Məhkəmə qərarları › İş №2(060)-1639/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1639/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1639/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialar dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********06705 olan Samsung Galaxy A51 markalı telefon üçün 150 manat, 15.03.2020-ci il tarixli müqaviləyə əsasən LG markalı televizor üçün 1533,8 manat, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən Sonorous Surefix markalı asqı üçün 24,6 manat, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********76136 olan Huaweı Y6 2019 markalı telefon üçün 322 manat, 09.12.2019cu il tarixli müqaviləyə əsasən Gorenje markalı tozsoran üçün 24 manat, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən Camaro markalı çarpayı, dolab, tumba və Uretan markalı döşək üçün 1122,6 manat, ümumilikdə 3177 manat borc və 51,77 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 08.02.2020, 15.03.2020, 16.03.2020, 13.11.2019, 09.12.2019 və 17.01.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodları **********06705 olan Samsung Galaxy A51, **********76136 olan Huaweı Y6 2019 markalı telefonlar, LG markalı televizor, Sonorous Surefix markalı asqı, Gorenje markalı tozsoran, Camaro markalı çarpayı, dolab, tumba və Uretan markalı döşək almış və nəticədə 3177 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 938,4 manat olan Samsung Galaxy A51markalı telefon üçün 150 manat, 15.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1645,2 manat olan LG markalı televizor üçün 1533.8 manat, 16.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 33,6 manat olan Sonorous Surefix markalı asqı üçün 24,6 manat, 13.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 468 manat olan Huaweı Y6 2019 markalı telefon üçün 322 manat, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 132 manat olan Gorenje markalı tozsoran üçün 24 manat, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1248 manat olan Camaro markalı çarpayı, dolab, tumba və Uretan markalı döşək üçün 1122,6 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1288,2 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə və həmin məhkəmə bildirişinin 03.02.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb MPM-nin 284-1ci maddəsinə uyğundur. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.02.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 938,4 manat olan Samsung Galaxy A51 markalı telefonu 18 ay müddətə 60 manat ilkin ödəniş edilməklə hər ay 48,8 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.03.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 1645,2 manat olan LG markalı televizoru 18 ay müddətə hər ay 91,4 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 33,6 manat olan Sonorous Surefix markalı asqını 06 ay müddətə hər ay 5,6 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.11.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 468 manat olan **********76136 olan Huaweı Y6 2019 markalı telefonu 18 ay müddətə hər ay 26 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.12.2019-cu il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 132 manat olan Gorenje markalı tozsoranı 06 ay müddətə hər ay 22 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli müqavilə və ödəniş cədvəlindən görünür ki, "xxxx" MMC Cavabdeh alqı-satqı qiyməti 1248 manat olan Camaro markalı çarpayı, dolab, tumba və Uretan markalı döşək üçün 20 ay müddətə hər ay 62,4 manat ödəniş şərti ilə satmağı, alıcı həmin əşyanı qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 08.02.2020-ci il tarixli müqavilə üzrə 150 manat, 15.03.2020-ci il tarixli müqavilə üzrə 1533,8 manat, 16.03.2020-ci il tarixli müqavilə üzrə 24,6 manat, 13.11.2019-cu il tarixli müqavilə üzrə 322 manat, 09.12.2019cu il tarixli müqavilə üzrə 24 manat, 17.01.2020-ci il tarixli müqavilə üzrə 1122,6 manat, cəmi 3177 manat borcu vardır. Cavabdehin ödədiyi cəmi məbləğ 1288,2 manat təşkil edir. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 08.02.2020-ci il tarixli müqavilə üzrə 150 manat borc, 15.03.2020-ci il tarixli müqavilə üzrə 1533,8 manat borc, 16.03.2020-ci il tarixli müqavilə üzrə 24,6 manat borc, 13.11.2019-cu il tarixli müqavilə üzrə 322 manat borc, 09.12.2019-cu il tarixli müqavilə üzrə 24 manat borc, 17.01.2020-ci il tarixli müqavilə üzrə 1122,6 manat borc, cəmi 3177 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,77 manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 08.02.2020-ci il tarixli müqavilə üzrə 150 manat borc, 15.03.2020-ci il tarixli müqavilə üzrə 1533,8 manat borc, 16.03.2020-ci il tarixli müqavilə üzrə 24,6 manat borc, 13.11.2019-cu il tarixli müqavilə üzrə 322 manat borc, 09.12.2019-cu il tarixli müqavilə üzrə 24 manat borc, 17.01.2020-ci il tarixli müqavilə üzrə 1122,6 manat borc, cəmi 3177 (üç min bir yüz yetmiş yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,77 (əlli bir manat yetmiş yeddi qəpik) manat iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar