Məhkəmə qərarları › İş №2(060)-1845/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1845/2022

07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1845/2022 07.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Taryel qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Taryel qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Taryel qızı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 26.09.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(060)-1571/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 197 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 30.03.2021-ci il tarixli, 2(060)-1571/2021 saylı qətnaməsi ilə cavabdeh ilə birgə nikahdan doğulmuş 26.09.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanması üçün sabit pul məbləğində hər ay 155 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Lakin həmin vaxtdan sonra Respublikada şərait dəyişmiş, uşaqların saxlanması üçün nəzərdə tutulan minimum yaşayış həddi 197 manata çatdırılmış, ərzaq məhsullarının qiyməti artmışdır. Cavabdehin ödədiyi 155 manat hər gün artan maddi və digər tələbatları ödəməyə çatmır. Hazırda iddiaçı heç yerdə işləmir. Ona görə də uşağını cavabdehin ödədiyi alimentlə maddi cəhətdən təmin edə bilmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, hal-hazırda işləyir. Aylıq maaşı 600 manat təşkil edir. Cavabdeh ailəsi ilə maraqlanmır. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında 26.09.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 197 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayır. Cavabdeh 25.11.1980-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Yetkinlik yaşına çatmayan uşağın doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X2 26.09.2007-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1571/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ilə 26.09.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 04.12.2017-ci il tarixli, 2(060)-13172/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 155 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). İddiaçı cavabdehdən 197 manat məbləğində aliment tutulmasını xahiş etmiş, cavabdeh isə iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (220.4.). Göründüyü kimi cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd deyil və digər şəxslərin hüquqlarını pozmur. Bu səbəbdən iddianın etirafı məhkəmə tərəfindən qəbul edilməli, iddia təmin edilərək cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləği hər ay 197 manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26.09.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 04.12.2017-ci il tarixli, 2(060)-13172/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1571/2021 saylı, 30.03.2021-ci il tarixli qətnaməsi ilə artırılmış alimentin miqdarı artırılaraq, hər ay 197 (yüz doxsan yeddi) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar