Məhkəmə qərarları › İş №2(060)-1656/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1656/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1656/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi Vəkil Ərzuman oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçıya borclu olduğu 32150 (otuz iki min yüz əlli) manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh X2 ilə 2021-ci ilin yanvar ayında tanış olmuşdur. Həmin vaxt Cavabdeh geyim əşyalarının satışı ilə məşğul olmuşdur. İddiaçı isə „Binə” və „Sədərək” ticarət mərkəzlərində toptan satış qaydada mallar alıb ona 15-30 gün müddətinə verir və cavabdeh satıb malın pulunu qaytarmışdır. Lakin sonradan Cavabdeh malın pulun gecikdirdiyi üçün borcları yığılmağa başladı və iddiaçıya borcu qalmışdır, lakin borcu ödəməmişdir. Onu da qeyd edir ki, Cavabdeh ticari fəaliyyəti üçün iddiaçıdan hissə-hissə borc pul almışdır. Belə ki, Cavabdeh iddiaçıdan 24 aprel 2021-ci il tarixdə 2000 manat, 28 aprel 2021-ci ildə 11000 manat, 30 aprel 2021-ci il tarixdə 5850 manat, 05 may 2021-ci ildə 7000 manat, 11 iyun 2021-ci ildə 2000 alıb, eyni zamanda, 3000 manat dəyərində mal almış və 1300 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Nəticədə mənə 32150 (otuz iki min yüz əlli) manat borcu vardır. Cavabdeh iddiaçıya borclu olduğu həmin pulu dəfələrlə xahiş etməsinə baxmayaraq qaytarmaqdan imtina edmişdir.Onu da qeyd edir ki, Cavabdeh iddiaçıya borclu olmasını onun öz imzası ilə yazdığı qəbzlə, eyni zamanda X7 və X4 da təsdiq edir. 28 fevral 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iş üzrə sübutlarının vəkilində olduğunu, vəkilinin üzrlü səbəbdən məhkəmə iclas edə bilmədiyi üçün məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. 30 mart 2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iş üzrə sübutlarının vəkilində olduğunu, vəkilinin üzrlü səbəbdən məhkəmə iclas edə bilmədiyi üçün məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Növbəti məhkəmə iclasında İddiaçı idddia tələbini müdafiə edərək iddia ərizəsində göstərfiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-Vəkil Ərzuman oğlu iddia tələbini müdafiə etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 20.04.2022-ci il tarixli ərizəsindən görünür ki, o, iddia tələbi barədə məlumatlıdır məhkəmə iclasını digər tarixə keçirilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, İddiaçı ilə ailəvi dostdurlar, münasibətləri yaxşıdır, onu 2011-ci ildən tanıyır. Cavabdehi iddiaçı vasitəsilə 2 ildir ki tanıyır. İddiaçı ticarətlə məşğuldur. Cavabdeh də ondan mal alıb satırdı. Cavabdehin iddiaçıya 32150 manat borcu vardır. Onun 19850 manatını 10 vərəqli dəftərə etiraf kimi qeyd etmişdir. Borcun digər hissəsini isə yaxınlarda qaytaracağını bildirərək həmin məbləği qeyd etməmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X10 Turabov Amid Məlikməmməd oğluna ünvanlanan 15.09.2021-ci il tarixli məktubdan görünür ki, müraciətlərinin mülki xarakterli olması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - iddiaçı tərəfindən təqdim edilmiş 10 vərəqli dəftərdən görünür ki, həmin dəftərin 3cü vərəqində Cavabdeh 30.04.2021-ci il tarixində İddiaçı 11000, 05.05.2021-ci il tarixdə 7000, 11.06.2021-ci il tarixdə 1850 nağd pulu borc aldığını qeyd etmiş, imzası ilə təsdiq etmişdir. İddiaçı imzanın və əlyazmanın Cavabdeh aid olduğunu qeyd edir. - İddiaçı A 4 formatında vərəqin kserosurətini təqdim edərək qeyd etmişdir ki, burada əks olunan yazılar və rəqəmlər cavabdehlə aralarında olan pul münasibətləri barəsindədir. - İddiaçı tərəfindən təqdim olunmuş disk məhkəmə iclas zalında olan komputerə uyğun formatda yazılmadığı üçün orada olan məlumatları nəzərdən keçirmək mümkün olmamışdır. -İddiaçı tərəfindən təqdim olunmuş elektron daşıyıcıda əks olunan səs yazılarından müəyyən olunur ki (iddiaçının bildirdiyinə görə), iddiaçı ilə cavabdeh arasında borc münasibətləri mövcuddur. Lakin həmin borcun iddia tələbində qeyd olunan 32150 manat olub-olmaması qeyri-müəyyəndir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri mövcuddur. İddiaçı iddia tələbində cavabdehin ona 32150 manat borcu olduğunu qeyd etmişdir. Cavabdehin əlyazması kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş dəftərdə həmin borcun 19850 manat oluduğu qeyd olunmuşdur. İddiaçının təqdim etdiyi digər kserosurət vərəqədə müxtəlif rəqəmlər əks edilsədə, həmin rəqəmlərin tərəflərin arasında olan münasibətlərə aid olması qeyrimüəyyəndir, iddiaçının təqdim etdiyi və cavandehə məxsus olan səs yazılarnda tərəflər arasında borc münasibətləri olduğu müəyyən edilsədə, borcun hansı məbləğdə olması qeyri-müəyyəndir. Cavabdehin iddiaçıya borcunun məhz 32150 manat məbləğində olması iddiaçı tərəfindən təqdim edilən sübutlarla sübuta yetirilmir. Məhkəmə hesab edir ki, cavabdeh könüllü surətdə iddiaçıya 19850 manat borcunun olmasını etiraf edərək bu barədə yazılı qayda qeydlər edib imza etdiyi halda, iddiaçının iddia etdiyi qalan məbləğ barədə etiraf edici qeydlər edib imza etməkdən imtina etməsi inandırıcı deyil. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən - Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən- Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən - Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən - Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar əsasında cavabdehin ona 19850 mnat borcu olduğu müəyyən edilir, ona görə də iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 19850 manat pul tutularaq İddiaçı ödənilməldir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19850 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar