Məhkəmə qərarları › İş №2(060)-1874/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1874/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1874/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə borc tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.09.2006-cü il tarixli 03L000000120 saylı kredit xətti müqaviləsinin, 24.01.2019-cu il tarixli 03L000000120S saylı sazişin, 25.01.2019-cu il tarixli 003R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 8888.56 manat məbləğində kredit borcu, 2357.49 manat məbləğində faiz borcu və 5306.4 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16552 (on altı min beş yüz əlli iki) manat 45 (qırx beş) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda istifadədə olan 0.017742 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 9 mərtəbəli binanın 1 -ci girişində, 1 -ci mərtəbəsində yerləşən 64,29 kv.m. ümumi, 39,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və ümumilikdə cəmi 16552 (on altı min beş yüz əlli iki) manat 45 (qırx beş) qəpik məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi müştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda istifadədə olan 0.017742 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 9 mərtəbəli binanın 1ci girişində, 1 -ci mərtəbəsində yerləşən 64,29 kv.m. ümumi, 39,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Alıcıya təhvil verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 26.02.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda iddiaçının nümayəndəsi Aysel Əhmədova ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbayçan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə borc tələbinə» dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar