Məhkəmə qərarları › İş №2(060)-176/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-176/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-176/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İlkin iddia üzrə iddiaçı X1 cavabdeh X3 qarşı aliment tələbinə, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X2 cavabdeh X4 qarşı uşağın mənşəyinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İlkin iddia üzrə iddiaçı X5 cavabdeh X3 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X6 məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X7 mənşəyinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq, məhkəmə baxışına təkrar olaraq gəlməmişlər. Məhkəmə tərəflərin iddia və qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə daxil olmuş ərizələrini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İlkin iddia üzrə iddiaçı X1 cavabdeh X3 qarşı aliment tələbinə, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X2 cavabdeh X4 qarşı uşağın mənşəyinin müəyyən edilməsi tələbinə dair iddia ərizələri baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar