Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1770/2023 17.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi İddiaçı böyük icra məmuru X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-139/2020 saylı, 03 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2020-ci il tarixdə nəzarət subyekti Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağ üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-196/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən hökmlə ona təyin olunmuş cəzadan azad edilmiş və üzərində olan nəzarət vasitəsi götürülmüşdür. Bundan sonra elektron nəzarət vasitəsinə texniki baxış keçirilmiş, bununla əlaqədar texniki rəy verilmişdir. Müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı sındırılmış və plata zədələnmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından elektron qolbağ sındırılmış, yararsız hala salınmış və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 637.91 manat təşkil edir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh elektron nəzarət vasitəsinə məxsus elektron qolbağın dəyəri, yəni 637.91 manat məbləğində pulun nəzarət subyektindən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi İddiaçı böyük icra məmuru X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehə elektron qolbağı saxlamaq vəzifəsi və onu zədələdikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bu barədə protokol tərtib olunur və protokolda məhkumun imzası qeyd olunur. İddia ərizəsindən də göründüyü kimi məhkuma qolbaq tətbiq olunmuşdur. Daha sonra elektron nəzarət vasitəsinin texniki rəyindən bildirilmişdir ki, texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı sındırılmış və plata zədələnmişdir. Bu zədələnmə ilə bağlı məbləğ 637.91 manat təşkil etmişdir. Məhkumun izahatında qeyd olunmuşdur ki, yatağa gedərkən qolbağ hər hansı bir yerə ilişmiş və qırılmışdır. Birinci növbədə qolbağın hər hansı bir yerdə ilişib-qırılmaq ehtimalı yoxdur. Qarşı tərəfin fikrinə cavab olaraq bildirmişdir ki, ümumiyyətlə qolbaq bağlandıqda bir qədər boş bağlanır. İnsanın narahatçılığı, xəstəliyi və digər amillərlə bağlı olaraq onu boş qoyurlar ki, taxılan şəxsi narahat etməsin. Elə olur ki, şəxslərin ayağı şişir və zədə vuracaq tərzdə ayaqları incilir. Bu səbəbdən boşaldırlar. Qolbağın remeni bərk maddədən olduğu üçün onun açılmağı mümkün deyildir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, qolbağın kəməri açılmışdır. Lakin platasına heç bir zədə dəyməmişdir. Kəmər açılmış, daha sonra məhkəmə prosesi olmuşdur. Onun ayağında şiş olduğuna görə boş bağlanmışdır. Problem olduqdan sonra səhərisi gün Probasiya Şöbəsinə getmiş və xəbər vermişdir. Taxan kimi işləməyə başlamışdır. Gecə yatmışdır. Su içmək üçün durmuş və getmək istədikdə dəmirə ilişmiş, qolbaq açılmışdır. Remeni Səbuhi müəllim dəyişmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 139/2020 saylı, 03 mart 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. İş materiallarında olan Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, nəzarət subyekti Cavabdeh təhkim olunmuş elektron qolbağın üst qapağı sındırılmış və plata zədələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin rəisi tərəfindən Probasiya Xidmətinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, mobil nəzarət qurğularının (xüsusi proqram təminatı ilə) qiyməti 637.91 manat göstərilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçınə Cavabdeh tərəfindən ünvanlanmış izahatdan görünür ki, xx.xx.2020-ci il tarixdə gecə saat 01:40 radələrində yaşadıqları ünvanda ayaq yoluna gedib-gəlmişdir. Sonra isə çarpayısına girmək istəyərkən qolbaq kravatın dəmirinə ilişərək ayağındakı qolbaq həm də boş olduğuna görə açılmışdır. Cəzasını çəkməkdən imtina etmir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İzahatı özü yazmış, heç bir əlavəsi olmamış və öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarətvasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldəedəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulmasıilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlakxarakterli olur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 139/2020 saylı, 03 mart 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası İddiaçınə həvalə edilmişdir. Lakin cavabdeh tərəfindən ona təhkim olunmuş elektron qolbağın üst qapağı sındırılmış və plata zədələnmiş və bununla da cavabdeh tərəfindən 637.91 manat məbləğində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən maddi zərərin vurulması mülki işdə olan sübutlarla öz təsdiqini tapdığından, 637.91 manat pul vəsaiti cavadehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (Dövlət Xəzinədarlıq agentliyi, M/H: AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22, Bakı Şəhər Maliyyə İdarəsi, H/H: AZ66CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142330) köçürülməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 637.91 manat pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına (Dövlət Xəzinədarlıq agentliyi, M/H: AZ41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22, Bakı Şəhər Maliyyə İdarəsi, H/H: AZ66CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu: 1, Büdcə təsnifatının kodu: 142330) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1770/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1770/2023
17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver