Məhkəmə qərarları › İş №2(060)-184/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-184/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-184/2022 12.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 866 (səkkiz yüz altmış altı) manat 06 (altı) qəpik borc, bundan 279 (iki yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik əsas, 125 (bir yüz iyirmi beş) manat 65 (altmış beş) qəpik faiz, 418 (dörd yüz on səkkiz) manat 45 (qırx beş) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42 (qırx iki) manat 48 (qırx səkkiz) qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq olan Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək göstərdi ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2014-cü il tarixli, №1243DT nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabehə 36 (otuz altı) ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. 07 iyul 2017-ci il tarixli əlavə sazişə əsasən əsas müqavilənin adında olan Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə ifadəsi kredit müqaviləsi ifadəsi ilə dəyişdirilir. Borcalanın kreditor qarşısındakı 916133 saylı, 24.11.2014-cü il tarixli kredit kartı üzrə əsas borc üzrə qalığı 733 (yeddi yüz otuz üç) manat 54 (əlli dörd) qəpik manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 733 (yeddi yüz otuz üç) manat 54 (əlli dörd) qəpik əsas borc, 292 (iki yüz doxsan iki) manat 80 (səksən) qəpik faiz borcu təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit 916133 saylı 24.11.2014-cü il tarixli kredit kartı üzrə əsas borc üzrə qalığı 733 (yeddi yüz otuz üç) manat 54 (əlli dörd) qəpik qalığı kreditə çevrilir. Restrukturizasiya edilmiş kreditin müddəti 07.09.2018-ci il tarixədək uzadılır və əlavə saziş imzalandığı tarixdən illik 18 (on səkkiz) faiz ödənilir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. 04.08.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 866 (səkkiz yüz altmış altı) manat 06 (altı) qəpik təşkil edir. Bundan 279 (iki yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik əsas, 125 (bir yüz iyirmi beş) manat 65 (altmış beş) qəpik faiz, 418 (dörd yüz on səkkiz) manat 45 (qırx beş) qəpik cərimə kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42 (qırx iki) manat 48 (qırx səkkiz) qəpik faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********434 saylı 29.07.2021-ci il tarixli bildiriş məktubun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın göstərdiyi dövr təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənləri nəzərə alaraq, cəmi 866 (səkkiz yüz altmış altı) manat 06 (altı) qəpik borc, bundan 279 (iki yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik əsas, 125 (bir yüz iyirmi beş) manat 65 (altmış beş) qəpik faiz, 418 (dörd yüz on səkkiz) manat 45 (qırx beş) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42 (qırx iki) manat 48 (qırx səkkiz) qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq olan Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddiaçı təşkilatdan 2014-cü ilin noyabr ayında 800 manat dəyərində kredit kartı götürmüşdür. O, istifadə etdiyi məbləğə görə aylıq ödənişləri vaxtlı vaxtında etmişdir. Onun hazırda iddiaçı təşkilata 170 manat borcu qalmışdır. O, həmin borcun qalmasına səbəb isə, bank bağlandığı üçün ödənişi hara ödənilməsindən məlumatı olmamışdır. Hazırda o, həmin məbləği gələn ay ödəyəcəkdir. Bu səbəbdən iddiaçı təşkilatın tələb etdiyi məbləği əsassız hesab edir və qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsasldır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 25.11.2014-cü il tarixli, №1243DT saylı “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən, borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, borcalan ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə kreditor verdiyi krediti hesablanmış fazilərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin 13.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07.07.2017-ci il tarixli KM037T07170044S01 saylı kredit müqaviləsi üzrə 04 avqust 2021-ci il tarixinə yaranmış 279 (iki yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik əsas, 125 (bir yüz iyirmi beş) manat 65 (altmış beş) qəpik faiz, 418 (dörd yüz on səkkiz) manat 45 (qırx beş) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42 (qırx iki) manat 48 (qırx səkkiz) qəpik faiz borcu, cəmi 866 (səkkiz yüz altmış altı) manat 06 (altı) qəpik məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc təşkil edir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, məhəllə 41A, ev 3, mənzil 44-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şərh edilənləri və Cavabdeh əmlak mənafeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 279 (iki yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik əsas, 125 (bir yüz iyirmi beş) manat 65 (altmış beş) qəpik faiz, 5 (beş) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42 (qırx iki) manat 48 (qırx səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 452 (dörd yüz əlli iki) manat 61 (altmış bir) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 279 (iki yüz yetmiş doqquz) manat 48 (qırx səkkiz) qəpik əsas, 125 (bir yüz iyirmi beş) manat 65 (altmış beş) qəpik faiz, 5 (beş) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42 (qırx iki) manat 48 (qırx səkkiz) qəpik faiz borcu olmaqla, cəmi 452 (dörd yüz əlli iki) manat 61 (altmış bir) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar