Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1641/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 2146,42 ABŞ dolları pulun və ondan tutulmuş 20 manat dövlət rüsumunun, həmçinin iddia ərizəsi verilməsi üçün ödənilmiş və 30,4 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə hərbi xidmətdə birlikdə olmuşlar. 07.11.2015-ci ildə cavabdehə zamin olaraq məişət avadanlığı götürmüşlər. Bir müddət keçdikdən sonra cavabdeh başqa hərbi hissədə xidmətini davam etdirmişdir. Bundan sonra cavabdeh kredit borcunu ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.10.2016-cı il tarixli, 2(011)-13547/2016 saylı məhkəmə əmri ilə onlardan ümumilikdə 2005 ABŞ dollarının tutularaq tələbkar “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Lakin, cavabdeh bu pulu ödəməmiş və 2146,42 ABŞ dolları və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu ondan tutulmuşdur. O, hazırda Füzuli rayonu uğrunda döyüşlərdə ağır yaralandığı üçün müalicə alır. İddiaçı 02.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o və iddiaçı hərbçidirlər. Onlar ilə 2015-2017-ci il tarixlərində eyni hərbi hissədə xidmət etmişlər. İddiaçı bir dəfə ona bildirib ki, bir nəfər mağazadan kreditlə məişət onun adına əşyaları götürəcək və ona zamin olmaq lazımdır. Cavabdeh də buna razılaşmışdır. Lakin, iddiaçının başqa borcu olduğu üçün kredit müqaviləsi onun adına bağlanıb və iddiaçı zamin olub. Bunun müqabilində onlara 350 manat pul verilib. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, iddiaçı xx.xx.1987-ci ild anadan olmuş, Bərdə rayonu, Nəzirli kəndində qeydiyyatdadır. Cavabdeh 03.09.1986-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 0014712 saylı şəxsi vəsiqədən görünür ki, iddiaçı hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13547/2016 saylı, 21.10.2016-cı il tarixli əmri ilə borclular Cavabdeh, İddiaçı və X2 birgə qaydada 1744 ABŞ dolları əsas borc, 262 ABŞ dolları cərimə olmaqla, 2006 ABŞ dolları və 20 manat dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə tutulması əmr edilmişdir. 703 saylı Hərbi Hissənin 24.09.2020-ci il tarixli, 4191 saylı arayışında göstərilmişdir ki, Bərdə rayon İcra və Probasiya şöbəsinin 09.12.2019-cu il tarixli, 11114/02 saylı icra sənədinə əsasən 2006 ABŞ dolları borc, icra ödənişi kimi 140,42 ABŞ dolları və dövlət rüsumu kimi 20 manat pul vəsaiti iddiaçının aylıq pul təminatından tutularaq X1 hesabına köçürülmüşdür. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 08.09.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13547/2016 saylı, 21.10.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1). Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin, həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər (475.1). İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı “xxxx” MMC ilə bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdehin “xxxx” MMC arşısında alqı-satqı müqaviləsi üzrə öhdəlikləri üzrə zamin olmuşdur. Cavabdeh “xxxx” MMC qarşısında öhdəliklərini icra etmədiyi üçün öhdəlik üzrə borc zamin kimi iddiaçıdan tam həcmdə tutulmuşdur. Hazırda iddiaçı öhdəliyi tam icra etdiyi üçün kreditorun tələb üzrə hüquqları ona keçmişdir. Bu səbəbdən iddiaçı həmin borcun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı zamin kimi alqı-satqı müqaviləsi üzrə borcu tam ödədiyi üçün həmin borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıdan “xxxx” MMC-nin xeyrinə tutulmuş məbləğ, icra ödənişi və dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2146 (iki min yüz qırx altı) ABŞ dolları 42 (qırx iki) sent məbləğində borc (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), məhkəmə əmrinin çıxarılmasına dair ərizənin verilməsi üçün iddiaçıdan tutulmuş 20 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1641/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1641/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver