Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-183/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 14200 ( on dörd min iki yüz) manat pulun və 133 ( yüz otuz üç) manat dövlət rüsumunun əvəzinin alınıb iddiaçəya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Sumqayıt şəhəri, 2-ci məhəllə ev 5/28, mənzil 82-də yaşayan Cavabdeh ilə uzun illərdir ki, tanışlığı olmuşdur. Afiq avtomaşın alveri ilə məşğul olmuş, avtosalon işlətmişdir. Dəfələrlə aralarında pul söhbəti olmuş, bir-birilərindən borc alıb-vermişlər. Beləliklə aralarında etibar yaranmışdır. Təxmini 2016-cı ilin sentyabr aylarında Afiq iddiaçının pulu ilə öz adına baş etibarnamə ilə “ Kia- Sorento” avtomobili almışdır. Həmin avtomobili almaq üçün iddiaçıdan 14200 (on dörd min iki yüz) manat pul almışdır. Məqsədi avtomobili satıb guya iddiaçıya başqa avtomobil almaq olmuşdur. Bu proses hər ikisinin tanışları Sumqayıt şəhəri 2-ci mikrorayon, ev 1/32, mənzil 17-də yaşayan X2 və Sumqayıt şəhəri, 8-ci mikrorayon,ev 12/35, mənzil 6-da yaşayan X1 yanında olmuşdur.Yəni onların hər ikisi Afiqin iddiaçıdan pul aldığının şahidi olmuşdur. Bu günə kimi Afiq iddiaçının pulumu qaytarmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd edilənləri təsdiq etdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, öz adına ilk dəfə 5000 manata “Volkswagen Passat” markalı avtomobil almışdır. Lakin həmin avtomobillə oğlu qəza törətmiş, buna görə də ziyana düşmüşdür. Başqa avtomobil almaq üçün iddiaçı 7500, başqa şəriki isə 6000 ABŞ dolları vermişdir. Həmin şəriki ona pul lazım olduğunu bildirmiş və buna görə də maşını banka qoyub pul götürmüşdür. 4 ay ərzində banka vaxtında ödəniş etmiş, lakin sonra dolların devalvasiyası ilə əlaqədar ödəniş edə bilməmişdir. Bildirdi ki, iddiaçıya “Volkswagen Passat” markalı avtomobilə görə 5000 manat və digər avtomobilin alınması üçün 7500 manat olmaqla, cəmi 12500 manat borcu var, həmin pulu iddiaçıya ödəməyə razıdır, lakin hazırda imkanı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, iddiaçını tanıyır, bir yerdə işləmişlər. Cavabdehi də tanıdığını, avtosalonu olduğunu qeyd etdi. İddiaçının iş yerində-yanacaq doldurma məntəqəsində cavabdehə 14200 manat verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, iddiaçı onun bibisinin oğludur, cavabdehi də iddiaçı vasitəsilə tanıyır. 2016-cı ilin yay aylarında iddiaçı cavabdehə pula ehtiyacı olduğunu söyləmiş, bununla əlaqədar özü, yəni X2 iddiaçıya 14200 manat pul vermişdir. Bir müddət sonra iddiaçı ilə birlikdə cavabdehin yanına gedərək pulu qaytarmasını tələb etmişlər, cavabdeh hətta evini satıb pulu verəcəyini bildirsə də, indiyə qədər borcunu ödəməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təxmini 2016-cı ilin sentyabr aylarında cavabdeh iddiaçıya “Kia-Sorento” markalı avtomobili alması üçün 14200 manat məbləğində pul vermişdir. İddiaçı həmin pulu X2 və X1 şahidliyi ilə cavabdehə vermişdir. Cavabdeh həmin pulu almasına baxmayaraq nə avtomobil almamış, nə də həmin pulu qaytarmamışdır. İddiaçı iddia tələbini müdafiə edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 və X3 iddiaçının cavabdehə 14200 manat borcu olduğunu bildirmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək, 12500 manat ödəməyə razıdır. İddiaçı tərəf iddia tələbinin 12500 manat borcun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsinə etiraz etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: Həmin Məcəllənin 882.1ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 12500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. (“Dövlət Rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsi.) Hazırda iddia tələbinin təmin edilən hissəsi 12500 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 133 manat dövlət rüsumunun 127,5 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 5,5 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 127,5 (yüz iyirmi yeddi manat, əlli qəpik) manat alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 5,5 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-183/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-183/2023
19.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver