Məhkəmə qərarları › İş №2(060)-184/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-184/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-184/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 15876,33 manat əsas borc, 14547,87 manat faiz borcu və 572,8 manat cərimə borcu olmaqla, cəmi 30997 manat kredit borcunun , ödənilmiş 30 manat dövlət rüsumunun , bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın X1 məxsus Sumqayıt şəhəri 17-ci mkr-da yerləşən , 2 otaqlı, 54.81 m2 ümumi, 31,35 m2 yaşayış sahəsindən ibarət 67 nömrəli evin 79 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun bu mənzilin hərracdan satışdan əlsə olunan vəsait hesabına «xxxx» ASC-ə ödənilməsi, satışdan əldə olunmuş vəsait kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 avqust 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq, məhkəmə baxışına təkrar olaraq gəlməmişlər. Məhkəmə iddiaçının 29.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq, habelə cavabdehlərin məhkəmə iclasına gəlməməsini, onların işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar