Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1747/2025 21.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh XXX Cavabdeh 9000 (doqquz min) manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin onun tərəfindən ödənilmiş 110 (yüz on) manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh XXX Cavabdeh 17889 (on yeddi min səkkiz yüz səksən doqquz) manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin onun tərəfindən ödənilmiş 220 (iki yüz iyirmi) manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh XXX Cavabdeh ümumillikdə 31889 (otuz bir min səkkiz yüz səksən doqquz) manat məbləğində pulun tutulub ona verilməsi, həmçinin onun tərəfindən ödənilmiş 352 (üç yüz əlli iki) manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, belə cavabdehin ondan notariusda bağladığı müqavilədən əlavə əlyazma ilə 9000 manat və 14000 manat məbləğində borc götürmüşdür. O, dəfələrlə ona olan borcunun ödənilməsini tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə imtina etmişdir. Elə bu səbəbdən cavabdehi hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Hazırda o, iddia tələbinin həcmini artırmaq istəyir. Ona görə hazırki ərizə ilə müraciət edir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusunda borc müqaviləsi bağlamaqla cavabdeh XXX Cavabdeh 30664 (otuz min altı yüz atlmış dörd) manat borc pul vermişdir. Müqaviləyə əsasən cavabdeh XXX Cavabdeh borc pulu xx.xx.2021-ci il tarixdən ilk ay 35 müddətinə hər ay 851 (səkkiz yüz əlli bir) manat, sonuncu ay isə 879 manat qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh bir müddət ödənişi ona hissə-hissə etmişdir. Son vaxtlar isə ödəniş etmir. Hal-hazırda müqavilə üzrə cavabdehin ona 9000 (doqquz min) manat borcu qalmışdır. Elə bu səbəbdən də məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh onun etibarını qazanmışdır. Cavabdeh avtomobil alırdı. Ona da da pulunu verəcəyini demişdir. Əslində 9 min manat borcu olmuş, sonra ödəniş etmiş və 8889 manat borcu qalmışdır. İki il ərzində 850 manatdan ödəniş etmişdir. 30 min manatdan əlavə 14 min manata avtomobil də alınmışdır. Satılacağını demiş, lakin satılmamışdır. Faiz məbləği nəzərdə tutulmamış, sadəcə avtomobil alışı olmuşdur. Onun da üzərində 300, 500 manat əlavə qazancları olmuşdur. 9 min məbləğində borcunun olduğunu yazılı formada imza etməklə öhdəlik götürmüşdür.Notarial qaydada olan borc müqaviləsindən 8889 manat borcu qalmışdır.Bütün qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. 23 may 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. O, 9 min manat borcu olmasını qəbul edir. Müqaviləyə görə qarşı tərəf ona 30 minin qarşılığında 3 ədəd maşın verməli idi. Lakin verməmişdir. Müqavilənin tarixi bitdikdən sonra qalan 9 min manatın da rəsmiləşdirilməsi üçün ona əlyazmaya imza çəkdirilmişdir. Cavabdeh ona borcun vaxtı bitən kimi qırmızı qələmlə əlyazma yazdırıb onu sonradan təhdid etməyə başlamışdır. İddiaçının ona verdiyi pul faiz puludur. Qarşı tərəflə aralarında dediklərini təsdiq edəcək telefon danışıqları da olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 ilə borcalan Cavabdeh arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli notarial qaydada bağlanılmış kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 30664 manat məbləğində pulu hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc verir. Borc alan krediti xx.xx.2024-cü il tarixinədək ilk 35 ay hər ay 851 manat, sonuncu ay isə 879 manat pulu borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 110 manat məbləğində rüsum ödəmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 110 manat məbləğində rüsum ödəmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 132 manat məbləğində rüsum ödəmişdir. 05 yanvar 2025-ci il tarixli əlyazmadan görünür ki, XXX Cavabdeh Yasəmənə doqquz min manat borcu vardır. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş qaydada pul vəsaitinin verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq nəzərdə tutulan həmin məbləğ ödənilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan müqavilə üzrə cəmi 30664 (otuz min, altı yüz altmış dörd) manat məbləğində borc pul götürmüş, kredit müqaviləsi üzrə müəyyən ödənişləri həyata keçirmiş və 8889 manat borcu qalmışdır. İddiaçı isə kredit müqaviləsi üzrə yerdə qalan məbləği tələb edir.Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək 9000 manat borcunun olduğunu bildirmişdir. Bundan əlavə cavabdeh tərəfindən imza edilərək, məhkəmə iclasında onun imzası olması təsdiq edilən əlyazmaya əsasən cavabdeh 9000 min manat borclu olduğunu yazılı qeyd edərək imza etmişdir.Cavabdehin etirazının dəlilləri ilə bağlı (onun təhdid edilməsi, məhkəməyə şahid gətirilməsi və səs yazısının olması ilə bağlı) məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.Bütün qeyd olunan xüsusatlar notarial qaydada bağlanılmış kredit müqaviləsi və sadə yazılı qeyd ilə iltizamın olması iddia tələbinin borc müqaviləsi və əsassız varlanma nəticəsində hüquqi nəticə yaratmaqla cavabdehin iddiaçının hesabına əsassız varlanmaqla əmlak əldə etməsi olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyək, iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Bütün qeyd olunan xüsusatlar nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə avtomaşınla bağlı hissəyə görə ödənilən 14 min manatın tələbə münasibətdə qeyd olunmasını zəruri hesab edir ki, həmin hissədə iddia tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 143.67 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh kredit müqaviləsi üzrə və yazılı qeyd üzrə 8889+9000=17889 manat məbləğində pul və 108.89 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17889 (on yeddi min səkkiz yüz səksən doqquz) manat məbləğində pul və 143.67 (bir yüz qırx üç manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1747/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1747/2025
21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver