Məhkəmə qərarları › İş №2(060)-1752/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1752/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1752/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.496,65 manat əsas, 1851,95 manat faiz borcu olmaqla, ümumilikdə 16.348,6 manat və 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə tələbin artırılması barədə ərizə təqdim edərək Cavabdeh 14.496,65 manat əsas, 2.705,65 manat faiz borcu olmaqla, ümumilikdə 17.202,30 manat və 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında göstərdi ki, iddiaçı "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********93 nömrəli xx.xx.2020-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 faizlə 36 ay müddətinə 14800 manat kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. BPM**********93 nömrəli xx.xx.2020-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə Cavabdeh 14.496,65 manat əsas, 2.705,65 manat faiz borcu olmaqla, ümumilikdə 17.202,30 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir, belə ki, o, 2020-ci il tarixə qədər ödənişləri edib, sonuncu ödəniş həmin ildə olub, ödəniş etməkdən imtina etmir, lakin maddi vəziyyəti hazırda ödənişləri etməyə imkan vermir. İddiaçı tərəfindən ona güzəşt edilməsini xahiş edir. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********93 nömrəli xx.xx.2020-cu il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 20% ödəmək şərti ilə 14.800 manat məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Borc barədə maliyyə arayışından görünür ki, BPM**********93 nömrəli xx.xx.2020-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə Cavabdeh 14.496,65 manat əsas, 2.705,65 manat faiz borcu olmaqla, ümumilikdə 17.202,30 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 14.496,65 manat əsas, 2.705,65 manat faiz borcu olmaqla, cəmi 17.202,30 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14.496,65 manat əsas, 2.705,65 manat faiz borcu olmaqla, cəmi 17.202,30 (on yeddi min iki yüz iki manat otuz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar