işini- kabel televiziyasının yayımlanmasını təmin etməklə məşğul olmuşlar. Cavabdehin mənzilinin girişində isə 2021ci ilin yay ayından işləməyə başlamış və onların qonşularının da bu şəbəkəyə qoşulmasını təmin etmişlər. Cavabdeh və ailə üzvləri isə yeni şəbəkəyə qoşulmaq istəməmişlər, çünki mənzillərində internet var və o cavabdeh və onun ailə üzvlərinə kifayət edir və "SNTV"-yə məxsus şəbəkəyə qoşulmağa ehtiyac duymurlar. Həmin işçilər cavabdehin girişinə aid damda işləyəndə yuxarıda qeyd etdiyi, yerdə sallanıb qalmış kabeli görüb video çəkirlər, hesab ediblər ki cavabdeh də qanunsuz şəkildə şəbəkəyə qoşulmuş və onlardan heç nə soruşmadan, cavabdeh və onun ailə üzvlərinin xəbəri belə olmadan guya akt tərtib edirlər və iddiaçı təşkilata verirlər. Amma bu aktın nə vaxt, hansı şəraitdə tərtib olunması cavabdehə hələ də məlum deyil. Halbuki, onlar görmüşdülər ki kabel qoşulu deyil, hər iki tərəfi yerdədi. Onlar kabelin yerdə sallanıb qalan digər tərəfini qaldırıb cavabdehin Krosnı antenanın yanında taxta parçasına bağlayıblar ki guya qanunsuz qoşulma var. Onların akt tərtib etmiş olması və qeyd olunan hərəkətləri cavabdehə o vaxt məlum oldu ki mənzillərinin qapısında bu yaxın günlərdə 183 manat məbləğində pul tələbinə dair iddiaçı tərəfindən tərtib olunmuş xəbərdarlıq məktubu görmüş və iddiaçı təşkilata gedib şikayətlərini, həmin kabeldən istifadə etmədiyini, kabelin çürük və yararsız olub neçə ildi yerdə qalmış olduğunu bilməmişlər. Onda iddiaçı təşkilat cavabdehə bildirmişdir ki “sizin qanunsuz kabel şəbəkəsinə qoşulmağınıza dair hələ 2020-ci ilin dekabr akt tərtib olunmuşdur. Guya həmin vaxt cavabdehin qapısı döyülüb, akin açan olmayıb. Halbuki bu yalandır, heç vaxt cavabdehin nə qapısını döyən ya nə isə soruşan olmamışdır. Bunun doğru olmadığı ondan da bilinir ki əgər 2020-ci ildə akt tərtib : olunmuşdursa onu iddiaçı təşkilat cavabdehə niyə bu barədə 2021-ci ilin 8 oktyabr tarixli - xərdarlığından sonracavabdehin şikayətindən sonra bildirirdi? Bundan əlavə, iddiaçı cavabdehə 183 manat pul tələbi barədə xəbərdarlıq göndərir, hazırki iddia tələbində isə məbləğ 113 manat təşkil edir. İddiaçı xəbərdarlıqda göstərir ki guya cavabdeh və ailə üzvlərinin qanunsuz qoşulmaları barədə 10.12.2020-ci il tarixli akt tərtib olunmuş, iddia tələbində isə göstərir ki bu barədə 26.11.2020-ci il tarixli akt tərtib olunub. Ərizədə qeyd olunur ki cavabdehin ünvanına son baxış 18.08.2020-ci ildə olmuşdur.Bəs 18.08.2020-ci ildə ünvana son baxış, hələ ondan əvvəl də ilkin baxışlar olmuşdusa və qanunsuz qoşulma var idisə o halda nə səbəbə akt həmin vaxt tərtib olunmamışdı? Bəs ilkin baxış nə vaxt olmuşmuş? Əgər son baxış olmuşdursa belə çıxır ki ilkin baxış da olubmuş. Beləliklə, iddiaçının iddia ərizəsində göstərdiyi halların həqiqiliyi şübhə doğurur, onun tələbləri əsassız və qanunuzdur. iddiaçı pul tələbinə dair iddia edərkən əsaslandığı halları sübut etməli, cavabdeh və onun ailə üzvləri tərəfindən ona zərər vurulmuş olduğunu, mülki hüquq pozuntusunun mövcud olduğunu sübut etməlidir.Onun ərizəsi isə bu halları sübut etmir. Bunu iddiaçının, guya cavabdeh tərəfindən kabel şəbəkəsinə qoşulduqlarının sübutu hesab etdiyi kabelin fotoşəkli də sübut edir ki : Kabelə cavabdeh qoşulmamışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan- ”SN Telecom” MMC-nin və “Ədalət-A” hüquq firmasının əməkdaşlarının tərtib etdiyi 26.11.2020-ci il tarixli, 1733 N saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin sakininin “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş diskə video baxış zamanı məlum olmuşdur ki, ünvan 1-in kabel şəbəkəsinə qoşulması faktı aşkar edilmişdir. Belə ki, kabelin şəbəkəyə qoşularaq cavabdehin mənzilinə çəkildiyi aydın görünür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasənmülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın hüquqi xidmətə görə qrafik üzrə ödənilmiş 50 manatı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaya ödəniş tapşırığı və elektron qaimə əlavə edilsədə, qeyd edilən sənədlərin tarixləri aparılan yoxlamadan xeyli müddət sonraya təsadüf etməsi və sırf hazırki mübahisə üzrə hüquqi xidmətə aid olması qeyri-müəyyəndir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan dövlət rüsumu ilə bağlı tələb təmin edilməli, cavabdehdən ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 33 manat vurulmuş zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 0,40 manat bank xidməti haqqı olmaqla, cəmi 63,40 manat məbləğində pul tutularaq İddiaçı MMC–yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 33 manat abunə haqqı qismində vurulmuş zərər, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və 0,40 manat məbləğində bank xidmət haqqı, ümumilikdə 63,40 manat tutularaq İddiaçı MMC –yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1605/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1605/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver