Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1865/2023 08.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun plastik ödəniş kartından 11479 manat məbləğində pulu çıxararaq mənimsəmiş və bu günə kimi qaytarmamışdır. Belə ki, Şahin onun bacısı oğludur. O gözlərindən birinci qrup əlildir. Buna görə təqaüd alır. 2017-ci ilin oktyabr ayında sol gözündə cərrahi əməliyyat aparılması üçün Şahin onu Bakı Şəhərində yerləşən Diaqnostika Mərkəzinə müayinəyə aparmış və 2017-ci ilin noyabr ayında həmin Mərkəzdə onun sol gözünü əməliyyat etmişlər. Həmin vaxt Diaqnostika Mərkəzinə müayinəyə gedib-gəlmək və cərrahi əməliyyat olunmağı üçün Şahin 2000 manat məbləğində pul xərcləmişdir. O Şahinlə aralarında razılığa gəlmişdir ki, əməliyyatdan sonra ona 2000 manat və əlavə olaraq 500 manat pul verəcəkdir. Bu məqsədlə plastik ödəniş kartını Şahinə vermiş və həmin vaxt onun kartında 210 manat məbləğində pul olmuşdur. Beləliklə, onun plastik ödəniş kartı Şahində qalmış, özü isə 2018-ci ilin iyun ayında Rusiya Federasiyasının Moskva Şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə o Azərbaycan Respublikasına qayıtmışdır. Şahin, qardaşı oğlu X6 vasitəsi ilə ona 1000 manat məbləğində yol pulu göndərmişdir. Onun Şahinlə danışığı belə olmuşdur ki, onun plastik ödəniş kartından 2500 manat pul çıxarsın, qalan pula əl dəyməsin. Lakin, o evə qayıdanda Şahinlə əlaqə saxlamış və plastik kartını özünə qaytarmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Şahin onun bacısı X2 vasitəsi ilə ona həm plastik kartını, həm də 1150 manat məbləğində pul göndərmişdir. Bundan sonra o "xxxx" ASC-nin Quba Şəhər filialına müraciət etmiş və müəyyən olunmuşdur ki, Şahin onun plastik kartından 16379 manat məbləğində pul çıxarmışdır. Həmin puldan 2500+2150+250 manat çıxdıqda hesab edir ki, Şahin onun 11479 manat məbləğində pulunu mənimsəmişdir. Şahin onun pullarını qaytarmaq istəmədiyinə görə ərizə ilə polisə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsində onun iştirakı olmadan araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh Ağasi oğlu Polis Bölməsində verdiyi izahatında bildirmişdir ki, onun plastik kartını mərhumə anasına vermiş və eyni zamanda hər ay onun kartından pulları da çıxardıb mərhumə anasına vermişdir. Həmçinin, qardaşı X3 və bacısı Qürbətova Qənirə Məşəd qızı da izahat verərək bu faktı təsdiq etmişlər. Bundan sonra, öz izahatlarında onun psixoloji problemlərinin olması, bir neçə dəfə RF-da məcburi müalicə almağı həbsxanada olmağı barədə bildirmişlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, göstərilənlər real həqiqətə uyğun deyildir. Heç bir fakta söykənmir. Anası həyatda olmadığına görə polisdə belə bir izahat vermişlər. Əgər anası sağ olsaydı, təbii ki, belə izahat verə bilməzdilər. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 11479 manat məbləğində pul və 125 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. 2000 manat borcu olmuşdur. O getdikdə, onun pensiyası 155 manat olmuşdur. O kartı Şahinə verdikdə demişdir ki, borc qurtardıqda kartı qaytarsın. 2018-ci ilin iyun ayında Rusiya Federasiyasına getmişdir. 2019-cu ilin mart ayında Şahinə zəng etmiş və demişdir ki, kartı qaytarsın. Bütün qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Hər ay kartdan pul çıxartmış və aparıb özlərinə vermişdir. Ondan heç bir zaman pul istəməmişdir. Nənəsi dünyasını dəyişdikdən sonra onun vəsaitinə əl dəyilməmişdir. 1000 manat dayısı oğluna vermişdir ki, İddiaçı göndərsin. 2022-ci ilin may ayından bəri, yəni nənəsi dünyasını dəyişdən sonra kartdan pulları çıxartmış, o evə vermiş və onlar da pulları yığmışlar. Onunla əlaqə saxlamamışdır. Ondan pul istəməmişdir. Bütün qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirdi ki, iddiaçı onun qardaşıdır,ömür boyu qapı açmışlar. Lakin iddiaçı onlara daim problem yaratmışdır. 2018ci ildə gözündən əməliyyat olmuşdur. Şahin sürücü qismində iştirak etmişdir. Onu da anasına görə etmişdir. Əməliyyat uğurlu keçmişdir. Bütün xərcləri o çəkmişdir. Kartı anasına vermişdir. Anası da onların borclarını qaytarmışdır. Onlar pulu yığmışlar. Kartdan pulu Şahin çıxartmış və anasına vermişdir. 2022 ci ilin may ayının 22-sində anası rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Qürbətova Qənirə Məşəd qızı izahatında bildirdi ki, Məmməd Rusiya Federasiyasından gəldikdə kor olmuşdur. Anasının ayaqlarının altına düşmüşdür. Kartı anasına vermişdir. Borcları qaytarmaq üçün vermişdir. Şahin onun bacısı oğludur. Kartı Şahinə vermiş, Şahində kartdan pulları çıxardıb gətirib vermişdir. 2018-ci ildən 2022-ci ilin may ayında qədər pulları çıxardıb vermişdir. 1000 manat göndərilmişdir. Kart ilə bərabər 1150 manat pul verilmişdir. 1 aylıq pensiyası da qalmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında bildirdi ki, kartı anasına vermişdir. Onun külli miqdarda borcu olmuşdur. Sonra söz vermişdir ki, bütün borcları verəcəkdir. Kartı anasına vermişdir ki, borcları bağlasın. 3 nəfərin pulunu mənimsəmişdir. 3 gün vaxt verilmiş, anası Bakı şəhərinə pul göndərmişdir. Ona həmişə sahib çıxmışlar. Anası iki dəfə insult keçirmişdir. Bacısı da əlil arabasındadır. Bütün işləri Şahinə tapşırmışlar. Kartı anasına verəndən sonra pul istəməyə başlamışdır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil Kommunal Sahəsinin 355 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Ağasi oğlu ünvan 1 ünvanında yaşayır və qeydiyyatdadır. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı adına Maestro Sosial növündə kart olmuş, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər dövr üzrə mədaxil 16379 manat, dövr üzrə məxaric isə 15945 manat olmuşdur. Sumqayıt, ,ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 31 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Quba rayonu, Xaroşa kəndində yaşayan vətəndaş X8 göndərilməklə sonuncuya bacısı oğlu Cavabdeh mülki tələbi ilə bağlı aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən 18 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab olaraq bildirilmişdir ki, qərarda qeyd edilən dövrdə İddiaçı Məşəd oğlunun istifadəsində olan plastik kartla bankomatdan aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülər göndərilmiş və iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin 81/2023 tarixli, vətəndaş İddiaçı Məşəd oğlunun müraciəti əsasında toplanmış HK-1/34 nömrəli rədd materialında olan araşdırma zamanı vətəndaş Cavabdeh PB-nə verdiyi izahatında Quba rayonu, Xaroşa kəndində yaşayan vətəndaş İddiaçı Məşəd oğlunun doğma dayısı olduğunu, dayısının uzun müddət RF-da yaşadığını, orada işlədiyini, nənəsi X1 Sumqayıt Şəhərində qızı Qənirə ilə yaşadığını, yaşlı insan və xəstə olduğu üçün onların təqaüdlərini çıxarıb özlərinə verdiyini, 2022-ci ilin may ayında nənəsinin vəfatından sonra dayısı Məmmədin digər dayısı Zülfüyə zəng edərək xəstə olduğunu, işləyə bilmədiyini bildirib ölkəyə gəlmək üçün dayısından pul istədiyini, xalası Qənirənin ona göndərmək üçün 1000 manat pul verib dayısı Zülfüyə çatdırmasını bildirdiyi üçün həmin pulu dayısın verdiyini, xx.xx.2022-ci il tarixdə dayısı Məmməd Azərbaycana qayıtdıqdan sonra anasına verdiyi təqaüd kartını və anasının vəfatından sonra yığılan pulları istədiyini, ona görə xalası Qənirənin dayısı Məmmədin təqaüd kartını və anasının ölümündən sonra yığılan 1150 manat pulu dayısına göndərdiyini, buna baxmayaraq dayısı Məmmədin təqaüd kartından da 11479 manat pulunu çıxarıb mənimsədiyini iddia etdiyini və barəsində şikayət etdiyini qeyd edərək dayısının təqaüd kartını öz anasına verdiyini, hər ay dayısının təqaüdünü çıxarıb nənəsinə verdiyini, qətiyyən dayısına məxsus pulları mənimsəmədiyini, dayısının ona böhtan atdığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin 81/2023 tarixli, vətəndaş İddiaçı Məşəd oğlunun müraciəti əsasında toplanmış HK-1/34 nömrəli rədd materialında olan araşdırma zamanı vətəndaş X3 və Qürbətova Qənirə Məşəd qızı PB-nə verdikləri izahatlarında Cavabdehn öz izahatında qeyd etdiyi xüsusatları təsdiq edərək İddiaçı bacısı oğlu Şahinə böhtan atdığını, Şahinin dayısına məxsus təqaüd kartından hər ay təqaüdünü çıxarıb nənəsinə verdiyini, qətiyyən həmin pulları mənimsəmədiyini, Məmmədin psixoloji problemlərinin olduğunu, onun bir neçə dəfə RF-da məcburi müalicə aldığını, həbsxanada olduğunu, xx.xx.2022-ci il tarixə Məmmədin Azərbaycana qayıtdıqdan sonra anasına verdiyi təqaüd kartını geri aldığını və Şahinin barəsində polisə böhtan xarakterli şikayət etdiyini bildirmişdir. Onlar Şahinin dayısına məxsus təqaüd kartından təqaüdü çıxarıb nənəsinə verdiyini, həmin pulları mənimsəmədiyini qeyd etmişlər. Azərbaycan Respublikası DİN-nin Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin 81/2023 tarixli, vətəndaş İddiaçı Məşəd oğlunun müraciəti əsasında toplanmış HK-1/34 nömrəli rədd materialından görünür ki, araşdırma zamanı vətəndaş Cavabdeh dayısı İddiaçı Məşəd oğluna məxsus "xxxx" ASC-yə aid təqaüd kartından 11479 manat pulunu mənimsəməsi öz təsdiqini tapmamış, İddiaçı 2018-ci il tarixdə RF-na gedən zaman anasına verdiyi təqaüd kartından pulları həmişə sonuncunun bacısı oğlu Cavabdeh çıxarıb nənəsi Mariyə Qürbətovaya vermişdir. Məhkəmə iddia tələbinin əsası kimi istinad olunan hallara əsaslanaraq hesab edir ki, iddiaçı istər məhkəmə iclasında verdiyi izahatlardan, istərsə də iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, öz istəyi ilə kartı verməsini, özünün əməliyyatı üçün borclu olduğunu, pulun bir qisminin çıxardılıb ona verildiyini etiraf etmiş, həmçinin onların arasında digər öhdəliklərin olub-olmaması, yəni kartı verməsinin digər səbəblərinin nədən ibarət olması, sonradan öz razılığı ilə verdiyi kartdan çıxarılan pulları cavabdehdən tələb etməsinin hüquqi əsaslarının nədən ibarət olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin əsasları MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən sübut olunmadığı üçün məhkəmə işin tədqiq olunan hallarına əsasən məhkəmə iclasında iştirak edən şahidlərin izahatlarını, iş materiallarında olan sübutlar əsasında qiymətləndirərkən iddia tələbinin təmin edilməməsi qənaətinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1,1091.2,1092.1-ci maddələri). Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 11479 manat məbləğində pulun Cavabdeh alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X14 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1865/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1865/2023
08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver