Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-170/2023 09.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı BOKTİddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKTİddiaçı QSC-nin Cavabdeh qarşı faiz borcunun ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKTİddiaçı QSC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə faiz borcu üzrə 407762,46 (dörd yüz yeddi min yeddi yüz altmış iki manat,46) manat, cəmi 407762,46 (dörd yüz yeddi min yeddi yüz altmış iki manat,46) manat məbləğində pul vasaitinin və 697,76 (altı yüz doxsan yeddi manat, 76) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağl borclu Cavabdeh dair sənədlər SFK-26 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSCyə verilmişdir. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, № 10679 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 14 % olmaqla 36 ay müddətinə 840000 (səkkiz yüz qırx min) manat məbləğində kredit verilmişdir. xx.xx.2010-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Həmin müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır.(5.4 bəndi) bocalana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 14%-lə hesablanır. Cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hal-hazıra qədər cavabdehin müqavilə üzrə 407762,46 (dörd yüz yeddi min yeddi yüz altmış iki manat,46) manat, cəmi 407762,46 (örd yüz yeddi min yeddi yüz altmış iki manat,46) manat borcu var. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdeh şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öjhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur.Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirməmişdir. Qanunun qeyd edilən maddəsinə əsasən hesab edirlər ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 697,76 manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqavilədən görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı BOKTİddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edəərk, iddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və İddiaçı QSC Bank Olmayan Kredit Tşkilatının Cavabdeh qarşı 407762,46 manat faiz borcunun və ödənilmiş 697,76 manat dövlət rüsumunun tutulması tələbinə dair iddianın iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməfiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 14 % ödəmək şərti ilə 840000 (səkkiz yüz qırx min) manat məbləğində kredit verilmişdir.Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK-26 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh "xxxx" ASC-yə cəmi borc (kredit) 407762,46 manat, əsas borc yoxdur, faiz borcu (kredit) 407762,46 manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. - “X5 Edilməsi Agentliyi” MMC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2023-cü il tarixli, 9/9434 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2010-cu il tarixli, № 10936 saylı kredit müqaviləsi üzrə: Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış (c.i.v – 103) məlumatları; 21 sentyabr 2010-cu il tarixli, 10936 №-li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə (hesabdan çıxarışda göstərilən tarixə (c.i.v - 103)) İddiaçı QSC BOKT-na olan borcu faiz borcu üzrə 131836,32 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 27631, 20 manat olmaqla cəmi 159467,52 AZN məbləğində müəyyən edilir; xx.xx.2010-cu il tarixli, № 10679 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış (c.i.v - 104) məlumatları; 24 sentyabr 2010-cu il tarixli, 10679 №-li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə (hesabdan çıxarışda göstərilən tarixə (c.i.v - 104)) İddiaçı QSC BOKT-na olan faiz borcu 352800 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 34883,33 manat olmaqla, cəmi 387683,33 manat məbləğində müəyyən edilir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı 14 oktyabr 2016-ci il tarixli hökmün müəyyən etdi hissəsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 Xəqani Mahmud oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 10679 №-li kredit müqaviləsinə əsasən 840000 manat və xx.xx.2010-cu il tarixli, 10936 №-li kredit müqaviləsinə əsasən 870000 manat Nəqliyyat filialının kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-inə külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası MM-in 82.4-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası MM-in 340.1-ci maddəsinə müvafiq olaraq, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, məhkəmədə müəyyən olunub ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi yalnız görünüş üçün bağlanmışdır. Buna görə həmin kredit müqaviləsi uydurma əqd olduğuna görə əhəmiyyətsizdir. Azərbaycan Respublikası MM-in 337-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəyə əsaslanaraq iddia müddətinin tətbiq edilməsinin zəruri olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul BOKTİddiaçı QSC-dən tutularaq X2 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh BOKT İddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə faiz borcu üzrə 407762,46 (dörd yüz yeddi min yeddi yüz altmış iki manat,46) manat borcun və 697,76 (altı yüz doxsan yeddi manat, 76) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat BOKTİddiaçı QSC-dən tutularaq X2 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-170/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-170/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver