Məhkəmə qərarları › İş №2(060)-1658/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1658/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1658/2021 16.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı "icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi, torpaq sahəsinin geri qaytarılması tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhərinin 2-ci m/rayonu ərazisində yerləşən sahəsi 68 metr olan torpaq sahəsindən istifadəyə görə yaranmış 843,57 manat məbləğində icarə haqqı borcunun, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 30,9 manat faiz manat faiz borcunun, ümumilikdə 874,47 manat məbləğində icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh aralarında bağlanılmış 12 sentyabr 2014-cü il tarixli, 132 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq onun hesabına əvvəlki vəziyyətdə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 16.05.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda iddiaçının nümayəndəsi M.Abbasov ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmasını xahiş etmişdir. Azərbayçan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı "icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi, torpaq sahəsinin geri qaytarılması tələbinə» dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar