Məhkəmə qərarları › İş №2(060)-169/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-169/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-169/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Qasımova Afət Mircəfər qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbi barədə iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 03 dekabr 2018-ci il tarixli saylı kredit müqaviləsindən irəli gələn 5530,15 manat əsas, 897,58 manat faiz borcu olmaqla, cəmi 6427,73 manat borcun və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə ilə Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 86,40 kv.m-dən ibarət olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, həmin bağ evinin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh və Qasımova Afət Mircəfər qızının həmin bağ evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03.12.2018-ci il tarixli müqaviləyə əsasən borcluya 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 8.000 manat kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi 03.12.2018-ci il tarixli, 200840-144065/1 saylı ipoteka müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 86,40 kv.m-dən ibarət olan bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və yüklü edilmiş əmlakın ilkin satış qiyməti ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, ipoteka predmetinin likvid dəyəri 37.000 manat satış qiymətinə müəyyən edilməsinə etirazı olmadığını bildirdi. Digər cavabdeh Qasımova Afət Mircəfər qızına məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdeh Qasımova Afət Mircəfər qızına iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.12.2018-ci il tarixli müqavilədən görünür ki, borcluya 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 8.000 manat kredit verilmişdir. - 03.12.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 86,40 kv.m-dən ibarət olan bağ evi Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - 15.04.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 5530,15 manat əsas, 897,58 manat faiz borcu olmaqla, cəmi 6427,73 manat borcu vardır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, ünvan 3-in mülkiyyətçisi Cavabdehdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 20.11.2018-ci ildə qeydiyyata alınmışdır. - Daşınar Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən həmin bağ sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Sumqayıt şəhəri 3 saylı Notariat Ofisində imzalanmış **********778 saylı ərizədən görünür ki, Qasımova Afət Mircəfər qızı ünvan 2 ünvanında yerləşən bağ evinin və həmin evin yerləşdiyi 0,019 ha torpaq sahəsinin ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə ipotekaya qoyulmasına razıdır. İpoteka qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi (boşaltmağı) öhdəsinə götürür. X3 Mircəfər qızı imzalamışdır. Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X1 həmin ərizənin həqiqiliyini təsdiq edir. - 03.12.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 86,40 kv.m-dən ibarət olan bağ evi yüklü edilmiş əmlakın qiyməti bazar dəyəri 37000 manat müəyyən edilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.12.2018-ci il tarixli kredit müqaviləsinin 5.1.5-ci bəndindən görünür ki, ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və ya faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən ödəniş tarixindən 2 (iki) dəfə ardıcıl olaraq ödəməməsi (gecikdirilməsi) halında Bank bu müqavilənin vaxtından əvvəl icrasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03.12.2018-ci il tarixli saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 8.000 manat kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi bağlanmış 03.12.2018-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmış və ünvan 1 ünvanında yerləşən 0,019 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 86,40 kv.m-dən ibarət olan bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 03.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuş, 5530,15 manat əsas, 897,58 manat faiz borcu olmaqla, cəmi 6427,73 manat borcu yaranmışdır. Tərəflər ipoteka predmetinin likvid (satış) dəyəri ilə bağlı razılığa gəlmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 03.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin 5.1.5-ci bəndinin tələblərini pozaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 03.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun Cavabdeh tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə onun arasında 03.12.2018-ci ildə ünvan 3 ünvanında yerləşən 0,019 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 86,40 kv.m-dən ibarət olan bağ evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MM-in 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh birlikdə imzaladıqları ərizədən görünür ki, yüklü edilmiş əmlakın qiyməti 37000 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin ppoteka predmetinin müəyyən olunmuş qiymətinin mübahisələndirilməməsini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış qiyməti 37000 manat göstərilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan və tutulmalı məbləğ 500 manatı aşdığından ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5530,15 manat əsas, 897,58 manat faiz borcu olmaqla, cəmi 6427,73 manat borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınaraq İddiaçı ASC-ə ödənilsin. Tələb ünvan 3 ünvanında yerləşən 0,019 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 86,40 kv.m-dən ibarət olan bağ evinə yönəldilsin. ünvan 3 ünvanında yerləşən 0,019 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 86,40 kv.m-dən ibarət olan bağ evinin ilkin satış qiyməti 37000 manat müəyyən edilsin. ünvan 3 ünvanında yerləşən 0,019 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 86,40 kv.m-dən ibarət olan bağ evi açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 5530,15 manat əsas, 897,58 manat faiz borcu olmaqla, cəmi 6427,73 manat borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı ASC-ə ödənilsin, qalan vəsait isə Cavabdeh qaytarılsın. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh və Qasımova Afət Mircəfər qızı ünvan 3 ünvanında yerləşən 0,019 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 86,40 kv.m-dən ibarət olan bağ evindən çıxarılsın və həmin mənzil boşaldılsın. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar