Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1624/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Xudaverdiyev Dilqəm Fərman oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cinayət nəticəsində mənimsənilən pulun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 8500 manat məbləğində pul tutulması, həmçinin tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumunu da Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh özgənin əmlakını ələ keçirinə məqsədi ilə qohumu X4 etibarından sui-istifadə edərək sonuncuya Azərbaycan Respublikası Mənzil X11 (MİDA) tərəfindən güzəştli mənzil sistemi lahiyəsi çərçivəsində Sumqayıt şəhəri 41 ci məhəllə ərazisində inşa ediləcək çoxmənzilli binadan güzəştli şərtlərlə mənzil satılmasında və həmin mənzilin "Çıxarış” sənədinin düzəldilməsində köməklik göstərəcəyini yalan vəd verib aldadalaq, vahid qəsdlə 18 oktyabr 2020-ci il tarixdə Əsgər Osmanovun yaşadığı ünvan 1 ünvanda 18000 (on səkkiz min) manat, 01 noyabr 2020-ci il tarixdə eyni iiə həmin ünvanda 500 (beş yüz) manat, ümumilikdə isə 18500 (on səkkiz min beş yüz) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş X7 xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə qohumu İddiaçı etibarından sui-istifadə edərək, sonuncuya Azərbaycan Respublikası Mənzil X11 (MİDA) tərəfindən güzəştli mənzii sistemi lahiyəsi çərçivəsində Sumqayıt şəhəri, 41-u məhəllə ərazisində inşa ediləcək çoxmənzilli binadan güzəştli şərtlərlə mənzil satılmasında və həmin mənzilin “Çıxarış" sənədinin düzəldilməsində köməklik göstərəcəyini yalan vəd verib aldadaraq, vahid qəsdlə xx.xx.2020-ci il tarixdə, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisində fərdi evdə 8000 (səkkiz min) manat, 01 noyabr 2020-ci il tarixdə, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisi bağlı avtomobil dayanacağının yaxınlığında 500 (beş yüz) manat, ümumilkdə isə 8500 (səkkiz min beş yüz) manat, pulunu alıb ələ keçirərək, zərərçəkmiş İddiaçı xeyli miqdarda zərər vurub dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X10 Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində “Mida» şirkəti tərəfindən inşa edilərək istifadəyə verilmiş binadan qardaşı X5 adına iki otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair vəd verib aldadaraq vahid qəsdlə 2020-ci ilin dekabr ayının təxminən ortalarında Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 21/27 saylı yaşayış binasının qarşısında 19.000 manat, 2020-ci ilin dekabr ayının axırlarında Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 21/27 saylı yaşayış binasının qarşısında qardaşı Ruslan Vəliyev vasitəsi iiə 4000 manat puiunu ələ keçirərək., zərərçəkmiş şəxs Sənan Vəliyevə ümumilikdə 23.000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X2 Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində «Mida» şirkəti tərəfindən inşa edilərək istifadəyə verilmiş binadan bir otaqlı mənzil almasına köməklik göstərəcəyinə dair vəd verib aldadaraq xx.xx.2021- ci il tarixdə sonuncunun yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25 mənzil 10-da 8500 manat pulunu ələ keçirərək Gülnarə Əliyevaya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə X1, X6 və X8 mal-qara ticarətinə qoşub gəlir əldə edəcəklərinə dair vəd verib aldadaraq, xx.xx.2021- ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində, 4 saylı beş mərtəbəli evin arxasında vahid qəsdlə Xaqani Nənəcanovun 13.000 manat, Elnur İskəndərlinin 10.000 manat və Kamal Tukanovun 10.000 manat pulunu ələ keçirərək sonunculara xeyli miqdarda ziyan vurmaqla, dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Cavabdeh ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə qonşuluqda yaşayan qohumu, yəni həyat yoldaşı Nərgizin bibisi oğlu X4 ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzilə qonaq getmiş, orada Əsgərin özünə şəxsi mənzil almaq istədiyini və satışda olan mənzillərlə maraqlandığını bildikdə o güzəştli sosial mənzil lahiyəsi çərçivəsində, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisndə inşa edilən evlərdən kreditlə mənzil alacağını, bu işdə ona MİDA-da yüksək vəzifədə çalışan "Namiq" adlı tanışının köməklik edəcəyini bildirmişdir. Bu zaman Əsgər güzəştli sosial mənzil lahiyəsi çərçivəsində mənzil almaqda ona da, köməklik edə biləcəyini soruşduqda, o köməklik edə biləcəyini bildirmişdir. Əsgərdən neçə otaqlı mənzil almaq istədiyini soruşduqda Əsgər 2 otaqlı mənzil almaq istədiyini demiş, o 2 otaqlı mənzil üçün 18000 (on səkkiz min) manat ilkin ödəniş ödəməli olduğunu bildirdikdə, Əsgər razılaşaraq, 18000 manat ilkin ödənişi ödəyəcəyini bildirmiş və pulu sabah gəlib evdən götürməsini xahiş etmişdir. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə, saat saat 15:30 radələrində Əsgərin yaşadığı Sumqayıt şəhərində yerləşən mənzilə gedib, Əsgərin həyat yoldaşı Hicranın, qaynı Bilal və qaynanası Mətanətin yanında 18000 (on səkkiz min) manat pulu Əsgərin alacağı güzəştli sosial mənzilin ilkin ödəniş kimi Əsgərdən almışdır. Əsgər mənzilin onun həyat yoldaşı Hicranın adına rəsmiləşməsini istəmiş, o Hicranın adını mənzil növbəsinə yazdıracağını və mənzillə bağlı qısa müddət ərzində asan xidmətdən onunla əlaqə saxlanılacağını bildirmişdir. Həmin vaxt Əsgərin qaynı Bilal da, 1 otaqlı güzəştli sosial mənzil almaq istədiyini bildirib, bu işdə ona da, köməklik etməsini istəmişdir. O köməklik edə biləcəyini, 1 otaqlı mənzil üçün 8000 (səkkiz min) manat ilkin ödəniş ödəməli olduğunu Bilala bildirmiş və çıxıb getmişdir. Təxminən 2 gün sonra Bilalın anası Mətanət ona zəng edərək, Bilalın alacağı güzəştli sosial mənzilə görə 8000 manat ilkin ödənişi götürməsi üçün evlərinə çağırmış, o günorta saatlarında Sumqayıt şəhəri, Yaşıldərə bağları ərazisinə Bilalgilin yaşadığı ünvana getmişdir. Bilalın anası Mətanət, evdə Əsgər və Bilalın həyat yoldaşının yanında 8000 rnanat pulu ona vermiş, o pulu götürüb, qısa müddət ərzində Bilalın "mənzil işini" həll edəcəyini bildirmişdir. Təxminən 10 gündən sonra Əsgərə və eləcə də, Bilala zəng edərək alacaqları güzəştli sosial mənzilin "Çıxarış" sənədləri üçün 500 (beş yüz) manat ödəməli olduqlarını bildirmişdir. Əsgər 500 manat pulu onun yaşadığı evdən gedib götürməsini istəmiş, o təxminən 1 saat sonra Əsgərin yaşadığı evə gedib 500 manat pulu götürmüşdür. Elə həmin gün də, Sumqayıt şəhəri 12-ci mk\r ərazisində "bağlı avtomobil dayanacağının" yanında Bilalla görüşüb ondan da, 500 manat pulu almışdır. Təxminən 2 ay müddət keçdikdən sonra Əsgər və Bilal onunla tez-tez əlaqə saxlayaraq işin nə yerdə qaldığını, güzəştli sosial mənzil almalarının niyə bu qədər uzandığını soruşmağa başlamışlar. O Əsgəri və Bilalı aldadaraq qısa müddətə mənzil işinin həll olunacağını, onların "öz mənzillərinə" köçəcəklərini bildirmişdir. Hətta çox təkit etdikləri üçün onları inandırmaq məqsədi ilə, hər ikisini Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində güzəştli sosial mənzil lahiyəsi çərçivəsində inşa edilən evlərdən birinə aparıb, mənzillərin proyektlərini göstərmiş və onların da alacaqları mənzillərin həmin proyektlərdə olacağını bildirmişdir. Əsgəri inandırmaq üçün elə həmin gün onun istəyi ilə özünə məxsus 050 *** ** ** telefon nömrəsindən adını bilmədiyi, əvvəliər tanıdığı qadın Əsgərin 077 575 76-26 telefon nömrəsinə zəng etdirərək, özünü Asan xidmətin əməkdaşı Hüseynova Xəyalə kimi təqdim edib, Əsgərin həyat yoldaşı Osmanova Hicranın güzəştli sosial mənzil lahiyəsi çərçivəsində müraciəti ilə bağlı zəng etdiyini, müraciətlə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə Hicranın Asan xidmətə yaxınlaşmalı olmasını bildirmişdir. Təxminən 10 gün sonra Əsgərin yaşadığı evə gedərək, Covid-19 virusu ilə bağlı karantin rejim qaydalarına uyğun olaraq güzəştli sosial mənzil növbəsində olan şəxslərə müqavilələrin fərdi qaydada imzalatdırıldığını bildirmiş və özü ilə apardığı, yazılı kağızlar müqavilə sənədləri kimi təqdim edərək, Hicrana və Bilala imzalatdırıb 1-2 gündən sonra mənzillərini təhvil alacaqlarını bildirmiş və onları aldatmağa davam etmişdir. Təxminən 2021-ci ilin fevral ayının əvvəlləri onun istəyi ilə tanıdığı ancaq adını bilmədiyi özünü Hüseynova Xəyalə kimi təqdim edən həmin qadın yenidən Əsgərə zəng edərək yaxın vaxtlarda Asan xidmətə dəvət olunacaqlarını bildirmişdir. Həmin ərəfələrdə Əsgər və Bilal Sumqayıt şəhər Asan xidmətinə gedib güzəştli sosial mənzil almaq üçün adlarının mənzil növbəsinə yazılıbyazılmadığmı soruşarkən, onlar adlarının mənzil növbəsində olmadıqlarını öyrəndikdə onların aldadıtqlarını başa düşmüşlər. Bundan başqa xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yaşayan yaxın qohumu Hicran Osmanovanın yaşadığı evdə Gülnarə Əliyeva ilə görüşüb söhbət edən zaman ona «MİDA» şirkəti tərəfindən tikilməkdə olan sosial binada 01 otaqlı mənzil almasına köməklik edəcəyinə söz vermiş, bunun üçün ona sənədləşdirmə işlərinə görə 8500 manat pul verməsini demişdir. Bu zaman G.Əliyeva onunla razılaşmış və səhəri gün qohumu H.Osmanovanın evində ondan 8500 manat pulu almışdır. O, G.Əliyevaya ev almaq məqsədi ilə köməklik etmək istəyən zaman həmin binada ancaq hərbiçilərə verildiyi məlum olmuşdur. O, G.Əliyevadan aldığı 8500 manat pul öz şəxsi ehtiyaclarına xərcləmiş, həmin vaxtdan bu günədək G.Əliyevaya bildirmişdir ki, ondan aldığı məbləği tam olaraq qaytaracaqdır. Bundan başqa, Xaqani Nənəcanovu 3-4 ildir ki, onu maşın ustası, digər usta Əvəzin vasitəsi ilə tanımışdır. 2021-ci ilin sentyabr ayında ona pul lazım olduğu üçün Xaqanidən borc pul istəmiş və o, ona son 2-3 ay ərzində 1800 manat, 5000 manat, 7000 manat, 10.000 manat, 8100 manat pulları verib və bu pulların hamısını Xaqaniyə qaytarmışdır. Sonradan 3 dəfəyə Xaqani ona 33000 manat borca pul vermiş, lakin bugünə kimi həmin pulu qaytara bilməmişdir. Sonuncu dəfə ona pulu Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində həyətdə vermiş, o Xaqanidən heç vaxt onunla birlikdə iş görmək üçün pul almamış, Xaqanidən həmişə pul alanda borc kimi almış, Xaqanidən pul alanda və ona pul verəndə heç vaxt yanında başqa adam olmamışdır. Bundan başqa, Sənan Vəliyevi 2019-cu ildən baldızı Nigar Xəlilova vasitəsi ilə tanımışdır. Belə ki, Sənan baldızı Nigarın orta məktəbdə sinif yoldaşı olmuşdur. Sənan adlı şəxslə ilk tanışlıqları həmin müddətdə Abşeron rayonu Saray qəsəbəsində yerləşən özünə məxsus olan mənzili həmin şəxsə satmaqla yaranmışdır. 2020-ci ilin dekabr ayında Sənanla telefonla danışaraq onun ona 1 il əvvəl satmış olduğu mənzilin əvəzində verdiyi «Mersedes Vito» markalı avtomaşınla bağlı bir neçə sual vermək üçün əlaqə saxladığı zaman o qardaşı üçün mənzil almaq istədiyini, lakin kifayət qədər pul olmadığını demişdir. O, da qardaşı üçün sosial mənzil almağa kömək edə biləcəyini demiş, ona bu barədə bir neçə sual verib ondan mənzilin dəyərini soruşmuş, 2 otaq üçün 19.000 manat ödəməli olduğunu dedikdə onunla razılaşmışdır. 2020-ci ilin dekabr ayında Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Sənan və onun tanışı Fikrət adlı şəxslə görüşmüş, Sənan ona 19.000 manat pul vermişdir. Pul verdikdən bir neçə müddət sonra Sənan onun iştirakı ilə valideyinləri ilə birlikdə Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən sosial mənzilə baxmışlar. Orada Sənan 3 otaq mənzil almaq istədiyini demiş və ondan maraqlanmış, ona 3 otaqlı mənzil aia bilmək üçün əlavə 4000 manat ödəməli olduğunu dedikdə onunla razılaşmış və bir neçə gün sonra Sumqayıt şəhəri, 2-ci mikrorayon Sənanı qardaşı Ruslan və tanışı Fikrətlə görüşmüş, orada Ruslan ona 4000 manat pul vermiş, onlara 2022-ci ilin fevral ayına kimi sosial mənzil alınacağına vəd vermiş, Sənan Vəliyevdən sosial mənzil almaq üçün ümumilikdə 23.000 manat alsa da, sosial mənzil almaq miimükün olmamışdır. Nərgiz Süleymanova və Nigar Xəlilovanın bu işdə heç bir əlbir!iyi, iştiıakı olmamış, onlar onun sözünə görə, ona inanaraq güzəştli qaydada sosial mənzil verilməsi işi ilə məşğul olmasını bilmişlər, o onları da aldatmışdır. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı övladı vardır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş "həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-171/2023 xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri iiə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(060)-514/2022 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətinədək artırılmış, Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, cavabdehin cinayət əməli nəticəsində ona ümumilikdə 8500 manat məbləğində ziyan vurmuşdur. O, vurduğu ziyanı ona ödəməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 8500 manat pul və 105 manat dövlət rüsumu cavabdehdən alınıb ona verilməlidir. Məhkəmədə iddiaçı İ.İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətində azadlıqdam məhrum etmə cəzası 04 (dörd) il müddətinədək artırılması qərara alınmışdır. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçıya məxsus olan pulu qanunsuz yolla mənimsəmişdir və geri qaytarmamışdır. Odur ki, şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 8500 (səkkiz min beş yüz) manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 105 (bir yüz beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-1624/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1624/2024
01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver