Məhkəmə qərarları › İş №2(060)-1623/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1623/2024

19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1623/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi Osmanova Hicran İlqar qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh İddiaçı xeyrinə 18500 manat pulun və ödənilmiş 146 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu İddiaçı etibarından sui-istifadə edərək sonuncuya Azərbaycan Respublikası Mənzil X9 (MİDA) tərəfindən güzəştli mənzil sistemi lahiyəsi çərçivəsində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində inşa ediləcək çoxmənzilli binadan güzəştli şərtlərlə mənzil satılmasında və həmin mənzilin çıxarış sənədinin düzəldilməsində köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, vahid qəsdlə 18 oktyabr 2020-ci il tarixdə İddiaçı yaşadığı ünvan 1 ünvanında 18000 manat, 01 noyabr 2020-ci il tarixdə eyni ilə həmin ünvanda 500 manat, ümumilikdə isə 18500 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu X12 oğlunun etibarından suiistifadə edərək, sonuncuya Azərbaycan Respublikası Mənzil X9 (MİDA) tərəfindən güzəştli mənzil sistemi lahiyəsi çərçivəsində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində inşa ediləcək çoxmənzilli binadan güzəştli şərtlərlə mənzil satılmasında və həmin mənzilin çıxarış sənədinin düzəldilməsində köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, vahid qəsdlə xx.xx.2020-ci il tarixdə, Bilal Poladlının yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisində fərdi evdə 8000 manat, 01 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisi bağlı avtomobil dayanacağının yaxınlığında 500 manat, ümumilikdə isə 8500 manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs X5 xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X8 Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində “Mida” şirkəti tərəfindən inşa edilərək istifadəyə verilmiş binadan qardaşı X3 adına iki otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair vəd verib aldadaraq vahid qəsdlə 2020-ci ilin dekabr ayının təxminən ortalarında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 21/27 saylı yaşayış binasının qarşısında 19000 manat, 2020-ci ilin dekabr ayının axırlarında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 21/27 saylı yaşayış binasının qarşısında qardaşı Ruslan Vəliyev vasitəsi ilə 4000 manat pulunu ələ keçirərək, zərərçəkmiş şəxs Sənan Vəliyevə ümumilikdə 23000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X2 Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində «Mida» şirkəti tərəfindən inşa edilərək istifadəyə verilmiş binadan bir otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə sonuncunun yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25, mənzil 10-da 8500 manat pulunu ələ keçirərək Gülnarə Əliyevaya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X1, X4 və X6 mal-qara ticarətinə qoşub gəlir əldə edəcəklərinə dair vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində, 4 saylı beş mərtəbəli evin arxasında vahid qəsdlə Xaqani Nənəcanovun 13000 manat, Elnur İskəndərlinin 10000 manat və Kamal Tukanovun 10000 manat pulunu ələ keçirərək sonunculara xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Cavabdeh ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə qonşuluqda yaşayan qohumu, yəni həyat yoldaşı Nərgizin bibisi oğlu İddiaçı ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzilə qonaq getmiş, orada Əsgərin özünə şəxsi mənzil almaq istədiyini və satışda olan mənzillərlə maraqlandığını bildikdə o, güzəştli sosial mənzil lahiyəsi çərçivəsində, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində inşa edilən evlərdən kreditlə mənzil alacağını, bu işdə ona MİDA-da yüksək vəzifədə çalışan "Namiq" adlı tanışının köməklik edəcəyini bildirmişdir. Bu zaman Əsgər güzəştli sosial mənzil lahiyəsi çərçivəsində mənzil almaqda ona da köməklik edə biləcəyini soruşduqda, o köməklik edə biləcəyini bildirmişdir. Əsgərdən neçə otaqlı mənzil almaq istədiyini soruşduqda Əsgər 2 otaqlı mənzil almaq istədiyini demiş, o 2 otaqlı mənzil üçün 18000 manat ilkin ödəniş ödəməli olduğunu bildirdikdə, Əsgər razılaşaraq 18000 manat ilkin ödənişi ödəyəcəyini bildirmiş və pulu sabah gəlib evdən götürməsini xahiş etmişdir. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 15:30 radələrində Əsgərin yaşadığı Sumqayıt şəhərində yerləşən mənzilə gedib, Əsgərin həyat yoldaşı Hicranın, qaynı Bilal və qaynanası Mətanətin yanında 18000 manat pulu Əsgərin alacağı güzəştli sosial mənzilin ilkin ödənişi kimi Əsgərdən almışdır. Əsgər mənzilin onun həyat yoldaşı Hicranın adına rəsmiləşməsini istəmiş, o, Hicranın adını mənzil növbəsinə yazdıracağını və mənzillə bağlı qısa müddət ərzində Asan xidmətdən onunla əlaqə saxlanılacağını bildirmişdir. Həmin vaxt Əsgərin qaynı Bilal da, 1 otaqlı güzəştli sosial mənzil almaq istədiyini bildirib, bu işdə ona da köməklik etməsini istəmişdir. O, köməklik edə biləcəyini, 1 otaqlı mənzil üçün 8000 manat ilkin ödəniş ödəməli olduğunu Bilala bildirmiş və çıxıb getmişdir. Təxminən 2 gün sonra Bilalın anası Mətanət ona zəng edərək, Bilalın alacağı güzəştli sosial mənzilə görə 8000 manat ilkin ödənişi götürməsi üçün evlərinə çağırmış, o günorta saatlarında Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisinə Bilalgilin yaşadığı ünvana getmişdir. Bilalın anası Mətanət, evdə Əsgər və Bilalın həyat yoldaşının yanında 8000 manat pulu ona vermiş, o pulu götürüb, qısa müddət ərzində Bilalın mənzil işini həll edəcəyini bildirmişdir. Təxminən 10 gündən sonra Əsgərə və eləcə də, Bilala zəng edərək alacaqları güzəştli sosial mənzilin çıxarış sənədləri üçün 500 manat ödəməli olduqlarını bildirmişdir. Əsgər 500 manat pulu onun yaşadığı evdən gedib götürməsini istəmiş, o təxminən 1 saat sonra Əsgərin yaşadığı evə gedib 500 manat pulu götürmüşdür. Elə həmin gün də Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində “bağlı avtomobil dayanacağının” yanında Bilalla görüşüb ondan da, 500 manat pulu almışdır. Təxminən 2 ay müddət keçdikdən sonra Əsgər və Bilal onunla tez-tez əlaqə saxlayaraq işin nə yerdə qaldığını, güzəştli sosial mənzil almalarının niyə bu qədər uzandığını soruşmağa başlamışlar. O, Əsgəri və Bilalı aldadaraq qısa müddətə mənzil işinin həll olunacağını, onların öz mənzillərinə köçəcəklərini bildirmişdir. Hətta çox təkid etdikləri üçün onları inandırmaq məqsədi ilə, hər ikisini Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində güzəştli sosial mənzil lahiyəsi çərçivəsində inşa edilən evlərdən birinə aparıb, mənzillərin proyektlərini göstərmiş və onların da alacaqları mənzillərin həmin proyektlərdə olacağını bildirmişdir. Əsgəri inandırmaq üçün elə həmin gün onun istəyi ilə özünə məxsus ***-***-**- ** telefon nömrəsindən adını bilmədiyi, əvvəllər tanıdığı qadın Əsgərin ***-***-**-** telefon nömrəsinə zəng etdirərək, özünü Asan xidmətin əməkdaşı Hüseynova Xəyalə kimi təqdim edib, Əsgərin həyat yoldaşı Osmanova Hicranın güzəştli sosial mənzil lahiyəsi çərçivəsində müraciəti ilə bağlı zəng etdiyini, müraciətlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə Hicranın Asan xidmətə yaxınlaşmalı olmasını bildirmişdir. Təxminən 10 gün sonra Əsgərin yaşadığı evə gedərək, Covid-19 virusu ilə bağlı karantin rejim qaydalarına uyğun olaraq güzəştli sosial mənzil növbəsində olan şəxslərə müqavilələrin fərdi qaydada imzalatdırıldığını bildirmiş və özü ilə apardığı, yazılı kağızları müqavilə sənədləri kimi təqdim edərək, Hicrana və Bilala imzalatdırıb 1-2 gündən sonra mənzillərini təhvil alacaqlarını bildirmiş və onları aldatmağa davam etmişdir. Təxminən 2021-ci ilin fevral ayının əvvəlləri onun istəyi ilə tanıdığı ancaq adını bilmədiyi özünü Hüseynova Xəyalə kimi təqdim edən həmin qadın yenidən Əsgərə zəng edərək yaxın vaxtlarda Asan xidmətə dəvət olunacaqlarını bildirmişdir. Həmin ərəfələrdə Əsgər və Bilal Şumqayıt şəhər Asan xidmətinə gedib güzəştli sosial mənzil almaq üçün adlarının mənzil növbəsinə yazılıbyazılmadığmı soruşarkən, onlar adlarının mənzil növbəsində olmadıqlarını öyrəndikdə onların aldadıldıqlarını başa düşmüşlər. Bundan başqa xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yaşayan yaxın qohumu Hicran Osmanovanın yaşadığı evdə Gülnarə Əliyeva ilə görüşüb söhbət edən zaman ona «MİDA» şirkəti tərəfindən tikilməkdə olan sosial binada 01 otaqlı mənzil almasına köməklik edəcəyinə söz vermiş, bunun üçün ona sənədləşdirmə işlərinə görə 8500 manat pul verməsini demişdir. Bu zaman G.Əliyeva onunla razılaşmış və səhəri gün qohumu H.Osmanovanın evində ondan 8500 manat pulu almışdır. O, G.Əliyevaya ev almaq məqsədi ilə köməklik etmək istəyən zaman həmin binada ancaq hərbçilərə ev verildiyi məlum olmuşdur. O, G.Əliyvadan aldığı 8500 manat pulu öz şəxsi ehtiyacalarına xərcləmiş, həmin vaxtdan bu günədək G.Əliyevaya bildirmişdir ki, ondan aldığı məbləği tam olaraq qaytaracaq. Bundan başqa, Xaqani Nənəcanovu 3-4 ildir ki, onu maşın ustası, digər usta Əvəzin vasitəsi ilə tanımışdır. 2021-ci ilin sentyabr ayında ona pul lazım olduğu üçün Xaqanidən borc pul istəmiş və ona son 2-3 ay ərzində 1800 manat, 5000 manat, 7000 manat, 10000 manat, 8100 manat məbləğində pulları verib və bu pulların hamısını Xaqaniyə qaytarmışdır. Sonradan 3 dəfəyə Xaqani ona 33000 manat borca pul vermiş, ləkin bügünə kimi həmin pulu qaytara bilməmişdir. Sonuncu dəfə ona pulu Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində həyətdə vermiş, o Xaqanidən heç vaxt onunla birlikdə iş görmək üçün pul almamış, Xaqanidən həmişə pul alanda borc kimi alımış, Xaqanidən pul alanda və ona pul verəndə heç vaxt yanında başqa adam olmamışdır. Bundan başqa, Sənan Vəliyevi 2019-cu ildən baldızı Nigar Xəlilova vasitəsi ilə tanımışdır. Belə ki, Sənan baldızı Nigarın orta məktəbdə sinif yoldaşı olmuşdur. Sənan adlı şəxslə ilk tanışlıqları həmin müddətdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən özünə məxsus olan mənzili həmin şəxsə satmaqla yaranmışdır. 2020-ci ilin dekabr ayında Sənanla telefonla danışaraq ona 1 il əvvəl satmış olduğu mənzilin əvəzində verdiyi «Mersedes Vito» markalı avtomaşınla bağlı bir neçə sual vermək üçün əlaqə saxladığı zaman o qardaşı üçün mənzil almaq istədiyini, lakin kifayət qədər pul olmadığını demişdir. O da qardaşı üçün sosial mənzil almağa kömək edə biləcəyini demiş, ona bu barədə bir neçə sual verib ondan mənzilin dəyərini soruşmuş, 2 otaq üçün 19000 manat ödəməli olduğunu dedikdə onunla razılaşmışdır. 2020-ci ilin dekabr ayında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Sənan və onun tanışı Fikrət adlı şəxslə görüşmüş, Sənan ona 19000 manat pul vermişdir. Pul verdikdən bir neçə müddət sonra Sənan onun iştirakı ilə valideynləri ilə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən sosial mənzilə baxmışlar. Orada Sənan 3 otaqlı mənzil almaq istədiyini demiş və ondan maraqlanmış, ona 3 otaqlı mənzil ala bilmək üçün əlavə 4000 manat ödəməli olduğunu dedikdə onunla razılaşmış və bir neçə gün sonra Sumqayıt şəhəri, 2-ci mikrorayonda Sənan qardaşı Ruslan və tanışı Fikrətlə görüşmüş, orada Ruslan ona 4000 manat pul vermiş, onlara 2022-ci ilin fevral ayına kimi sosial mənzil alınacağına vəd vermiş, Sənan Vəliyevdən sosial mənzil almaq üçün ümumilikdə 23000 manat alsa da, sosial mənzil almaq mümkün olmamışdır. Nərgiz Süleymanova və Nigar Xəlilovanın bu işdə heç bir əlbiriiyi, iştirakı olmamış, onlar onun sözünə görə, ona inanaraq güzəştli qaydada sosial mənzil verilməsi işi iiə məşğul olduğunu bilmişlər, onları da aldatmışdır. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı övladı vardır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən: Zaur Hacıyev) 1(060)-514/2022 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıq məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən: Zaur Hacıyev) 1(060)-514/2022 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci ci il tarixli, 1(060)-514/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətinədək artırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmişdir ki, cavabdehin cinayət əməli nəticəsində ona ümumilikdə 18500 manat məbləğində ziyan vurulmuşdur. O, vurduğu ziyanı ödəməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, 18500 manat pul vəsaiti və 146 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb ona verilməlidir.

Tərəflərin mövqeləri:

3. İddiaçı nümayəndəsi Osmanova Hicran İlqar qızı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh mənimsədiyi pulların geri qaytarılmasını istəyirlər. Hal-hazırda cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bundan sonra da ödəniş etməyəcəyini bildirmişdir. İddiaçı himayəsində əlil uşağı vardır. Cinayət hadisəsi cavabdehin həyat yoldaşı və qaynatasının köməkliyi ilə həyata keçirilmişdir. Lakin yalnız Cavabdeh məsuliyyətə cəlb olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilməmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci ci il tarixli, 1(060)-514/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 4 il müddətinədək artırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

8. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin:

-82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, cavabdehi dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

10. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci ci il tarixli, 1(060)-514/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 4 il müddətinədək artırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

12. Göründüyü kimi Cavabdeh hazırki iş üzrə İddiaçı 18500 manat məbləğində maddi ziyan vurması yuxarıda qeyd edilən məhkəmə hökmü ilə öz təsdiqini tapır.

13. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə uyğun olaraq qeyd edilən hökm hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir.

14. Qeyd olunan maddəyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir.

15. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

16. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).

17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

18. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 18500 manat maddi ziyan və 146 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 18500 (on səkkiz min beş yüz) manat maddi ziyan və 146 (yüz qırx altı) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar