Məhkəmə qərarları › İş №2(060)-1746/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1746/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1746/2025 15.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İbrahim oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yazılı qəbzə əsasən verilmiş 17800 manatın və ödənilmiş 144 manat dövlət rüsumunun, cəmi 17944 manatın tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun uzaq qohumudur. Cavabdeh1 anasını ürək əməliyyatı etdirilməsi adı ilə ondan 10 dekabr 2022-ci ildə yazılı qəbzə əsasən ilk əvvəl 8000 manat, daha sonra 19 iyun 2023-cü ildə isə 10 000 manat borca pul almışdır. Qəbzlər cavabdehin öz dəst-xətti ilə tərtib edilmişdir. Cavabdeh1 borca götürdüyü puldan 200 manatını qaytarmışdır. Hal-hazırda cavabdehin ona yazılı qəbzə əsasən 17 800 manat ödənilməmiş borcu qalmışdır. O, cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, cavabdeh borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır.Cavabdeh tərəfindən vaxtında borc qaytarılmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edilir ki, Cavabdeh1 yazılı qəbzə əsasən verilmiş 17 800 manatın və ödənilmiş 144 manat dövlət rüsumunun, cəmi 17944 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdeh ödəniş etməmişdir. Rövşəndən pul istəmir.Çünki pulu Oleqə vermişdir. Rövşən bu işin şahidi olmuşdur. Oleqin atası rəhmətə getmişdi, anasının vəziyyəti ağırlaşmışdı deyə ağlayaraq pul istədikdə, ona yazığı gəlmiş və pulu vermişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh1 Abbas oğlu İddiaçı 8000 manat borc pul almışdır. Bir aya qaytaracaqdır. Cavabdeh2 Cavabdeh1 oğluna cavabdehdir. Hər ikisi götürmüşdür və hər ikisi cavabdehdir. -19 iyun 2023-cü il tarixli yazılı iltizamdan görünür ki, Abasov X4 Xədicədən 10.000 manat borc pul almışdır. Bir aya qaytaracaqdır. -xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin hesabına 144 manat ödənilmişdir. -xx.xx.2024-cü il tarixli Cavabdeh2 tərəfindən verilən ərizədən görünür ki, Abasov X4 Xədicədən qyed olunan pulu anasının əməliyyat olunması üçün götürmüşdür. O və Oleq həmin ərizəni imzalamış və həmin pulu alıb Oleqə vermişdir. -17 iyun 2025-ci il tarixli, 4/790 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli iltizamın orta hissəsində “Mən, Rüstəmov X3 Oleq Abbas oğluna cavabdehəm, hər ikimiz götürmüşük, hər ikimiz cavabdehik” yazıları və “hər ikimiz cavabdehik” yazıları ilə “xx.xx.2022-ci il” yazılarının orta hissəsindəki imzalar- Cavabdeh2 tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə 10 dekabr 2022-ci ildə yazılı qəbzə əsasən ilk əvvəl 8000 manat, daha sonra 19 iyun 2023-cü ildə isə 10 000 manat borc pul vermiş, cavabdeh isə həmin pulu da 1 aya qaytarmağa dair öhdəlik götürmüşdür. Cavabdehin həmin məbləğdən 200 manat məbləği qaytarmış, yerdə qalan məbləği, hazırki vaxtadək qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında yazılı formada iltizam bağlanılmasına baxmayaraq, cavadeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respulikası Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Odur ki, iddia tələbi əsaslıdır. Məhkəmə tərəfindən Cavabdeh2 İbrahim oğlu cavabdeh qismində cəlb edilmiş, lakin iddiaçının həmin şəxsə qarşı tələbi olmadığından, ona münasibətdə tələb təmin edilməməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təminedilməli, cavabdehdən ödənilmiş 144 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiştələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 17800 manat borc və ödənilmiş 144 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 126 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 17800 manat borc və ödənilmiş 144 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 126 (bir yüz iyirmi altı) manat Cavabdeh1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 126 (yüz iyirmi altı) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar