Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1637/2022 18.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Tarverdiyev Vüsal Orucəli oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlundan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 29331.94 (iyirmi doqquz miıı üç yüz otuz bir manat 94 qəpik) manat, 10 yanvar 2022-ci il tarixə faiz borcu üzrə 9322.75 (doqquz min üç yüz iyirmi iki manat 75 qəpik) manat, 10 yanvar 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 7190,69 (yeddi min yüz doxsan manat, 69 qəpik), Kredit müqaviləsinin müddətinin bitdiyi 22 yanvar 2021-ci il tarixdən sonra borclunu, icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 1483.08 (bir min dörd yüz səksən üç manat 08 qəpik) manat, cəmi 47328.46 (qırx yeddi min üç yüz iyirmi səkkiz manat 46 qəpik) manat, 231.98 (iki yüz otuz bir manat 98 qəpik) manat məbləğində dövlət rüsumunun və 40 (qırx) manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), ümumilikdə 47600.44 (qırx yeddi min altı yüz manat 44 qəpik) manatın tutulması, X4 Orucəli oğluna məxsus məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 47600.44 (qırx yeddi min altı yüzx manat 44 qəpik) manatın məbləğində borcun ödənilməsi; X4 Orucəli oğluna məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.7 kv.m., yaşayış evinin məcburi boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddia ərizəsinə dəqiqləşmə verərək, İddiaçı ASC ilə cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 29331.94 (iyirmi doqquz min üç yüz otuz bir manat 94 qəpik) manat, 10 yanvar 2022- ci il tarixə faiz borcu üzrə 9322.75 (doqquz min üç yüz iyirmi iki manat 75 qəpik) manat, 10 yanvar 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcunu görə hesablanmış dəbbə pulu (cərimə) 7190,69 (yeddi min yüz doxsan manat, 69 qəpik), kredit müqaviləsinin müddətinin bitdiyi 22 yanvar 2021-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 1483.08 (bir min dörd yüz səksən üç manat 08 qəpik) cəmi 47328.46 (qırx yeddi min üç yüz iyirmi səkkiz manat 46 qəpik) manat, 231.98 (iki yüz otuz bir manat 98 qəpik) manat məbləğində dövlət rüsumunun və 40 (qırx) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), ümumilikdə 47600.44 (qırx yeddi min altı yüz manat 44 qəpik) manatın tutulması, X4 Orucəli oğluna məxsus məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və evin satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu və onunla birgə yaşayan ailə üzvləri və digər şəxslərin ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılması və onların istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddia ərizəsinə dəqiqləşmə verərək, İddiaçı ASC ilə cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlundan “AFB Bank" ASC-nin xeyrinə əsas borc üzrə 29331.94 (iyirmi doqquz min üç yüz otuz bir manat 94 qəpik) manat, 10 yanvar 2022- ci il tarixə faiz borcu üzrə 9322.75 (doqquz min üç yüz iyirmi iki manat 75 qəpik) manat, 10 yanvar 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcunu görə hesablanmış dəbbə pulu (cərimə) 7190,69 (yeddi min yüz doxsan manat, 69 qəpik) manat, kredit müqaviləsinin müddətinin bitdiyi 22 yanvar 2021-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 1483.08 (bir min dörd yüz səksən üç manat 08 qəpik) cəmi 47328.46 (qırx yeddi min üç yüz iyirmi səkkiz manat 46 qəpik) manat, 231.98 (iki yüz otuz bir manat 98 qəpik) manat məbləğində dövlət rüsumunun və 40 (qırx) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), ümumilikdə 47600.44 (qırx yeddi min altı yüz manat 67 qəpik) manatın tutulması, X4 Orucəli oğluna məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və evin satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu və onunla birgə yaşayan ailə üzvləri, həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçıASC ilə cavabdeh “X6 arasında bağlanmış 22 iyul 2019-cu il tarixli, İF-BK-002 № -li kredit müqaviləsinə əsasən ona illik 19 (on doqquz) faiz dərəcəsi ilə 55000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq X2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48.7 kv.m., yaşayış evi xx.xx.2019-ci il tarixli, İF-BK-002-İ saylı ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh X3 bu müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdehə kredit 18 (on səkkiz) ay müddətinə verilir və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.10-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun Banka əsas borc üzrə 29331.94 (iyirmi doqquz min üç yüz otuz bir manat 94 qəpik) manat, 10 yanvar 2022 ci il tarixə faiz borcu üzrə 9322.75 (doqquz min üç yüz iyirmi iki manat 75 qəpik) manat, 10 yanvar 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 7190,69 (yeddi min yüz doxsan manat, 69 qəpik) manat, Kredit müqaviləsinin müddətinin bitdiyi 22 yanvar 2021-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 1483.08 (bir min dörd yüz səksən üç manat 08 qəpik) cəmi 47328.46 (qırx yeddi min üç yüz iyirmi səkkiz manat 46 qəpik) manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit borcu üzrə axırıncı dəfə ödəniş xx.xx.2021- 600 manat məbləğində olmuşdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı ASC ilə cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlundan “AFB Bank" ASC-nin xeyrinə əsas borc üzrə 29331.94 (iyirmi doqquz min üç yüz otuz bir manat 94 qəpik) manat, 10 yanvar 2022- ci il tarixə faiz borcu üzrə 9322.75 (doqquz min üç yüz iyirmi iki manat 75 qəpik) manat, 10 yanvar 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcunu görə hesablanmış dəbbə pulu (cərimə) 7190,69 (yeddi min yüz doxsan manat, 69 qəpik), kredit müqaviləsinin müddətinin bitdiyi 22 yanvar 2021ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MMnin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 1483.08 (bir min dörd yüz səksən üç manat 08 qəpik) cəmi 47328.46 (qırx yeddi min üç yüz iyirmi səkkiz manat 46 qəpik) manat, 231.98 (iki yüz otuz bir manat 98 qəpik) manat məbləğində dövlət rüsumunun və 40 (qırx) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), ümumilikdə 47600.44 (qırx yeddi min altı yüz manat 67 qəpik) manatın tutulması, X4 Orucəli oğluna məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və evin satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu və onunla birgə yaşayan ailə üzvləri, həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 22 iyul 2019-cu il tarixli № İf-BK-002 №li kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Tarverdiyev Vüsal Orucəli oğluna illik faiz dərəcəsi 19 faiz olmaqla 18 ay müddətinə 55000 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılmalı olduğu son tarix xx.xx.2021-ci ildir. Müqavilənin 2.1-ci bəndinə əsasən borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul edir və həmin kreditə görə hesablanan faizləri ödəyir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti (“Kreditor- İpotekasaxlayan”) ilə cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu (“İpotekaqoyan”) arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən “İpotekaqoyan” ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48, 74 kv.m, yaşayış sahəsi olan 2 otaqlı 44 nömrəli mənzili “Alıcı-İpotekaqoyan”ın mülkiyyətinə verir. Müqavilənin 2.4-cü bəndinə əsasən tərəflər arasında mənzilin satış qiymətinin bazar dəyəri 85.000 likvid dəyəri 80.000 manat olması müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Tarverdiyev Vüsal Orucəli oğlunun adına qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 7, mənzil 44 "xxxx" Açıq Səhmdar Cəmiyyətində 18 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş borclu Tarverdiyev Vüsal Orucəli oğlunun kredit borcu haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlunun xx.xx.2019-cu il tarixli, İF-BK-002 №-li kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə tələb olunan əsas borcu 29331 (iyirmi doqquz min üç yüz otuz bir) manat 94 (doxsan dörd) qəpik, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 9322 (doqquz min üç yüz iyirmi iki) manat 75 (yetmiş beş) qəpik, xx.xx.2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 7190 (yeddi min yüz doxsan) manat 69 (altmış doqquz) qəpik, icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 1483.08 (bir min dörd yüz səksən üç manat 08 qəpik) manat, cəmi 1160 (bir min yüz altmış) manat 86 (səksən altı) qəpik, cəmi 47328 (qırx yeddi min üç yüz iyirmi səkkiz) manat 46 (qırx altı) qəpik kredit borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından müəyyən edilir ki, Tarverdiyev Vüsal Orucəli oğlunun mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 7, mənzil 44-ün xx.xx.2022-ci il tarixə bazar dəyəri 82000 (səksən iki min) manat, likvid dəyəri 70000 (yetmiş min) manat təşkil edir. Kredit müqaviləsinə və tərtib edilmiş qrafikə uyğun cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair lazımi qaydada xəbərdar edilsə də öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş, cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlunun mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 7, mənzil 44-ə yönəldilməsi, həmin mənzilin hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə görə, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyat və sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə gözəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olunmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Həmin Məcəllənin 298-ci maddəsinə görə, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirilmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Qanunun 59.3-üü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İddiaçının cavabdehdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mönasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş özrə ödənilmiş dövlət rösumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin, cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu və onunla birgə yaşayan ailə üzvləri, həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılmasına aid hissədə təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərizində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-veməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun mənzildən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqı-satqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İF-BK-002 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlundan əsas borc üzrə 29331.94 (iyirmi doqquz min üç yüz otuz bir manat 94 qəpik) manat, 10 yanvar 2022-ci il tarixə faiz borcu üzrə 9322.75 (doqquz min üç yüz iyirmi iki manat 75 qəpik) manat, 10 yanvar 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcunu görə hesablanmış dəbbə pulu (cərimə) 200 (iki yüz) manat, kredit müqaviləsinin müddətinin bitdiyi 22 yanvar 2021-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 1483.08 (bir min dörd yüz səksən üç manat 08 qəpik) cəmi 40337 (qırx min üç yüz otuz yeddi manat 77 qəpik) manat, 231.98 (iki yüz otuz bir manat 98 qəpik) manat məbləğində dövlət rüsumunun və 40 (qırx) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), ümumilikdə 40609,75 (qırx min altı yüz doqquz manat 75 qəpik) manatın tutulması, X4 Orucəli oğluna məxsus ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilə tutma yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti likvid dəyəri 70000 (yetmiş min manat məbləğində müəyyən edilməli, bu əmlak hərracda satılmalı, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlunun banka olan cəmi 40337 (qırx min üç yüz otuz yeddi manat 77 qəpik) manat, 231.98 (iki yüz otuz bir manat 98 qəpik) manat məbləğində dövlət rüsumunun və 40 (qırx) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Tarverdiyev Vüsal Orucəli oğluna qaytarılmalı və iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İF-BK-002 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlundan əsas borc üzrə 29331.94 (iyirmi doqquz min üç yüz otuz bir manat 94 qəpik) manat, 10 yanvar 2022-ci il tarixə faiz borcu üzrə 9322.75 (doqquz min üç yüz iyirmi iki manat 75 qəpik) manat, 10 yanvar 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcunu görə hesablanmış dəbbə pulu (cərimə) 200 (iki yüz) manat, kredit müqaviləsinin müddətinin bitdiyi 22 yanvar 2021-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 1483.08 (bir min dörd yüz səksən üç manat 08 qəpik) cəmi 40337 (qırx min üç yüz otuz yeddi manat 77 qəpik) manat, 231.98 (iki yüz otuz bir manat 98 qəpik) manat məbləğində dövlət rüsumunun və 40 (qırx) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), ümumilikdə 40609,75 (qırx min altı yüz doqquz manat 75 qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. X4 Orucəli oğluna məxsus ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilə tutma yönəlsin, həmin əmlakın ilkin satış qiyməti likvid dəyəri 70000 (yetmiş min) manat məbləğində müəyyən edilsin, həmin əmlak hərracda satılsın, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Tarverdiyev Vüsal Orucəli oğlunun banka olan cəmi 40337 (qırx min üç yüz otuz yeddi manat 77 qəpik) manat, 231.98 (iki yüz otuz bir manat 98 qəpik) manat məbləğində dövlət rüsumunun və 40 (qırx) manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlak tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Tarverdiyev Vüsal Orucəli oğluna qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1637/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1637/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver