Məhkəmə qərarları › İş №2(060)-1674/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1674/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1674/2024 08.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment məbləğinə dəyişiklik edilərək hər ay qazancın və (və ya) başqa gəlirlərinin ikidə bir hissəsi məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi, X5 3 yaşına çatanadək hər ay 150 manat maddi yardımın tutularaq ona ödənilməsi, 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05 iyul 2018-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı üç övladları olmuşdur. Onun iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3054/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, nikahları pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının 1/3 məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2023cü il tarixdə X5 dünyaya gəlmişdir. Övladlarının doğum haqqında şəhadətnaməsində ata qrafasında Cavabdeh qeyd edilmişdir. Hazırda birgə nikahlarından üç övladları olduğundan və Cavabdeh yüksək məbləğdə maaş aldığından əmək haqqı və digər gəlirlərinin 1/2–nin aliment məbləği qismində tutulmasını xahiş etmişlər. Mediasiya sessiyasında iştirak məcburi olduğundan ilkin olaraq o, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X6 xx.xx.2024-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq mediator tərəfindən MŞS/MT030/2024-00007 nömrəli, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və izahat verərək bildirdi ki, cavabdeh iş yerini dəyişmiş və tam maaş almağa başlamışdır. Tam Storedə müdür vəzifəsində işləyir və 2000 manat əmək haqqı alır. O, ev xərclərini çatdıra bilmir. Belə ki, özü də işə çıxmışdır. Körpə uşağı qoymuş və işə çıxmışdır. Buna səbəb isə maddi vəziyyətinin pis olmasıdır. Özü Bazar Storedə işləyir. İki həftə olar ki, işə çıxmışdır. Ailə vəziyyətinə görə vəzifə dəyişikliyi etmişdirlər. Əmək haqqı 800 manat olmalıdır. Lakin çatdıra bilmir. İşləyə bilmir. Belə ki, uşaq əməliyyat ilə olmuşdur. Özünün işi də ağırdır. Bir həftədir ki, gəzə bilmir. Ona görə də məcbur olmuş və işdən çıxmışdır. Cavabdehlə nikahları pozulmuşdur. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi və sms bildirişi göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materialları. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞS/MT030/2024-00007 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat İMS xərci və 10 manat poçt xərci onun tərəfindən ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3054/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Qədirova (Nəsirova) Samirə Eldar qızı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2018-ci tarixdə bağlanmış, 126 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər anaları Qədirova (Nəsirova) Samirə Eldar qızının yanında qalmaları, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi məbləğində alimentin tutularaq Qədirova (Nəsirova) Samirə Eldar qızına ödənilməsi, xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatana kimi hər ay 50 manat maddi yardım tutularaq Qədirova (Nəsirova) Samirə Eldar qızına ödənilməsi, xx.xx.2023-cü il tarixdən etibarən iddiaçının hamiləliyi dövründə və uşağın doğulduğu gündən üç il ərzində Cavabdeh hər ay 50 manat maddi yardım tutularaq Qədirova (Nəsirova) Samirə Eldar qızına ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 467634 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 nikahı Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 24 oktyabr 2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin oktyabr ayının 24-cü günündə 516 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Nəsirova soyadı verilmişdir. 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 951653 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixində Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2023-cü ilin 12-ci ayının 19-cu günündə 2518 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə İddiaçıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də bölmə rəhbəri işləməklə 2270 manat əmək haqqı alır. İşin faktiki halları. Cavabdeh ilə Qədirova (Nəsirova) Samirə Eldar qızı arasında xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 126 nömrəli akt qeydi bağlanmış, Cavabdeh ilə Qədirova (Nəsirova) Samirə Eldar qızı arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 24 oktyabr 2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin okyabr ayının 24-cü günündə 516 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Nəsirova soyadı verilmişdir. Tərəflər faktiki birgə yaşadıqları dövrdə xx.xx.2023-cü il təvəllüdlü X5 anadan olmuşdur. xx.xx.2023-cü il təvəllüdlü X5 3 yaşına çatmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3054/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Qədirova (Nəsirova) Samirə Eldar qızı ilə Cavabdeh arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2018-ci tarixdə bağlanmış, 126 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anaları Qədirova (Nəsirova) Samirə Eldar qızının yanında qalmaları, xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi məbləğində alimentin tutularaq Qədirova (Nəsirova) Samirə Eldar qızına ödənilməsi, xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi hər ay 50 manat maddi yardım tutularaq Qədirova (Nəsirova) Samirə Eldar qızına ödənilməsi, xx.xx.2023-cü il tarixdən etibarən iddiaçının hamiləliyi dövründə və uşağın doğulduğu gündən üç il ərzində Cavabdeh hər ay 50 manat maddi yardım tutularaq Qədirova (Nəsirova) Samirə Eldar qızına ödənilməsi qət edilmişdir. İşin mübahisəz halı ondan ibarətdir ki, hazırda İddiaçı ödənilən Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Belə ki, tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuş, uşaqların saxlanılması üçün aliment müəyyən edilmişdir.Sonradan tərəflər barışmış və üçüncü övladları dünyaya gəlmişdir.Hal-hazırda azyaşlı uşağın saxlanılması üçün cavabdeh köməklik görsətmir, məhkəmə iclasından xəbərdar olmasına baxmayaraq, iştirak etməyərək etiraz və mülhaizələrini bildirməmiş,iddiaçı isə 2023-cü ildə doğulmuş uşağın saxlanılması üçün alimentin miqdarının dəyişdirilməsi və uşağın 3 yaşına çatanadək aliment tələb edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Buborcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (Ailə Məcəlləsi 81.1-ci maddəsi). 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq Hüquqları haqqında Qanun. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. HəminQanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə. Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi vəqazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azadetmir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 1. 2024-cü il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 235manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Aliment hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı hər uşağa görə ödənilən aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşaqların əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşaqların əsaslı mənafeyinə xidmət edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması baxımından cavabdehin tələb olunan məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmuş (cavabdehin əmək haqqının məbləği barədə), onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Belə ki, 150 manat məbləğində maddi yardımın tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi məbləğində aliment kifayət qədər yüksək məbləğ təşkil edir. Uşağın əsaslı mənafeyini də nəzərə alaraq, məhkəmə 50 manat məbləğində maddi yardımın tutulmasını məqsədə uyğun hesab edir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından, müəyyən olunmuş aliment məbləğinin qismən artırılmasını hazırkı uşaqlar üçün müəyyən edilmiş yaşayış minumunu, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 3054/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi məbləğində aliment, xx.xx.2024-cü il tarixdən etibarən Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi hər ay 50 manat maddi yardım tutularaq İddiaçı ödənilməli, mediasiya xərcinin əvəzi olaraq 50 manat da həmçinin iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə xərcləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Odur ki, mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, ümumi beynəlxalq normalarda və milli qəbul olunmuş qanunvericiliyin əsas prinsipdən çıxış edərək alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından, tərəflərin mövcud vəziyyətinin dəyişilməsini, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3054/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi məbləğində aliment, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi hər ay 50 manat maddi yardım tutularaq İddiaçı ödənilməli, mediasiya xərcinin əvəzi olaraq 50 manat da həmçinin iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-3054/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2023-cü il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-3054/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş maddi yardımın miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatana kimi hər ay 50 manat miqdarında maddi yardım tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar