Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1876/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1913 (bir min doqquz yüz on üç) manat 66 (altmış altı) qəpik borc, bundan 345 (üç yüz qırx beş) manat 76 (yetmiş altı) qəpik əsas, 1513 (bir min beş yüz on üç) manat 75 (yetmiş beş) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54 (əlli dörd) manat 15 (on beş) qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq olan Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli, 760 nömrəli kredit müqaviləsinə əsasən cavabehə 36 (otuz altı) ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə Kart vasitəsi ilə mallar iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də, cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. 21.10.2020-ci il Cavabdeh kredit üzrə cəmi borcu 1913 (bir min doqquz yüz on üç) manat 66 (altmış altı) qəpik təşkil edir. Bundan 345 (üç yüz qırx beş) manat 76 (yetmiş altı) qəpik əsas, 1513 (bir min beş yüz on üç) manat 75 (yetmiş beş) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54 (əlli dörd) manat 15 (on beş) qəpik faiz borcu təşkil edir. Göstərilənləri nəzərə alaraq, cəmi 1913 (bir min doqquz yüz on üç) manat 66 (altmış altı) qəpik borc, bundan 345 (üç yüz qırx beş) manat 76 (yetmiş altı) qəpik əsas, 1513 (bir min beş yüz on üç) manat 75 (yetmiş beş) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54 (əlli dörd) manat 15 (on beş) qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq olan Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsasldır və qismən təmin edilməlidir. İşə əlavə edilmiş 18.12.2014-cü il tarixli, №DT760 saylı “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqaviləsi”nin surətindən görünür ki, X1 İddiaçı ASC-dən illik 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən, borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora vaxtında ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, borcalan ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə kreditor verdiyi krediti hesablanmış fazilərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin 16.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.11.2014-cü il tarixli 847411 saylı kredit müqaviləsi üzrə 21 oktyabr 2020-ci il tarixinə yaranmış 345,76 manat məbləğində əsas, 1513,75 manat məbləğində cərimə borcu müqavilənin bitdiyi tarixdən 03.11.2017-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 54,15 manat məbləğində borc olmaqla, cəmi 1913,66 manat məbləğində müqavilənin tələbləri əsasında yaranmış ümumi borc təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 19.10.2020-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, yataqxana 1, S.Vurğun küçəsi, ev 24/3-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Şərh edilənləri və Cavabdeh əmlak mənafeyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 345 (üç yüz qırx beş) manat 76 (yetmiş altı) qəpik əsas, 151 (bir yüz əlli bir) manat 37 (otuz yeddi) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54 (əlli dörd) manat 15 (on beş) qəpik faiz borcu olmaqla, cəmi 551 (beş yüz əlli bir) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 345 (üç yüz qırx beş) manat 76 (yetmiş altı) qəpik əsas, 151 (bir yüz əlli bir) manat 37 (otuz yeddi) qəpik cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 54 (əlli dörd) manat 15 (on beş) qəpik faiz borcu olmaqla, cəmi 551 (beş yüz əlli bir) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1876/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1876/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver