Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1615/2024 22.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı "xxxx" QSC BOKT-un etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC BOKT-un Cavabdeh qarşı pul tələbinə dair mülki işə 22 avqust 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC BOKT Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 3092,83 (üç min doxsan iki manat, 83 qəpik) manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın həmçinin ödənilmiş 50,93 (əlli manat 93 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC BOKT iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfin dən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1374 saylı, 10 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Belə ki, "xxxx" ASC-nin "Binəqədi" fılialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 366 nömrəli kredit müqaviləsinə əsasən, bank Cavabdeh 36 ay müddətinə 8 900 (səkkiz min doqquz yüz) manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 20 % illik faiz borcı hesablanmalı və hər ay cədvələ uyğun olaraq banka ödənilməli idi. Borcalanın kredit öhdəliklərinin təmin edilməsi məqsədi ilə Cavabdeh və bank arasmda xx.xx.2013-cü il tarixdə, 366 nömrəli ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan **- FS-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21723” markalı minik avtomobili (buraxılış ili 2013, Ban - XTA217230D0250849, rəngi - ağ) ipoteka müqaviləsi ilə ipoteka yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. İddiaçı “X3 Edilməsi Agentliyi” MMC Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1555/2022 saylı qətnaməsində iddiaçı “X3 Edilməsi Agentliyi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1158/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmişdir. Cavabdeh kredit müqaviləsi əsasında əsas borc üzrə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitinin iddiaçı “X3 Edilməsi Agentliyi” MMC-nin xeyrinə tutulması, tələb ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh məxsus **-FS-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21723” markalı (buraxılış ili 2013, BANXTA217230D0250849, rəngiağ) avtomobilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməsi qət edilmişdir. Bildirmək istəyirlər ki, kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün kredit müqaviləsinin bitmə xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixədək Cavabdeh əsas borc üzrə 8400 (səkkiz min dörd yüz) manat dəymiş zərər və əldən çıxmış fayda 3092,83 (üç min doxsan iki manat, 83 qəpik) manat təşkil edir. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifık xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2016-cı il tarixədək icra etməmişdir. Həmçinin həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanun qeyd edilən maddəsinə əsasən hesab edirlər ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 50,93 (əlli manat 93 qəpik) manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC BOKT-un etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırkı işlə bağlı Apellyasiya Məhkəməsi qərar qəbul edib. Həmin qərara əsasən avtomobil açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilməlidir. Bunun üçün avtomobil tapılmalı və onun dəyəri ölçülməlidir. Yalnız bu halda qalan məbləğ onun tərəfindən ödənilə bilər. O, bu qərar ilə razılaşmışdır. Qeyd edir ki, bank işçiləri onu aldadıblar. O, sadəcə olaraq müqaviləyə qol çəkib, müqavilənin məzmununu tam bilməyib. Əslində o, baş verən proseslərdən məlumatsız olub. Onun rəsmi iş yeri olsa da, o, 2013-cü ildən bu günə heç bir bankdan kredit götürə bilmir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, o, ümumiyyətlə bank qarşısında ipoteka ilə yüklü edilmiş qeyd edilən maşını görməyib. İcrada ödəniş etməməsinin səbəbi odur ki, o, maşının tapılmasını, dəyərləndirilərək satılmasını və onun payına qalan hissəni öyrənmək istəyir, bundan sonra ödəniş edəcəkdir. Bankın əməliyyatçıları maşını tapmış, ona zaminlik müqaviləsinə qol çəkməyi təklif etmiş və qarşı tərəfin ödəniş edəcəyini bildirmişlər. Hətta bununla əlaqədar onun qarşı tərəfə etibarnamə verməli olduğunu da bildirmişdirlər. Lakin o bu təkliflə razılaşmamışdır. Hesab edir ki, pulun ödənilməsində gecikmənin olmasının səbəbi o deyil, o, faiz məbləğini ödəməməlidir. Pulun gecikmə səbəbi bankdır. Bank istəsəydi, maşını tapa bilərdi. Hazırda maşın yaxşı vəziyyətdə tapılsa, o, həmin maşına özünə götürüb 8400 manat ödəniş etməyə də hazırdır. Bundan başqa onun maddi vəziyyəti yaxşı deyil. Ailəlidir, himayəsində 2 uşağı var, kirayədə yaşayır. Qeyd edilən hadisələrlə bağlı polisə və ya prokurorluq orqanlarına müraciət etməmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayşından görünür ki, "xxxx" ASC-nin "Binəqədi" fılialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 366 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh əldən çıxmış fayda üzrə ümumilikdə 3092,83 manat məbləğində borcu vardır. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1555/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı “X3 Edilməsi Agentliyi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-1158/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsi əsasında əsas borc üzrə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitinin iddiaçı «X4 Edilməsi Agentliyi» MMC-nin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə cavabdeh X1 məxsus **-FS-*** dövlət qeydiyyat nişanlı, “VAZ- 21723” markalı (buraxılı; ili 2013, BAN-XTA217230D0250849, rəngi-ağ) avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin "Binəqədi" fılialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 366 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Hazırda İddiaçı QSC Cavabdeh xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixədək ümumilikdə 3092,83 (üç min doxsan iki manat, 83 qəpik) manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində və ərizəsinə əlavə etdiyi bəzi sənədlərdə cavabdehdən tutulmasını xahiş etdiyi pul məbləğini əldən çıxmış fayda adlandırsa da, ərizənin məzmunundan görünür ki, iddiaçının cavabdehdən tutulmasını xahiş etdiyi 3092,83 manat 8400 manat əsas borca xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü il tarixədək illik 5 faizlə hesablanmış borc məbləğindən ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyü təsdiqini tapmışdır. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1555/2022 saylı qətnaməsi ilə iddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən, həmçinin cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermədiyindən Cavabdeh kredit müqaviləsi əsasında ancaq əsas borc üzrə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitinin iddiaçı «X3 Edilməsi Agentliyi» MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1555/2022 saylı qətnaməsi ilə məhkəmə aktının qəbul edildiyi tarixə qədər tərəflər arasında olan əsas və faiz borcunun tutulması ilə əlaqədar münasibətlərə hüquqi qiymət verilmiş, cavabdehdən yalnız əsas borcun tutulması qət edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tərəflər arasında bağlanmış müqavilənin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşməsi ilə əlaqədar müqavilədə nəzərdə tutulmuş faiz borcu belə tutulmadığı halda, iddiaçının həmin dövrə görə (xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək (qətnamə çıxan günədək)) yenidən illik 5 faizlə faiz borcunu tələb etməsi ədalətli və ağlabatan deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə yalnız xx.xx.2022-ci tarixdən xx.xx.2024-cü tarixədək (iddia tələbi həddində) illik 5 (beş) faizlə hesablanmış 536,66 (425.83 + 110.83) manat borc tutulmalıdır. Məhkəmə cavabdehin məhkəmə qətnaməsinin icra edilməməsində təqsirinin olmaması ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh ipoteka predmeti olmadan da bank qarşısında olan əsas öhdəliyini icra edə bilər. Belə ki, ipoteka predmeti olan maşının axtarışda olması və tapılmaması əsası ilə əlaqədar kreditorun tələbinin illərlə təmin edilməməsi kreditorun qanunla qorunan mənafeyinə ziyan vurulmasına və pozulmuş hüquqlarının real müdafiəsi müddətinin qeyri-müəyyən müddətə uzanmasına səbəb olur. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə öhdəliyinin vaxtında icra edilməməsinə görə cavabdehdən illik 5 faizlə hesablanmış zərərin tutulması barədə iddia tələbi qismən əsaslıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 20% hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunun 10 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 40.93 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 536,66 (beş yüz otuz altı manat altmış altı qəpik) manat borc və ödənilmiş manat dövlət rüsumunun 10 (on) manat hissəsi tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1615/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1615/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver