Məhkəmə qərarları › İş №2(060)-1670/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1670/2021

12.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1670/2021 12.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı Cavabdeh qarşı «12 000 manat pul tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh AUDİ-4 markalı, ** EF *** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin dəyəri olan 11500 manat pul, 500 manat yol xərci və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat olmaqla, ümumilikdə 12030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı və yaşadığı poçt ünvanını göstərsə də cavabdehin rəsmi qeydə alındığı və yaşadığı poçt ünvanını təsdiq edən müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, MAPS arayışı) ərizəyə əlavə etməmişdir. Bundan əlavə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3.-cü maddəsinə tələbinə görə iddia ərizəsində iddiaçının tələbi, onun öz tələbini əsaslandığı hallar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5.-ci maddəsinə görə isə iddia ərizəsinə iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər əlavə olunmalıdır. Məhkəmə bu normaların tələbindən cıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149- 152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı «12 000 manat pul tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar