Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1744/2020 23.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdülhüseyn oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi X4, İlkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə İddiaçı QSC X8 Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC X1rşı “əsas və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı QSC X8 Təşkilatı Cavabdeh qarşı“əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 198.467 manat əsas, 364.629,76 manat faiz borcu, cəmi 563.096,76 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış «Tələb hüququnun güzəşt edilməsinə dair» xx.xx.2015-ci il tarixli Müqaviləyə görə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1262 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə, № 4772 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 16 faiz tətbiq edilməklə 24 ay müddətinə 500.000 manat kredit verilmişdir. Cavabdeh bank qarşısındakıöhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda əsas borc üzrə 198.467 manat əsas borcu, 364.629,76 manat faiz borcu var. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı QSC X1rşı “əsas və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli 4772 saylı kredit müqaviləsi əsasında hesablanmış 563.096,76 manat kredit borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə aralarında illik 16 faiz olmaqla 24 ay müddətində bağlanmış 500.000 manat olan xx.xx.2010-cu il tarixli kredit müqaviləsi tamamilə formal xarakter daşıyır. Həmin dövrdə işə yeni qəbul olunduğu “İnter Textile” müəssisəsinin rəhbəri Şakir Musayevin göstərişi ilə onu və başqa işçiləri “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin mərkəzi filialına aparmışdırlar. Onlara göstəriş verilmişdir ki, təcili olaraq sənədlərə qol çəksinlər. O, bu sənədlərin işə qəbul ilə bağlı olduğunu düşünərək imzalamışdır. İşə xx.xx.2010-cu ildə qəbul olunmuşdur. Bu sənədlərin kredit müqaviləsi olduğunu xx.xx.2015-ci ildə uşağın müalicəsi üçün Gürcüstana getdikdə saxlandığında bilmişdir. X2 X5 gətirmiş və orada böyük məbləğdə krediti olduğunu demişlər. İşüzrə cinayət işi başlamış və şahid qismində dindirilmişdir. İşüzrə preyudusial əhəmiyyət daşıyan məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir ki, həmin müqavilə formal xarakter daşıyıb, sadəcə görünüşüçün onun adına bağlanmışdır. Əslində isə pulu götürən onun özü olmamışdır. O sadəcə anlamadan müqaviləni imzalamışdır və heç bir pul məbləğini qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və ilkin iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, araşdırılan kredit öhdəliyi üzrə cinayət təqibi aparılmamış, bununla bağlı məhkəmə qərarı yoxdur. Həmçinin göstərdi ki, kredit müqaviləsi üzrə məxaric orderinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Belə ki, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş məlumata əsasən 5 il müddət keçdiyi üçün 2010-cu illərə aid kredit dosyeləri məhv edilmişdir. Lakin həmin məhv edilən sənədlər arasında Cavabdeh aid kredit dosyesinin olub-olmamasını dəqiq bilmir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edirərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, ilkin iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Mübahisə predmeti olan kredit müqaviləsindəki imza ona məxsusdur, o, bilmədən bu müqaviləyə imza etmişdir. Lakin o, bankdan heç bir məbləğdə pul götürməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanılmışxx xxx 2010-cu il tarixli, 4772 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 24 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 500.000 manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatıüzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmaş faizləri qaytarmağıöhdəsinə götürmüşdür. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqavilədən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən borcalana qarşı bütün hüquqlar İddiaçı QSC-yə ötürülmüşdür. Təhvil verilən borc məbləği barədə arayışdan görünür ki, Cavabdeh adına 198.467 manat əsas, 364.629,76 manat faiz borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Göründüyü kimi mülki iş iki iddiadan – ilkin və qarşılıq iddia tələblərindən ibarətdir. İlkin iddia tələbi üzrə iddiaçı tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətlərinin yarandığını, kreditor tərəfindən üzərinə götürülmüş öhəliyin yerinə yetirilərək nəzərə tutulmuş kredit məbləğinin borcluya verildiyini, lakin borclu tərəfindən hər ay ödəniş cədvəlinə uyğun olaraq kredit və faizlərin ödənilməli olduğu halda, ödəniş edilmədiyini, bununla da öhdəliyin vaxtında və lazımınca icra edilmədiyini göstərərək kredit borcunun qaytarılmasını cavabdehdən tələb edir. İddia tələbinin əsası olaraq tərəflər arasında bağlanılmış kredit müqaviləsinə istinad edir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki hüquq nəzəriyyəsində müqavilənin hüquqi qüvvəyə minmə meyarıüzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur. Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Göstərilən müqavilənin hüquqi xarakteristikası təsnifləşdirmənin istənilən mərhələsində bunu müəyyən qrupa aid etməyə imkan vermir. Birincisi qeyd olunan müqavilə mülki hüquqi ədəbiyyatda konsenual müqavilələrə aid edilir, o müqavlələrə ki, onların bağlanması üçün razılığın əldə olunması kifayət edir. Məhz bu əsasa görə birinci növbədə kredit və borc müqavilələri fərqləndirilir. Pulun verilməsi və digər hərəkətlərin icra edilməsi müqavilənin icrası üçün həyata keçirilir və həmin müqavilənin real müqaviləyə aid etməyi istisna edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 739-cu maddəsinin mənasından göründüyü kimi kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Məhz mülki hüquqa görə Kredit müqaviləsinin xarakteri– konsensual, iki tərəfli-qarşılıqlı öhdəlik yaradan, əvəzli olmasıdır. Qeyd olunduğu kimi kredit–borc müqaviləsinin konsensual müqavilə olması təkcə müqavilənin bağlanmasını deyil, həm də həmin müqavilədə nəzərdə tutulan vəsaitlərin müqavilə tərəfinə həqiqətən də verilməsini nəzərə tutur. Yəni kredit-borc müqaviləsinin bağlanmış hesab edilməsi üçün tərəflərin sazişindən əlavə, həm də müqavilə predmetinin, hazırki halda pulun qarşı tərəfə verilməsi tələb olunur və məhz pulun verildiyi andan tərəflər üçün hüquq və vəzifələr əmələ gəlir. Məhkəmə qeyd edir ki, ilk görünüşdə tərəflər arasında kredit müqaviləsinin bağlanması ilə öhdəlik hüquq münasibətlərinin yarandığı müəyyən edilsə də kredit müqaviləsinin predmetini təşkil edən pul məbləğinin kreditor tərəfindən borcluya verildiyi məhkəmə araşdırması zamanı öz təsdiyini tapmadı. Məhkəmə tərəfindən kassa məxaric orderinin və ya kredit məbləğinin borcluya təhvil verilməsini təsdiq edən sübutların təqdim edilməsi təklif olunsa da, bununla bağlı məhkəmə heç bir sübut təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları iddianın təmin edilməsi üçün yetərli hesab etmir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin iddia sübut yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddianı isə əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddianın həlli ilkin iddia tələbinin həllindən asılı olmaqla, ilkin iddianın rədd edilməsi qarşılıqlı iddianın əsaslı olması qənaətinə gəlməyə əsas verir. Odur ki, qarşılıqlı iddia təmin edilməli, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeharasında bağlanmış xx.xx.2010-cu il tarixli 4772 saylı kredit müqaviləsi əsasında hesablanmış 563.096,76 manat kredit borcu silinməlidir. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı QSC X8 Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC X1rşı “əsas və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 4772 saylı kredit müqaviləsi əsasında hesablanmış 563.096,76 (beş yüz altmış üç min doxsan altı manat yetmiş altı qəpik) manat kredit borcu silinsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1744/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1744/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver