Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1812/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2510,66 manat əsas borc və 266,61 manat faiz borcu olmaqla, cəmi 2777,27 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx xxx 2019-cu il tarixli, 100804-706732/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 4000 manat olan kredit verilmişdir. Cavabdeh öhdəliyini lazımı qaydada icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, o öz borcunu ödəməmişdir. xx xxxxxx 2020-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 2510,66 manat əsas borc və 266,61 manat faiz borcu olmaqla, ümumilkdə 2777,27 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, borcu etiraf edir. Vaxtlı vaxtında ödəyirdi, lakin isdən azad edildiyi üçün ödəyə bilmir. Pandemiya dövrü ona daha çox çətinlik yaradır. Hər ay 50 manat ödəyirdi, artıq onu da ödəyə bilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 100804-706732/1 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 24% olmaqla, 4000 manat olan kredit verilmişdir. İşdə olan məxaric orderi bunu təsdiq edir. Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh hər ay 211,48 manat, sonun ay 211,62 manat cavabdehə ödəməli idi. Cavabdeh tərəfindən kredit borcu üzrə hər ay 50 manat ödənilməsinə dair 5 ədəd çek təqdim edilmişdir. İddiaçı tərəfindən cavabdehə xx xxxx 2020-ci il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx xxxxxx 2020-ci il tarixinə banka əsas borc üzrə 2510,66 manat əsas borc, 266,61 manat faiz borcu olmaqla, cəmi 2777,27 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır və cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka əsas borc üzrə 2510,66 manat borcu qalmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1.5-ci bəndində göstərilmişdir ki, ödəniş cədvəlinə uyğun olaraq əsas borcun vaxtında icra olunmaması və ya lazımi qaydada icra olunmaması və faizlərin borcalan tərəfindən ödəniş cədvəli ilə müəyyən edilən tarixdən 2 dəfə ardıcıl olaraq ödənilməməsi bank tərəfindən kredit borcunun vaxtından əvvəl tələb edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, iddiaçının əsas borc üzrə cavabdehdən 2510,66 manat tələb etməsi məqsədəuyğun hesab edilməlidir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh maliyyə arayışının tərtib edildiyi tarixdən sonra ümumilikdə 150 manat banka ödəniş etmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır (432.4.). Məhkəmə hesab edir ki, cavabdehin ödədiyi 150 manat pul onun faiz borcundan çıxılmaqla 116,61 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 2510 (iki min beş yüz on) manat 66 (altmış altı) qəpik və faiz borcu üzrə 116 (yüz on altı) manat 61 (altmış bir) qəpik olmaqla, cəmi 2627 (iki min altı yüz iyirmi yeddi) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 15 ( on beş) manatı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1812/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1812/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver