Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1737/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 09.07.2021-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün illik 25 faizlə, 36 ay müddətinə 7240 manat kredit götürmüş, müqavilənin şərtlərini pozaraq, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəmək və öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 26.01.2022-ci il tarixinə Cavabdeh banka 09.07.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7123.18 AZN əsas borc, 951.2 AZN faiz, 23 manat cərimə borcu olmaqla, cəmi 8097.38 AZN borcu vardır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 09.07.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7123.18 manat əsas borc, 951.2 manat faiz, 23 cərimə borcu olmaqla ümumilikdə cəmi 8097.38 manat borcun və 101.43 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul edir, lakin faiz məbləği ilə razı deyildir. Kredit müqaviləsi üzrə bankdan götürdüyü pulu dostuna vermiş, sonra pandemiya ilə əlaqədar olaraq ödənişlər həyata keçirilməmişdir. Bankdan ona həy ay 161 manat ödəməsini və sonra yeni qrafik tərtib olunacağını bildirmişlər. Onun dostu Rusiyada yaşayır, ödənişləri etməmişdir. Hazırda da özü ödənişlər edə bilər, lakin qrafik üzrə ödəniş etmək iqtidarında deyil. Himayəsində 2 uşağı və anası var, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də hər ay banka 100 manat ödəyə biləcəyini bildirdi. Məhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş 26.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09.07.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7123.18 AZN əsas borc, 951.2 AZN faiz, 23 manat cərimə borcu olmaqla, cəmi 8097.38 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 3437nkSUM/21 saylı, 09.07.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 36 ay müddətində 7240 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 09.08.2021-ci il tarixdən başlayaraq hər ay banka 288 manat, sonuncu ay 287.50 manat, ümumilikdə 10367.5 manat ödəməklə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh ünvanladığı 16.11.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 3 iş günü müddətində "xxxx" ASC-nə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kredit müqaviləsinin şərtlərindən və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 26.01.2022-ci il tarixə iddiaçı "xxxx" ASC-nə 09.07.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7123.18 AZN əsas borc, 951.2 AZN faiz, 23 manat cərimə borcu olmaqla, cəmi 8097.38 manat borcu yaranmışdır. İş materiallarında olan bildiriş məktubuna əsasən cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə 09.07.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7123.18 manat əsas, 951.2 manat faiz, 23 manat cərimə borcu olmaqla ümumilikdə 8097.38 manat borc və 101.43 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə 09.07.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7123.18 (yeddi min yüz iyirmi üç manat on səkkiz qəpik) manat əsas, 951.2 (doqquz yüz əlli bir manat iyirmi qəpik) manat faiz, 23 (iyirmi üç) manat cərimə borcu olmaqla ümumilikdə 8097.38 (səkkiz min doxsan yeddi manat otuz səkkiz qəpik) manat borc və 101.43 (yüz bir manat qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1737/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1737/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver