Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1608/2022 04.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əliyev Mahir Malik oğluna qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əliyev Mahir Malik oğluna qarşı borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 02.07.2020-ci il tarixli, 4-MZ2-2-0-1456-20 saylı kredit müqaviləsi üzrə banka 2310.55 manat əsas, 306.66 manat faiz, 33.22 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2650.43 manat borcun, cavabdehlər Cavabdeh1, Əliyev Mahir Malik oğlu və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 30.12.2019-cu il tarixli, 4-MZ2-1-0-1172-19 kredit müqaviləsi üzrə 1110.5 manat əsas borc, 182.63 manat faiz borcu və kredit müqaviləsi üzrə 30.10.2021-ci il tarixdən 27.12.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1321.63 manat borcun və 79.72 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 30.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 25 faizlə 7 ay müddətinə 4000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Əliyev Mahir Malik oğlu və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 15.04.2021-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 30.10.2021-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 02 iyul 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 27 faizlə 18 ay müddətinə 3000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq 02.07.2020-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələr bağlanmışdır. 31.03.2021-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 02.07.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2021-ci il dekabrın 27-dək Cavabdeh1 banka 02.07.2020-ci il tarixli 4-MZ2-2-0-1456-20 saylı kredit müqaviləsi üzrə 2310.55 manat əsas borc, 306.66 manat faiz borcu, 66.44 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2683.65 manat borcu vardır. Cavabdeh1 02.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 66.44 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə mələğinin 50% miqadarında olmaqla, yəni 33.22 manat məbləğində tələb olunur. 2021-ci il dekabrın 27-dək Cavabdeh1 banka 30.12.2019-cu il tarixli 4-MZ2-1- 0-1172-19 kredit müqaviləsi üzrə 1110.5 manat əsas borc, 182.63 manat faiz borc, ümumilikdə cəmi 1293.13 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 27.12.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 30.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 1110.5 manat əsas, 182.63 manat faiz və kredit müqaviləsi üzrə 30.10.2021-ci il tarixdən 27.12.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 28.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1321.63 manat borcu vardır. 30.12.2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsi müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbədən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş min) manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, iddia ərizəsi 25 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, 28.01.2022-ci il tarixdə məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əliyev Mahir Malik oğluna prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin cavabdehlər Əliyev Mahir Malik oğlu və Cavabdeh3 köçdüyü, cavabdehlər Cavabdeh1, Cavabdeh2 isə həmin ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamış və həmin bildirişlər geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 27.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1110.5 manat əsas, 182.63 manat faiz, 28.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1321.63 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 4-MZ2-1-0- 1172-19 saylı, 30.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 4000 manat məbləğində, 12 ay müddətinə, illik 25% dərəcəsi ilə kredit müqaviləsi imzalanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 4-MZ2-1-0- 1172-19 saylı, 30.12.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh4 zamin durmuşdur. İş materiallarında olan 4-MZ2-1-0-1172-19 saylı, 30.12.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh1 30.01.2020-ci il tarixindən etibarən 30.12.2020-ci il tarixinədək banka ümumilikdə 4541.67 manat ödəməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 4-MZ2-2-0- 1456-20 saylı, 02.07.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 3000 manat məbləğində, 18 ay müddətinə, illik 27% dərəcəsi ilə kredit müqaviləsi imzalanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 4-MZ2-2-0- 1456-20 saylı, 02.07.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq N.B.Quliyev və Cavabdeh3 zamin durmuşdur. İş materiallarında olan 4-MZ2-2-0-1456-20 saylı, 02.07.2020-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh1 02.08.2020-ci il tarixindən etibarən 02.01.2022-ci il tarixinədək banka ümumilikdə 3681.55 manat ödəməlidir. İş materiallarına əlavə edilmiş 02.02.2021-ci il və 05.04.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əliyev Mahir Malik oğlu kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirməsi tələb olunmuş, müqavilələr üzrə yaranmış borcun ödənilməsi lazımi qaydada aparılmadığı halda borcun məhkəmə qaydasında tələb ediləcəyi və müqavilələrin şərtlərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, cavabdehlər kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair maddəsinə işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, 2310.55 manat əsas, 306.66 manat faiz, 33.22 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2650.43 manat borc, cavabdehlər Cavabdeh1, Əliyev Mahir Malik oğlu və Cavabdeh2 30.12.2019-cu il tarixli, 4-MZ2-1-0-1172-19 kredit müqaviləsi üzrə 1110.5 manat əsas borc, 182.63 manat faiz borcu və kredit müqaviləsi üzrə 30.10.2021-ci il tarixdən 27.12.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1321.63 manat borc və 79.72 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-1–284-6, 216-220-ci və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 02.07.2020-ci il tarixli, 4-MZ2- 2-0-1456-20 saylı kredit müqaviləsi üzrə banka 2310.55 manat əsas, 306.66 manat faiz, 33.22 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2650.43 (iki min altı yüz əlli manat qırx üç qəpik) manat borc, cavabdehlər Cavabdeh1, Əliyev Mahir Malik oğlu və Cavabdeh2 30.12.2019-cu il tarixli, 4-MZ2-1-0-1172-19 kredit müqaviləsi üzrə 1110.5 manat əsas borc, 182.63 manat faiz borcu və kredit müqaviləsi üzrə 30.10.2021-ci il tarixdən 27.12.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 28.5 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1321.63 (min üç yüz iyirmi bir manat altmış üç qəpik) manat borc və 79.72 (yetmiş doqquz manat yetmiş iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1608/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1608/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver