Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1724/2021 24.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7651 (yeddi min altı yüz əlli bir) manat 14 (on dörd) qəpik məbləğində əsas borc və 896 (səkkiz yüz doxsan altı) manat 45 (qırx beş) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 8547 (səkkiz min beş yüz qırx yeddi) manat 59 (əlli doqquz) qəpik və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahış etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianı müdafiə edərək göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019-cu il tarixli, 200804-832336/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə, illik 16,5% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 29 dekabr 2019-cu il tarixli, 200804-832336/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 29 dekabr 2019-cu il tarixli, 200804-832336/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Cavabdeh1 əsas öhdəliyi lazmınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 14.12.2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7651 (yeddi min altı yüz əlli bir) manat 14 (on dörd) qəpik məbləğində əsas borc və 896 (səkkiz yüz doxsan altı) manat 45 (qırx beş) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 8547 (səkkiz min beş yüz qırx yeddi) manat 59 (əlli doqquz) qəpik məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdehlər krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7651 (yeddi min altı yüz əlli bir) manat 14 (on dörd) qəpik məbləğində əsas borc və 896 (səkkiz yüz doxsan altı) manat 45 (qırx beş) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 8547 (səkkiz min beş yüz qırx yeddi) manat 59 (əlli doqquz) qəpik və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahış etdi. Məhkəmədə Cavabdeh2 nümayəndəsi X2 iddia tələbini qəbul edərək, Cavabdeh2 ilə İddiaçı ASC arasında 29.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh zamin kimi üzərinə düşən öhdəliyi başa düşür. Lakin hazırda cavabdehlər işləmədiyi üçün banka olan borclarını ödəyə bilmirlər. Maddi vəziyyətində çətinlik olduqları üçün borcunu ödəməyi gecikdirmişdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə içlasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh2 nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.12.2019-cu il tarixli, № 200804-832336/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2019-cu il tarixli, 200804-832336/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29.12.2019-cu il tarixli, № 200804-832336/1 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 (zamin) arasında 29 dekabr 2019cu il tarixli 200804-832336/1 №li kredit müqaviləsinin təminatı kimi 29 dekabr 2019-cu il tarixli 200804-832336/1 №li zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan zaminlik müqaviləsinə görə zamin bu müqaviləyə əsasən bank qarşısında 29 dekabr 2019-cu il tarixli 200804-832336/1 №li kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. İş materiallarında olan 14.12.2020-ci il tarixli “Maliyyə arayışı”ndan görünür ki, Cavabdeh1 14 dekabr 2020-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 7651,14 manat, faiz borcu üzrə 896,45 manat, cəmi 8547,59 manat borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 29.09.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh1 Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 2/59, mənzil 35-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 29.09.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh2 Sumqayıt şəhəri, NK.Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7651 (yeddi min altı yüz əlli bir) manat 14 (on dörd) qəpik məbləğində əsas borc və 896 (səkkiz yüz doxsan altı) manat 45 (qırx beş) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 8547 (səkkiz min beş yüz qırx yeddi) manat 59 (əlli doqquz) qəpik məbləğində borcun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7651 (yeddi min altı yüz əlli bir) manat 14 (on dörd) qəpik məbləğində əsas borc və 896 (səkkiz yüz doxsan altı) manat 45 (qırx beş) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 8547 (səkkiz min beş yüz qırx yeddi) manat 59 (əlli doqquz) qəpik məbləğində borcun və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1724/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1724/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver